Ana südü antibiotik əvəzləyicisi ola bilərmi?


Fotoda: Solda görsənən zərərverici bakteriyalar toplaşaraq ərtafında qoruyucu biolent yaratmışdır. Sağda isə həmin bakteriyaların üzərinə ana südü şəkərləri əlavə edilmiş və nəticədə həmin biolent dağıdılmışdır ki, südün tərkibində olan anti-bakterial maddələr hücuma keçə bilsin.
 
Ana südü mürəkkəb tərkibə malik olmaqla yanaşı, tərkibi daim dəyişməkdədir. Zülallar, yağlar və şəkərlər qarışığından ibarət olan ana südü körpələrə bakterial infeksiyalardan qorunmasına səbəb olur. Nəticədə alimlər ana südü tərkibindən ilhamlanaraq yeni nəsil, zərərsiz antibiotiklər hazırlamağın real olduğu qənaətə gəliblər.
 
Vanderbilt Universitetinin kimyaçıları və həkimlərin fikrinə görə ana südündə mövcud olan bəzi karbohidratlar nəinki anti-bakterial əhəmiyyətə malikdir, həmçinin anti-bakterial zülalların təsirini artırmağa yardımçıdır. Bu komponentlərin üstünlüyü odur ki, antibiotiklərlə müqayisədə tamamilə zərərsizdir. CDCP qurumunun hesablamalarına görə ildən-ilə antibiotiklərə dözümlülüyün artması səbəbilə ölüm halları artmaqdadır. Məhz bu səbəbdən ana südünün bu xüsusiyyətinin araşdırılmasına başlanılmışdır. Araşdırma aparmaq üçün bir neçə donordan olan ana südü karbohidratları- xüsusi şəkər növü toplanmışdır. Sonra bu nümunələr kütləvi spektrometriya texnikası ilə qeydə alınmış və bakteriyalar əlavə edilərək mikroskop altında müşahidə edilmişdir. Nəticə təəccübləndirici olmuşdur. Demək, mövcud olan ana südündə xüsusi şəkər növü bakteriyanı bir başa öldürməklə yanaşı, bakteriyanın özünün ətrafında yaratdığı qoruyucu lenti dağıtmağa qadirdir.
 
 Alim Steven Townsend qeyd edir ki, ilk əvvəl bu komponentlər bakteriyanı həssaslaşdırırlar, daha sonra isə öldürür. Bioloqlar bu halı “sintetik ölüm” adlandırırlar və bu xassə yeni mikrobəleyhinə dərmanların hazırlanmasını mümkün edir.
 
Araşdırıcı komandanın növbəti müşahidələri göstərir ki, ana südü şəkərlərinin mikrobəleyhinə fəaliyyəti hətta dünyada geniş yayılan xəstəxana infeksiyalarına səbəb olan 6 patogendən 2-sinə təsir edə bilir.
 
Foto: Steven Townsend
Mənbə: www.sciencedaily.com

0 şərh