Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaqlar niyə pis yemək yeyir

Demək olar ki, hər bir ana bu problemlə üzləşir. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır. Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin. Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər verin. Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.
Davamı →

Uşaqlarda qaz sancısı

Qaz sancısı nədən baş verir, səbəbləri
1) Qəbizlik – Bağırsaq hərəkətliliyinin azalması qaz sıxışmasına səbəb olur. Qəbizlik halında qaz sıxışmasının sancısı alt qarında, qalın bağırsaqda hiss edilir.
2) Həzmsizlik – Laktoza dözümsüzlük kimi qida həzmsizlikləri qaz sıxışmasına səbəb olur. Alt qarında kramp şəklində sancı hiss edilir. Süd içdikdən sonra ortaya çıxa bilir. Qlüten zülalının həzm olunmamasına səbəb olan çölyak xəstəliyini də nəzərə ala bilərik. 
Davamı →

Uşaqlarda qısa boyluluq

İnsanlarda böyümə sürəti iki-üç yaşlarında ildə 8 sm qısa olması, üç və dörd yaşlarında ildə 7 sm qısa olması, dörd və doqquz yaşları arasında isə ildə 5 sm az olması, ana atanın boyuna görə uşağın boyunun qısa olması “boy qısalığı” olaraq bilinir. Əgər boy uzanması birdən dayansa, bu bəzi xəstəliklərin əlaməti ola bilər. Belə bir vəziyyətdə qarşılaşdıqda həkimə getməlisiniz.
Boy uzanmasının yavaşlamasının iki səbəbi vardır.

Davamı →

Uşaqlar üçün hipoalerjenik pəhriz

Uşaqlar üçün xüsusi hipoalerjenik bir pəhriz, hətta yeni doğulmuşlar üçün də təyin edilə bilər. Xüsusiyyəti artan həssaslaşdırma aktivliyi olan məhsulların xaric edilməsidir.
Həm də görkəmli ekstraksiya komponentləri ilə fərqlənən və ya çox miqdarda efir yağları olan maddələr tez-tez qadağan olunmuş məhsullar qrupuna düşür. Tez-tez bədəni böyüklər üçün çox sevilən konservləşdirilmiş qabıqları qəbul etməkdən imtina edən uşaqlarla tanış ola bilərsiniz.
Ancaq çox vaxt bu cür xüsusi bir rejimə keçməyin səbəbi, əvvəlcədən analiz etmədən aşkarlanması çətin olan müxtəlif qida əlavələridir. Bütün istehsalçılar bir banka və ya qutu təlimatlarında göstərməyə hazır olmayan boyalar, qoruyucu maddələr və hətta emulsifikatorlar haqqında danışırıq. Şirniyyat və digər qənnadı məmulatları hazırlayan meyvə mahiyyəti olan ləzzətlər də təhlükəlidir.
Davamı →

Uşağın dünyasında ögey ana

Ögey ana cəmiyyətdə daha çox neqatif xüsusiyyətləri olan, uşaqlara əziyyət verən, mərhəmət və şəfqət hissindən məhrum olan bir qadın kimi qəbul olunur. Buna səbəb həyatda həqiqətən də belə modellərin olması, həmçinin bəzi kinofilmlərdir. Cəmiyyətdəki bu münasibət bəzən uşaqlara da mənfi təsir göstərir. Xüsusilə, yaşı daha böyük olan uşaqlar bu neqatif münasibətin təsiri ilə ögey analarını həmişə “nəzarət altında saxlamağa” çalışırlar.

Məktəbəqədər dövrdə isə uşaqlar məsələyə daha emosional yanaşırlar. Təbii ki, onların ögey anaya qarşı reaksiyaları da emosional olur. Bu prosesin uşaq üçün asan olmadığını da unutmaq olmaz. Çünki uşaq birdən-birə tanımadığı bir adamla tanış olur və üstəlik, bu adam onun çox sevdiyi, bəlkə də ən sevdiyi bir adamın yerini tutur.

Davamı →

Gənc analara 3 vacib məsləhət

Yenicə ana olan xanımların qayğıları da çox olur: həyatda artıq yeni rolun oynanılması, yeni körpə, yeni həyat tərzi. Lakin, bütün bu olanlardan başınızı itirməməli və kitablardan, pediatorlardan yaxud sizə yaxın olan insanlardan məsləhət almalısınız.

Bu yolda sizə ən doğru çıxış yolunu pediatorlar verə bilər. Beləliklə, pediatorların ana olan xanımlara məsləhət gördüyü 3 məsləhət:



Davamı →

Uşaqlarda günlük içirilməli su

Altı ayadək uşaqlara su verilməsi tövsiyyə olunmur. 4 aydan böyüklərə yeməkdən sonra su təklif edə bilərsiniz amma əksərən ehtiyacları olmadığı üçün imtina edirlər və bu normal haldır.

Əlavə qidaya başlamış uşaqlara hər 3 saatda bir yeməkdən sonra 20-30 ml (uşağa görə bu rəqəm dəyişə bilər) su verilməlidir. 1-5 yaşlı uşaqlara 2-3 saatda bir 80-100 ml su vermək lazımdır.

Suyu uşaqlara yeməkdən sonra və ya yeməyin sonuna doğru vermək məsləhətdir. Yemək zamanı və ya yeməkdən əvvəl su içmək mədəni doldurduğu üçün yemək miqdarının azalmasına səbəb ola bilər.
Davamı →