Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaqlarınızla vaxt keçirməyin yollari

Uşaqlarla faydalı vaxt keçirmək uşağın emosional və zehni inkişafı üçün olduqca önəmlidir. Uşaqla faydalı vaxt keçirə bilmək üçün ilk öncə onun fiziki və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu ehtiyacları dəstəkləməyə yönəlmiş bəzi faktorlar mövcuddur.
Uşaqların fiziki və mənəvi ehtiyaclarını dəstəkləyən faktorlar:
Uşaq anadan olduğu andan etibarən ata və ananın həm fiziki, həm də mənəvi qayğısına ehtiyac duyur.Uşağın altını təmizləmək,qarnını doyuzdurmaq,bütün ehtiyyaclarını qarşılamaq fiziki qayğıdır.Uşaqla oynamaq, onu güldürmək, sevmək, oxşamaq,ona müxtəlif hərəkətlər etdirmək isə uşağın mənəvi ehtiyyaclarını qarşılamaqdır.
Davamı →

Uşaqlarda dilaltı qədəhin nitqə təsiri

Dilin əmmə, udma, çeynəmə, qidanı ağız boşluğunda çevirmək, danışmaq kimi bir çox funksiyası var. Dilin bu funksiyaların hamısını yerinə yetirə bilməsi üçün ağız boşluğunda sərbəst hərəkət etməsi lazmdı. “Dilaltı qədəh” deyilən dilin altındakı yumşaq toxuma dili ağız döşəməsinə yapışdırır. Bəzən bu toxuma dilin hərəkətliliyini məhdudlaşdıracaq qədər qısa və qalın ola bilər. Bu vəziyyət dilin aşağı, yuxarı və yanlara doğru hərəkət etməsinə mane olur. Dilaltı qədəhi çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, əmmədə çətinlik yaşaya bilərlər.
Davamı →

Hamilə qadın saçlarını kəsib boya edə bilərmi?

Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.
Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.
Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var.  İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir.
Davamı →

Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməli

1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.
Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda — qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Əgər hərarət enibsə, demək narahatçılıq üçün bir səbəb yoxdur.                                                                            
Davamı →

Körpəni atıb tutmaq olarmı?

Uşağı yatırtmaq üçün ayaqda, örtük və ya beşikdə yelləmək üsullarından istifadə edilir.
Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.
Davamı →

Körpələrdə qusma qorxuludurmu?

Körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur.
Ümumiyyətlə qusmalar 2 cür olur:
1. Fizioloji qusma
2. Patoloji qusma
Davamı →

Dəri soyulması

Dəri soyulması; dərinizin epiderm təbəqəsinin ziyan görməsindən qaynaqlanar. Dəri soyulması, ümumiyyətlə infeksiya və ya günəş yanığı kimi, dərinin birbaşa zərər görməsi halında meydana gəlir. Ancaq dəri soyulması eyni zamanda, immunitet sistemi pozuqluğunun və ya bir başqa xəstəliyin işarəsi də ola bilər. Qaşınma, quruluq və pozuntuya səbəb olan digər dəri problemləri isə dəri soyulmasıyla birlikdə görülə bilər. Əhəmiyyət dərəcəsi geniş ölçüdə dəyişiklik göstərən bir çox problem dəri soyulmasının səbəbi ola biləcəyindən, vaxt keçirmədən diaqnoz qoyulması vacibdir.
Hansı problemlər üzündən meydana gələr?
Davamı →

Uşaqlarda tərləmə şikayətləri

İnfeksion xəstəliklərin qarşısını almağa yönələn tədbirlər 3 qrupa bölünür:
1. İnfeksiya mənbəyinə yönələn tədbirlər;
2. Yoluxma mexanizminin müəyyənləşdirilməsi;
3. Həssas orqanizm — infeksiya mənbəyi ilə təmasda olan şəxslərə qarşı görülən tədbirlər.
Uşaqlarda tərləmə valideynlərin ən çox rast gəlinən şikayətlərindən biridir. İstər böyüklər, istərsə də uşaqlar hərəkət və ya artıq güc sərf etdikdə bədəndə enerji əmələ gəlir.
Davamı →

Peyvənddən öncə və sonra nə etməli

1. Peyvənddən 1-2 gün əvvəl uşağın qida rasionuna yeni qida əlavə olunmamalı, peyvənddən 1 saat əvvəl və sonra körpə qidalandırılmamalıdır.
2. Allergiyalı uşaqlara həkimin məsləhəti ilə antihistamin preparatlar və Kalsium preparatları təyin oluna bilər.
3. Evdə qızdırmasalıcı preparat olmalıdır.Peyvənd
4. Peyvənddən əvvəl qan və sidiyin analizi həyata keçirilməlidir.
5. Peyvənd günü, peyvənddən qabaq və sonra tempratur ölçülməlidir.
6. Pediatrın müayinəsindən keçməli və onun tam sağlam olması təsdiq edilməlidir.
7. Peyvənddən 5 gün qabaq və 5 gün sonra uşağa vitamin C verilməsi tövsiyə olunur.8.Peyvənd olunduqdan sonra uşağı soyuqdəymədən, infeksiyalardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmayın.
9. Bütün peyvəndlər üçün müəyyən əks-göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər. Bunu mütləq nəzərə almaq lazımdır.
10. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək fəsadları haqqında ətraflı məlumat almalı və lazım olduqda dərhal həkimə müraciət etməlidir.

Mənbə: drafetibrahimli.az, milli.az 
Davamı →