Uşaqlarda qaz sancısı

Qaz sancısı nədən baş verir, səbəbləri
1) Qəbizlik – Bağırsaq hərəkətliliyinin azalması qaz sıxışmasına səbəb olur. Qəbizlik halında qaz sıxışmasının sancısı alt qarında, qalın bağırsaqda hiss edilir.
2) Həzmsizlik – Laktoza dözümsüzlük kimi qida həzmsizlikləri qaz sıxışmasına səbəb olur. Alt qarında kramp şəklində sancı hiss edilir. Süd içdikdən sonra ortaya çıxa bilir. Qlüten zülalının həzm olunmamasına səbəb olan çölyak xəstəliyini də nəzərə ala bilərik.                                                    3) Hava almaq – Nəfəs alarkən və ya yemək yeyərkən bir miqdar hava almaq son dərəcə təbiidir. Ancaq aşağıdakı səbəblərlə alınan hava miqdarı çoxdursa, qaz sancısı problemi qaçınılmazdır: saqqız çeynəmək siqaret çəkmək, qələm və s. obyektləri əmmək, yemək yeyərkən çeynəmədən udmaq.Körpələrdə köp sancısı                                               4) Bəzi qidalar – Yediyimiz qidaların çoxunda karbohidrat var. Bu karbohidratların bir qismini biz həzm edə bilmirik, ancaq bağırsaqlarımızda olan 500 fərqli növ bakteriya edir. Bu həzm etmə əməliyyatı əsnasında çıxardıqları qaz miqdarı çox artırsa, qaz sancısı yaşanır. Həzm olunmayan karbohidrat ehtiva edən bəzi qidalar: Quru paxla, soğan, kələm, gül kələmi, ispanaq, ənginar, quru üzüm, paxla, mərcimək, ərik qurusu, alma, həmçinin makaron, kartof kimi nişastalı yeməklər; qazlı içkilər, nizamsız paylar, ikinci dəfə isidilən yeməklər də qaz sıxışmasına səbəb ola bilər.                                                                        5) Bağırsaq iltihabları – E. Coli və Salmonella kimi bakteriya və virusların səbəb olduğu bağırsaq iltihabları qaz sıxışmasına və mədə ağrısına səbəb ola bilir. Ağrı üst qarında (mədədə) və alt qarında (yoğun bağırsaqda) hiss edilir. Qaz sancısı ilə birlikdə ürək bulanma, halsızlıq, ishal və qızdırma görülə bilər. Spastik kolon olaraq da bilinən bağırsaq sindromu da qaz sıxışmasına səbəb olur.

Müəllif: drafetibrahimli.az
 

0 şərh