Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaqlarda özünə inam yaratmağın yolları

Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir. Əgər uşağınız yeni bir məktəbə getməyə, ya da heç tanımadığı bir mühitdə yaşamağa başlamışdırsa, hər şeydən çox sizin dəstəyinizə ehtiyac vardır.

Davamı →

Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma

Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma: Bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilər
Uşaqlarda bədən hərarətinin kəskin qalxması zamanı yaranan qıcolmalar ən çox narahatlıq doğuran hallardan sayılır. Bu, tibbi dildə febril qıcolmalar adlandırılır. Febril qıcolmaların uşaqların təxminən 5 faizində müşahidə olunduğu bildirilir. Məlumatlara görə, əsasən körpəlik dövründə yaranan bu hallar bir çox hallarda

Davamı →

Uşağa yemək yedirərkən diqqətli olun

Uşağa yemək yedirərkən diqqətli olun, körpələrin qida borusuna az midqar qida düşdükdə belə boğulub ölə bilərlər!
Gənc analar mütləq oxusun!
Qida borusuna yad cisim, qida və ya su düşən zaman böyüklər də boğula bilirlər. Amma boğulma tutması zamanı böyüklər vəziyyətdən çıxa bilirlər, uşaqlar isə əksən hallarda boğulub ölürlər.

Davamı →

Rollu oyun nədir?

Rollu oyun uşaqların özlərinə rol təyin etdikləri, həmən rolu mənimsəyib canlandırdıqları bir oyun növüdür. Özünü başqa biri və ya başqa bir şey kimi göstərməkdir. Bu, nağıl qəhrəmanı kimi fərqli biri və ya ana rolu ola bilər. Uşaqlar bəzən real həyatda öz əksini tapmış, bəzən isə öz təxəyyüllərinin məhsulu olan rolları oynayırlar. Hər bir halda, reallığın bütün sərhədlərini qıran, təbii və eyni zamanda vacib oyun növüdür.

Davamı →

Dünyaya övlad gətirən anaların arıqlaması üçün məsləhətlər

Xanımlar hamilə olan zaman 12-16 kq, bəzən də daha çox əlavə çəki əldə edirlər. Ancaq övladları dünyaya gələndən sonra bu çəkidən qurtulmaq çətin olur.
Əgər bu sahədə indi bir iş görməsəniz, ola bilsin ki, 20 ilə də belə, arıqlaya bilməyəsiniz.
Onu nəzərə almaq lazımdır ki, arıqlamaq istəyən analar ən azı 9 aydan sonra arıqlamalıdırlar. Ona görə də səbirli olmaq lazımdır. Bunun üçün analara 6 məsləhət veririk.

Davamı →

Körpənin boy və çəki artımları

Yeni doğulan uşaq, 3-4 gün içində  normal şərtlərdə doğum kilosunun 10%-i qədər kilo alır. 28 günlük ilə 12 ay arası olan süd uşaqlığı dövründə, inkişaf və böyümə çox sürətlidir. Doğum çəkisi ümumiyyətlə 2 kilo 500 qram ilə 5 kilo arasındadır. Qız uşaqları oğlan uşaqlarına görə daha aşağı kilolu olurlar.

Davamı →

Uşaqlarda dil inkişafına dəstək yolları

Uşaqlarda dilin inkişaf mərhələləri fərqlidir, lakin inkişafın bütün mərhələlərində olduğu kimi burada da mütəxəssislər tərəfindən qəbul edilən müəyyən standartlar mövcuddur. Bir valideyn kimi uşağınıza olan töhfəniz çox vacibdir.
Bu yazıda uşaqlarda dil inkişafına dəstək verən oyunlar və yanaşmalar haqqında sizə məlumat verəcəyik.
Gəlin başlayaq!

Davamı →

Övladı ilə münasibət qurarkən anaların yol verdiyi xətalar

Bu gün, memarlığın ən vacib məsələlərindən biri – urbanizasiyanın gətirdiyi və hələ də ən böyük memarların, memarlıq şirkətlərinin həll etməkdə çətinlik çəkdiyi, gözardı edilməyəcək qədər ciddi problemlər haqqında qısa danışacağıq.
Urbanizasiya, əhalinin şəhərlərə toplanması və iqtisadi böyümə ilə paralel olaraq şəhər ərazilərinin inkişafı prosesinə deyilir.

Davamı →

Uşaqlarda yuxu və əqli inkişaf arasında əlaqə

Uzun illərdir davam edən “ Dahi insanlar daha gec yuxulayır” mübahisəsi uşaqlara qədər uzandı. “Ağıllı uşaqlar daha az yatır” ifadəsi valideynlərin bir çoxunun təsəllisidir. Bu fikir doğrudurmu? Ağıl və yuxu arasında belə bir əlaqə varmı? Uşaqlarda ağıl və yuxu arasında əlaqəyə aid verilən suallara cavab axtarıb tapdıq. Yuxu və ağıl arasında mütənasiblik haqqında “ Huffington Post” qəzetində yer alan xəbərə görə, Amerikada gənclər arasında aparılan araşdırmalar ağıllı insanların orta və zəif zəkaya sahib insanlara nəzərən daha gec yuxuya getdiklərini göstərir.

Davamı →