Uşaqlarda angina

Angina kimi bildiyimiz tonzilit xəstəliyi badamcıqların iltihabi xəstəliyidir. Əsasən streptokoklar bakteriyası törədir. Payız və yaz aylarında daha çox rast gəlinir. Yoluxma hava-damcı yolu və ya mikrobların qanla xroniki ocaqdan badamcıqlara keçməsindən yaranır.
Adətən kəskin başlayır. Birdən-birə boğazda aclıq və quruluq hissi əmələ gəlir. Elə güclü boğaz ağrısı olur ki, quru yeməyi, hətta mayeni belə udmaqda çətinlik çəkilir.
Uşaqlarda angina
Temperaturun qalxması (38-40 dərəcə), ümumi zəiflik, halsızlıq, baş ağrısı, ətraflarda ağrı olur. Çənəaltı limfa vəziləri böyüyür və palpasiya zamanı ağrılı olur.
Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər.
Əgər güzgü götürüb  boğaza baxılsa, badamcıqların qızartısını və böyüməsini görmək olar.
İrinli anginada badamcıqlar  sarımtıl ərplə örtülür.
Xəstəlik 5-7 gün çəkir.
Angina ciddi xəstəlikdir, ağırlaşma halları (oynaq, ürək, böyrək xəstəliyi) ola bilər. Vaxtında və düzgün diaqnoz qoyulması çox önəmlidir.

Müəllif: Dr. Lalə Mehdiyeva
Mənbə: tibb-dunyasi.com
 

0 şərh