Autizmin əsas əlamətləri

Erkən yaş dövrü neyro-psixiatrik pozğunluğun əmələ gəldiyi dövrlərdən biridir, əlamətləri ilk 3 ildə özünü biruzə verir. İlkin əlamətləri sosial münasibətlər və ünsiyyət sferasında pozğunluqların olması ilə meydana gələn neyro-psixiatrik pozğunluqdur. Sosial-emosional inkişafda gecikmə və azmalar, danışığın gecikməsi və ya olmaması və təkrarlayıcı davranışlardır.
Bu vəziyyətin əsas klinik xüsusiyyətləri 3 qrupda sıralana bilər:
1) Sosial inkişafda axsama:
Bu uşaqlar öz yaşıdlarında müşahidə edilən ictimai bacarıqları yerinə yetirə bilmir. Məsələn, ilk bir ildə gözlənilən bacarıqlarında göz təması qurma, gülümsəməyə cavab, adını çağırdıqda dönüb baxmama və sadə təqlidə əsaslanan bacarıqları inkişaf etmir.Autizmin əlamətləriİki yaşlı bir uşaq sadə qaydaları olan oyunlar oynayır və yaşıdlarına maraq göstərir. Üç yaşlı bir uşaq yaşıdı ilə evcik-evcik kimi ssenarisi olan oyunlar oynayır, lakin autizmli uşaqlar bu kimi bacarıqların əsas hissəsindən məhrumdurlar. Tez-tez xarici aləmə əhəmiyyət vermirlər və tək qaldıqda daha rahat olurlar. Yetkinlərin marağını cəlb etməkdə istəksizdirlər. Ən əsas problemləri isə qarşı tərəfin hisslərini anlamaqda çətinlik çəkmələridir.
2) Dil İnkişafındakı problem:
Bu uşaqların böyük hissəsi başdan mənalı bir söz və cümlə qura bilmir, az qismində başdan sözlər və məhdud cümlə olsa da 1 -2 yaş arasında o qabiliyyətlərini itirirlər. Bu uşaqların böyük qismi normal uşağın bir yaşında işlətdiyi mənalı söz və iki yaşında qurduğu ən az iki kəlmədən ibarət cümlə qura bilmir. Bu uşaqların yarısından çoxunda danışıq qabiliyyəti heç vaxt inkişaf etmir, yarısına yaxın bir qrup gec də olsa ünsiyyət qabiliyyəti qazanır, ancaq bu qabiliyyətləri digər uşaqlarınkından fərqlidir. Məsələn, özlərindən bəhs etdikdə «mən» demək əvəzinə «o» deyirlər. Deyilən sözləri və bəzi cümlələri tez-tez təkrarlayırlar. İzah etmə qabiliyyətləri zəifdir, daha çox maraq göstərdikləri mövzularda, mexaniki səslə ünsiyyət qururlar.
3) Təkrarlanan Davranışlar:
Bunlar iki qrupa ayrılır, bədən hərəkətləri, məsələn, barmaq ucunda gəzmək, əl çırpmaq, qol çırpmaq, sallanmaq, fırlanmaq. İkinci qrupa təkrar maraqlar aiddir.
Diqqət!!!
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı aydın deyil.

Müəllif: Hüseynova Fidan
Mənbə: az-tibb.com
 

0 şərh