Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Hazır uşaq qidaları

Körpənizə dükandan şüşə qabda və ya quru şəkildə uşaq yeməyi aldığınız zaman istehsalçıların sizi aldatmasının qarşısını almaq üçün bir sıra faydalı məsləhətlərə riayət edin.

Dənli əsaslı tərkibində buğda olan ərzaqları hətta qutunun və ya şüşənin üzərində “dörd aylı körpəyə uyğundur” yazısı olsa belə almayın. Beləki, tərkibində qlüten olan məhsullar 6 ayınadək körpələrdə bir sıra mədə xəstəliklərinə səbəb ola bilər. Bəzi səhiyyə orqanlarının bu haqda təlimatı olsa da, uşaq qida istehsalçıları bu prinsiplərə riayət etməkdən boyun qaçırırlar.

Şəkərin miqdarını öyrənmək üçün etiketi yoxlayın. Bəzi şəkərlə şirinləşdirilmiş körpə qidaları tamamilə qəbuledilməzdir. Şəkər uşağın immun sistemini boğur. Tərkibində az miqdarda şəkər olan ərzaqlara aldanmayın. Hazır ərzaqların üzərində “şəkər azaldılmışdır” yazısına da aldanmayın.
Davamı →

Əmzik nə vaxt tərgidilməlidir

Uşaq doğulduqdan sonra yeni anaları sual qarşısında qoyan məsələlərdən biri də uşaqlara əmzik verilib-verilməməsi ilə bağlıdır. Çünki əmziklərlə bağlı həkim və valideynlərin fikirləri haçalanır. Bəzi həkimlər əmziyi uşağın ağız və dişlərinə zərərli hesab edir. Analar isə rahatlığına görə əmziyə üstünlük verirlər.

Həkim Mehmet Ali Talay bildirir ki, uşağın əmmə refleksi həyatda qalmaq üçün ana bətnində öyrəndiyi və yuxuda, oyanıq olarkən təkrar etdiyi bir hərəkətdir: "Əmmək uşağı sakitləşdirir. Uşaqlarda əmmə ehtiyacı ən çox ilk 3-4 aylıq ikən çox bəlli olur. Uşağın anaya alışması və əmmə alışqanlığını anadan öyrənməsi üçün doğuşdan sonra bir neçə həftə uşağın əmziklə tanış olmaması əhəmiyyətlidir.
Davamı →

Ana südü “ideal qida” deyil!

Dünyada elə bir ana yoxdur ki, ana südünün övladı üçün necə mühüm bir nemət olduğunu bilməsin. Bəs hər bir ananın bunu bilməsinə, illər boyunca ana südünün təbliğ olunmasına baxmayaraq, niyə analar hələ də övladlarına süni qida verirlər? Doğum evlərinin divarlarından asılan təbliğat posterlərində ana südünün necə əvəzsiz qida olduğu yazılır, ginekoloqlar, pediatrlar analara balalarını əmizdirməyi tövsiyyə edir, ana südünün mühümlüyü haqqında kitablar yazılır, təşkilatlar təsis edilir.

Hətta süni uşaq qidası istehsal edən şirkətlər belə öz məhsullarını reklam edərkən ana südünün uşaqlar üçün ən sağlam qida olduğunu vurğulayırlar. Niyə bütün bunlar anaları ana südü ilə qidalandırmağa inandırmaq və ruhlandırmaq üçün kifayət etmir?
Davamı →

Gecə əmizdirilmələrinin dayandırılması

Gecə tez-tez süd əmmək, yüksək tələbatlı körpələr üçün səciyyəvidir. Bunu, sevimli bir restoranda yeməyə bənzətmək olar. Sakit abu-hava, zövqünüzə yaxşı bələd olan ofisiant, ləzzətli yeməklər və effektiv menecment. Həyat gözəldir! Heç gecə qurmanından incimək olarmı?

Bu problemin həlli yolunu axtarmazdan əvvəl, özünüzdən sual verin, həqiqətənmi gecə əmizdirmələri problemdir? Bu dövr öz-özünə keçib gedəcəkdir. Bir gün, tezliklə, körpəniz daha bütün gecəni süd əmməyəcək və hər ikiniz səhərə qədər yatacaqsınız.
Davamı →

Süddən təcili ayırma

Vəziyyətlər:
*ananın hospitalizə edilməsi
*əmizdirmə ilə uyğun gəlməyən dərmanların qəbulu zərurəti
*ailədə ananın getmək məcburiyyətində olması
*körpə döşü dişləyir və ya zədələyir
*digər gözlənilməz hadisələr.

İlk baxışdan əmizdirməyə davam etmənin mümkün olmaması kimi görünən halların əksəriyyətində, südəmizdirməyə davam etmək və ya vəziyyəti yaxşılaşdırmaq olar:
Davamı →

Körpələrin duz qəbuluna diqqət!

Körpələrin ilk 4-6 aylarına qədər sadəcə ana südü ilə qidalanmaları, sonra isə mütləq əlavə qidalara başlamaları tövsiyə olunur. Ancaq əlavə qidaların qəbuluna 4 aydan tez başlanmamalıdır. Bunun səbəbi isə körpələrin mədə-bağırsaq sistemi və böyrək funksiyalarının tam formalaşmadığı üçün bu dönəmdə əlavə qidaları qəbul etməyə hazır olmamalarıdır.

Əksinə, əlavə qidalara gec başlandığında isə enerji və zülal qəbulunun az olması ilə əlaqədar infeksiya riskinin artması, dəmir əksikliyi ilə əlaqədar anemiya, vitamin-mineral qəbulunun az olması ilə əlaqədar böyümə-inkişaf geriliyi yarana bilər.
Davamı →

Süddən nə zaman ayırmalı?

Qəribə də olsa, sizdən körpənizi süddən nə vaxt ayıracağınız barədə özünüzün bu barədə düşündüyünüzdən daha çox soruşacaqlar. Lakin tələsməyin, səbrli olun və bir neçə qaydanı nəzərdə saxlayın:

1. Körpənizi süddən ayıracağınız müəyyən bir gün təyin etməyin.

2. Bilin ki, siz körpənizi süddən zamanı gəldikdə ayıracaqsınız.

3. Yadda saxlayın: körpəni süddən ayırmaq üçün müəyyən bir müddət yoxdur.
Davamı →

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Davamı →

Körpənin saçı ilk dəfə necə kəsilməlidir?

Körpələrinin saçlarının kəsilməsi məsələsində təcrübəsi olmayan valideynlər saçları nə vaxt qırxmaq lazım olduğunu bilmirlər. Mütəxəssislər körpələrin saçlarının kəsilməsi üçün təqribən 2 yaşında olmasını ən düzgün vaxt hesab edirlər.

1. Körpənin saçlarının kəsilməsinə prioritet kimi diqqət edilməli məsələ, uşaqların özlərini xoşbəxt hiss etdikləri vaxtları müəyyən etməkdir.

2. Körpənizin özlərini yad hiss etmədiyi bir yerdə saçlarının kəsilməsi, bərbərin işini asanlaşdıracaq.

3. Körpənizin saçlarını kəsdirmədən əvvəl saçların düzümünə, necəliyinə və uzunluğunun nə qədər olacağına qərar verin.

4. Körpənizin saçını kəsdirəndə istifadə etdiyiniz qayçı peşəkar olmalıdır.
Davamı →

Körpənin göbəyinə necə qulluq etməli?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur. Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.

Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.
Davamı →