Əmziyin 2 yaşından sonra atılması vacibdir

Mütəxəssislər əmzikdən istifadə edən uşaqların gec danışdıqlarını bildirirlər. Qeyd olunur ki, əmziyin 2 yaşından sonra atılması vacibdir.
Normal olaraq uşaqlar 12 aylıqkən ilk kəlimələrini söyləməyə başlayırlar. Oğlan uşaqlarında 3-4 ay daha da uzana bilər. Həkimlər uşaqlarda gec danışmağın səbəblərinin müxtəlif olduğunu deyir: «Bunlardan biri də əmziklərdir. Uşaq tez-tez ağzında əmziklə gəzdiyi üçün bir şey soruşduğunuz zaman və ya səs çıxarması lazım olduğu yerdə bilmədiyi üçün danışmaqda gecikə bilər. Uşaqlar 2 yaşından sonra mütləq əmziklərini atmalıdırlar”.
Əmziyin 2 yaşından sonra atılması vacibdir
Əmziklər danışmaqla bərabər qulaq infeksiyalarına da səbəb olur: “Uzun müddət və tez-tez əmzik istifadəsi qulaq infeksiyası riskini artırır. Təkrarlanan qulaq infeksiyaları da irəliləyən zamanlarda eşıtmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Sadəcə əmzik deyil, butulka da eyni riski daşıyır. Uşaqlar südü və ya digər içkiləri butulkadan yataraq içirlər. Bu da orta qulaqdakı kanallarda maye yığılmasına səbəb ola bilər. Yəni həkimlər sadəcə əmziyin deyil, butulkanın da 2 yaşından sonra atılmalı olduğunu qeyd edirlər.
“Əmzik istədiyi zaman daha əyləncəli oyunlar oynayın”
Uzun müddət əmzik istifadəsi çənə və dişlərdə də problem yaradır. Həmçinin əmzikdən istifadə edən uşaqlarda qidalanma problemləri də yaranır. Tez-tez əmzik istifadə edən uşaqlarda qidanı geri çevirir.
Uşaqlarının əmzikdən ayırmaq istəyən valideynlər bu qərarı onların davranışlarına görə verməlidirlər:
»Hər uşaq və ailənin özünə aid hərəkətləri vardır. Buna uyğun olaraq birdən-birə buraxmağı və ya azaltmağı seçə bilərlər. Ümumiyyətlə, əmziyi olmayan uşaqlar narahat, əsəbi ola bilər. Bu da anaları narahat edir. Buna görə də ilk zamanlarda yuxu saatları ilə məhdudlaşdırıla bilər. Ağlayan uşaqları daha çox oyunlar oynamaqla sakitləşdirə bilərsiniz.
Ailələrə kitab oxumağı məsləhət görən mütəxəssislər bununla uşaqların daha çox kəlimələrə məruz qaldığını və söz ehtiyatının artırdığını bildirirlər. Həmçinin mahnılarında burada önəmli rolu vardır.
 

Mənbə: yeniavaz.com
 

0 şərh