Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

1 yaşına qədər olan uşaqlar üçün yemək reseptləri

Nəzərinizə çatdıraq ki, əlavə qidalar yalnız körpənin 6-aylığından sonra onun pəhrizinə əlavə oluna bilər. Yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın.

Bu haqda daha ətraflı məlumat saytımızın «Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi»

Südlü düyü sıyığı balqabaqla
2 x. qaşığı düyü, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır),1 stəkan su, 1/2 ç.q. şəkər tozu, 1/2 ç. q. kərə yağı, balqabaqın bir dilimi.

Balqabaq yuyulur, xırda tikələrə doğranılır və suda vam odda hazır olana qədər bağlı qabda bişirin. Düyu yuyulur, üzərinə isti süd əlavə olunur və yarıbışmiş vəziyyətə çatdırılır. Sonra düyüyə ələkdən sıxılmış bişmiş balqabaq əlavə olunur və sıyıq hazır olana qədər bağlı qabda bişirilir. Hazır sıyığa kərə yağı əlavə olunur.
Ardı →

Donor südü (süd anası)

Anada süd olmadığı və ya az olduğu halda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrə donor südü verməyini tövsiyə edir.

Donor (süd anası) öz uşağını uğurla əmizdirən sağlam qadın ola bilər. Uşağa donor südü verdikdən əvvəl süd anası mütləq müəyyən infeksiyalara yoxlanılmalıdır (C və B hepatitləri, QİCS və s.).

Donor südü uşağa sağılmış vəziyyətdə də verilə bilər. Belə südü soyuducuda və ya buzxanada saxlamaq olar. Həkimlərin araşdırmalarına görə, xüsusi şəkildə dondurulmuş ana südü (təbii ki, ev şəraitində yox) hətta 6-8 aydan sonra istifadə oluna bilər. Bu halda ana südü xarab olmur və öz faydalı xüssusiyyətlərini itirmir.
Ardı →

Əmgəklər

Cavan valideynlər bəzən narahat olurlar ki, uşağın əmgəyini zədələyə bilərlər. Narahat olmağa dəyməz. Əmgək elastik və çox qalın toxuma qatı, üzərində isə dəri qatı ilə örtülmüşdür.

Uşağa adi baxım zamanı (saçların daranması, saçların yuyulması və s.) əmgəyi zədələmək, praktik olaraq, mümkün deyil.

Böyük əmgəyin ölçüsü uşaqlarda müxtəlif ola bilər (orta hesabla 2,2 sm-dən 3,5 sm-dək).

Uşağın başında saç az olduqda əmgəyin altında nəbz vurmasını görmək olur. Bu, tam normal haldır.

Əgər uşağın əmgəyi gərgin və qabarıqdırsa, və ya əmgəyin qıraqları artıq dərəcədə yumşaq və elastikdirsə, uşağı həkimə göstərin — bu, hər hansı bir xəstəliyin əlaməti ola bilər.
Ardı →

Ana südü ilə qidalandırarkən faydalı yemək pəhrizi

  Siz ortalama gündəlik 300-500 əlavə kalori qəbul etməli olacaqsınız. Əgər bu kalorilər sağlam qidadan gəlirsə, onlar sizə sağlam qalmaq və körpəniz üçün keyfiyyətli süd hazırlamaq üçün lazımi qidalandırıcıları təmin edəcəklər. Bu qidalara aşağıdakılar daxildir:
  • Yağsız ət, balıq, yumurta, mərci və lobyalar.
  • Yağlı balıq, xüsusilə qızılbalıq, makrel və sardana, çünki onlar omega-3 yağı ilə boldurlar və körpənizin zehni inkişafı üçün əhəmiyyətlidirlər — həftədə bir və ya iki dəfə yağlı balıq yeyin.

Ardı →

Yenidoğulmuş körpənin tənəffüsü, nəbzi və hərarəti

Fizioloji yetkin uşaq anadan olandan bir dəqiqə sonra qışqıraraq ilk dəfə nəfəs alır.

Əgər diri doğulmuş uşaq (ürək döyünməsi eşidilən) tənəffüs etmirsə və ya tək-tək ardıcıl olmayan tənəffüs hərəkətləri edirsə, bu asfiksiyanı, boğulmanı göstərir.

Əksər hallarda asfiksiyanı müxtəlif yollarla aradan götürmək mümkün olur. Lakin onun nəticələri olaraq tənəffüs və qan dövranı pozğunluqları əmələ gələ bilər. Asfiksiya ilə doğulan bütün uşaqlar ciddi həkim müayinəsindən keçməlidirlər.

Anadan olandan 20 dəqiqə sonra körpənin bədən hərarəti 380C-yə qədər qalxır, sonra tədricən 36,70C-yə qədər enir. Bəzi uşaqlarda 6 ayına qədər bədən hərarəti 37,50C olur. Bu zaman digər xəstəlik əlamətləri yoxdursa, bu barədə narahat olmağa dəyməz. Bu hal körpələrin zəif termorequlyasiyasının nəticəsidir.
Ardı →

Uşağa yeni yeməyi necə öyrətməli

Südəmər və balaca uşaqları yeni yeməyə necə alışdırmanın ana üçün çox böyük əhəmiyyəti vardır. Yeni doğulmuş uşağa əmməyi öyrətmək lazım gəlmir, bu anadangəlmə instinktdir. Vaxtından əvvəl doğulmuş uşaqlar birinci günlər və ya həftələr əmə bilmirlər, lakin sonralar uşaq bir az böyüyüb bərkiyəndə, döşü əmməyə başlayır.

Uşağı ana südünün dadına öyrətmək lazım gəlmir, çünki ana südü yeni doğulmuş uşaqların hamısının xoşuna gəlir. Lakin südəmər uşaqlara qaşıqdan və stəkandan istifadə etməyi öyrətmək, onları yeni yeməklərə alışdırmaq lazım gəlir. Elə etmək lazımdır ki, gözlənilən səmərənin əksi alınmasın və uşağın yemək həvəsi ölməsin. Təlim nəticəsində uşaq «yeni» yeməyi həvəslə götürsün.


Ardı →

Döş əmizdirmə

Ana südünü heç bir şey əvəz edə bilməz, çünki onun tərkibində südəmər uşağın inkişafı üçün lazım olan bütün maddələr vardır.

Döş südünün tərkibi

Döş südü tərkibcə inək, qoyun və ya keçi südündən fərqlənir (məsələn, ana südündə olan yağlar inək südündə və ya başqa südlərdə olan yağlardan tamam fərqlənir). Bundan başqa, heyvan südündə bu və ya başqa maddələr döş südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə durulaşdırıb vermək lazımdır, lakin döş südündə olan başqa maddələr inək südündə azdır, buna görə də ona şəkər, düyü unu və s. qatmaq lazımdır.
Döş südündə qoruyucu maddələr vardır. O uşağı bəzi yoluxucu xəstəliklərdən, məsələn, qızılcadan qoruyur, çünki ana vaxtilə qızılca keçiribsə, onda immunitet əmələ gəlir. Döş südündə elə maddələr də vardır ki, bunlar uşağa bir çox xəstəlikləri asan keçirməyə kömək edir.


Ardı →

Uşağın çimməsi və tərbiyə

Südəmər uşaq ilk günlər çimməyi xoşlamırlar. O, həmçinin paltarının, döşəkağısının dəyişdirilməsini, böyrü üstə çevrilməsini, ələ götürülməsini və ya çarpayıya qoyulmasını da xoşlamır. Uşaq özünün narazılığını ağlamaq və qışqırmaqla bildirir, əzələlərini gərib müqavimət göstərir.
Uşaq müvazinətinin pozulmasına daha həssasdır və anası onu çarpayıdan götürüb vannaya qoyduqda əzələlərini gərib reaksiya göstərir. Uşaq yumruğunu bərk sıxıb başının yanında saxlayır, yaxud anasının əlindən yapışır.
Davamı →

Körpəni çimizdirmə

Südəmər uşağı hər gün çimdirməli!
Çimmə dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Südəmər uşağın dərisini nəinki tərdən, həm də sidikdən və nəcisdən təmizləmək lazımdır. Südəmər uşağın dərisi böyük adamın dərisindən daha zərifdir, buna görə də ona yaxşı qulluq tələb olunur.
Balaca uşaqları da mümkün olduqca hər gün çimdirməli, doğrudur, bunların dərisi südəmər uşağın dərisi kimi zərif deyil, lakin onlar döşəmədə oynayır, iməkləyir və çox bulaşırlar. Uşaq diqqətini cəlb edən şeyləri ələ almaq üçün hərəkət etdikcə bir o qədər çox bulaşır. Bundan başqa, 3 yaşına qədər uşaqların dərisi sidiyə və ya nəcisə batır.
Davamı →

Yenidoğulmuşlarda qəbizlik

Bir çox analar bu problemlə üzləşir. Lakin analar bilməlidir ki, yenidoğulmuş uşaqlarda nəcisin gec-gec ifraz olunması heç də bütün hallarda qəbizliyin əlaməti deyil.

Əgər uşaq ana südü ilə qidalanırsa, o gündə 1 dəfə və hətta bir gündən bir (bəzən daha gec-gec) nəcis ifraz edə bilər. Məsələ burasındadır ki, körpə üçün ən ideal qida olan ana südü uşaq orqanizmi tərəfindən, demək olar, tam mənimsənilir ki, nəticədə ifraz etmək üçün «bir şey» qalmır. Məhz bu səbəbdən yalnız ana südü ilə qidalanan uşaqlar süni qida («smes») alan uşaqlarla müqayisədə adətən daha gec-gec nəcis ifraz edirlər.

Süni qida ana südü ilə müqayisədə tam mənimsənilmir və süni qidalanan uşaqlar daha tez-tez nəcis ifraz edirlər. Lakin bu da çox fərdi bir məsələdir. Süni qida ilə qidalandırılan bir uşaq gündə 2 dəfə, digəri 3 dəfə, digəri isə kiçik miqdarlarla 4-5 dəfə nəcis ifraz edə bilər.
Ardı →