İştahsız uşaqlara yanaşma

Uşağın sevmədiyi qidaları ona yeməyə məcbur etməyin. Bu yeməkləri müəyyən aralıqlarla yedirməyi sınayın. Uşaqların yemək porsiyalarını böyüklərdə olduğu kimi götürməyin. Mədə ölçüləri kiçik olduğu üçün hətta 7- 10 qaşıqdan sonra doya da bilərlər. Uşaqlarınızı başqa uşaqlarla müqayisə etməyin. Heç vaxt yemək üçün təhdid etməyin və ya qorxuzmayın. Yeməkdən əvvəl uşağa nəsə əlavə qida verməməyə çalışın.
Təmiz havada oynamaq, yuxu rejiminin olması uşaqların iştahını açır və yeməsini yaxşılaşdırır. Uşaqlarda müşahidə edilən narahatlıq, qısqanclıq, kədər da iştahı azaldan amillər arasındadır. Məktəb dövründə uşaqların iştahının az olmasına təsir edən amillərdən isə ağır dərs tempinin olması, ayaq üstə qidalanmaq, məktəb stresi ola bilər. Ola bilər ki, 1 yaşından etibarən uşağın iştahında azalma hiss edə bilərsiz. Çünki, uşağınız körpəlikdən 1 yaşına kimi sürətlə inkişaf edib. Ancaq artıq sürətli böyümə dövrü keçmiş və kalori ehtiyacı azalıb. Ona görə də əvvəlki kimi yeməyə ehtiyacı olmaya bilər. Bu dövr valideynləri həyəcanlandırır.
İştahsız uşağa yanaşma
Uşağın yaxşı qidalanaraq normal böyüdüyünün göstəricisi: 6-8 ay arası 100 qr/həftəyə, 9-12 ay arası 50-75 qr/ həftəyə, 1 yaşdan yuxarı uşaqlarda isə 50 qr/həftəyə çəki alımı kifayətdir.

 Uşaqların qidalanmasında edilən ən böyük səhvlər hansılardır?
1. Ac olmasa da, uşağı yemək yeməyə məcbur etmək: uşaqları fərdi şəxs kimi qəbul edilməli və acdığını, doyduğunu hiss etməlidir. Onu məcbur etsək, normal aclıq və ya toxluq hissini başa düşə bilməz. Gələcəkdə səhv qidalanmaya bağlı olaraq problemlər yaşaya bilər.
2. İstəmədiyi və ya sevmədiyi yeməkləri məcbur edərək yedirməyə çalışmaq: böyüklərdə olduğu kimi uşaqlarında sevmədiyi yeməklər ola bilər. Onlara bu barədə hörmət edilməlidir. Əsas qida məhsullarını yeyə bilsə kifayətdir. (Məsələn, pendir sevmirsə əvəzində süd və ya qatıq verilə bilər).
3. Uşaqlar hər gün eyni cür yeməzlər. Bir gün çox yaxşı yeyə bilər, bəzən isə əksinə. Əgər bir uşaq normal böyüyürsə və gün ərzində oynayıb qaçırsa deməli həyəcanlanmağa əsas yoxdur.
4. Uşağa səhv nümunə göstərmək: Uşaqlar yemək yemədə həmişə valideynlərinə oxşayırlar. Məsələn, süd içməyən valideynlərin uşağı məcbur etməsi və ya özləri misal üçün qazlı, şəkərli içki içən valideynlərin uşağa bunu qadağa etməsi səhv nümunədir.
5. Çoxlu süd və ya meyvə şirəsi içmək də iştahsızlığa səbəb ola bilər: Xüsusən yeməkdən əvvəl qəbulu iştahı azaldacaq. Həmçinin çoxlu süd qəbulu nəticəsində anemiya inkişaf edə və iştahsızlığa səbəb ola bilər.
6. Uşağa da böyüklər kimi yemək porsiyası vermək: Uşaqların yemək yeyə biləcəyi posiya məhduddur, böyüklər kimi porsiyaları olmaz. Onlar «doydum» dedikdə hörmət edilməlidir.
7. Yeməkdən mükafat və ya cəza kimi istifadə etmək: Əgər uşağa “tərəvəzini yeməsən, şirniyyat yoxdur” desəniz, o tərəvəz yeməklərinə bundan sonra cəza yeməyi kimi baxacaq. Şirniyyat yeməklərini isə mükafat kimi düşünəcək.
8. Diqqəti özünə cəlb etmək: çünki iştahsızlıq həmişə valideynləri cəlb etdirən bir nüansdır. Çalışmaq lazımdır ki, bu barədə xüsusən yemək vaxtı danışmayasınız. Uşaq bunu eşitdikcə daha da şişirtməyə çalışacaqdır.

Ümumi məsləhətlər:
  • 1 yaşından sonra uşaqlarda iştah azalması müşahidə oluna bilər. Bu, daha çox böyümənin yavaşlaması ilə əlaqədardır.
  • Yeməyə uyğun forma vermək, dad, qoxu, qida dəyərinin yüksək olması vacibdir. Amma yeməyin nə qədər yeyilib, nə qədərinin qalacağı isə uşaqdan aslıdır. Başlanğıcda kiçik porsiyalar şəklində verilməlidir, uşağın istəyinə və iştahına gərə əlavələr oluna bilər.
  • Uşağın gün boyu əlavə qidalar yeməsinə, çox süd və meyvə şirəsi içməsinə imkan verilməməlidir.
  • Yemə vaxtı uşağın əyləncəli dövrləri olmalıdır, uşaq qətiyyən məcbur edilməməli, fiziki və mənəvi təzyiq altında olmamalıdır. Təhdid, rüşvət və cəzalanmaya qətiyyən yol vermək olmaz. Ağlayan və ya qəmgin bir uşaqdan kifayət qədər yeməsini gözləməyin.
  • İştahsızlığı olan uşaqlarda yemə proqramı hazırlana bilinər. bU, əsas və əlavə qidalanma rejimi ilə birgə 5 dövrə bölünməlidir. Yemək aralığı ən azından 3-4 saat olmalıdır.
  • Yemə müddəti 20-30 dəqiqə arasında olmalı, daha uzun müddət stol arxasında oturulmamalıdır.
  • Yeməklərdən 10-15 dəqiqə əvvəl uşağın sakit dincəlməsi lazımdır.
  • Yemək yemə vaxtı uşağın diqqətinin yeməkdən ayrılmamalıdır, ona görə kitab, oyuncaqlar yığışdırılmalı, televizor söndürülməlidir.
  • Bütün ailə hamısı stol arxasında oturmalı, çünki uşaqlar böyüklərə oxşamaq istəyirlər. Ailə ilə birlikdə uşaqlar  stol arxasında əyləşdikdə xoşbəxt olurlar. Bu da uşağın daha yaxşı qidalanmasına səbəb olur. Uşaqlar valideynlərin istədiyi qədər deyil, toxluq hiss edənə qədər yeməlidir. Ancaq hamı yeməyini qurtaranadək stolda oturulmalıdır qanunu olmalıdır. Uşaqlar toxluq hiss edəcək qədər süfrədə qalmalıdırlar.
  • Uşaqlar başlanğıcda az yeyə bilər, 1 saat sonra butulka ya da ana süd istəyə bilər. Amma sonra ona tədricən sonrakı yemək vaxtına qədər gözləməli olduğu anladılmalıdır.
  • Qaytarma, qusma və tüpürmə kimi reaksiyalara səbəb olacaq bütün yeməklərin verilməsi dayandırılmalıdır. Əgər uşaq yalnız üzünü büzürsə yemək bir azdan təkrar verilməli və yoxlanmalıdır.
  • Yuxulu vəziyyətdə və ya yuxudan duran kimi yedizdirmək məsləhət görülmür.
  • Uşaqlar şiriniyyatı və un məmulatlarını sevirlər. Günün planlanmış vaxtlarında bu kimi qida məhsullarının istifadəsinə icazə verilə bilər.

 
Müəllif: Nərmin Əzizova- Mütəxəssis pediatr
Mənbə: e-tibb.az

0 şərh