Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Çağalıq dövründə mövcud olan reflekslər

Körpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər qeyd olunur.
Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Belə halda mütləq həkimə müraciət olunmalıdır.
İnkişaf prosesində bütün uşaqlar eyni yolu keçir, lakin fərqli keçir. Sağlam uşaqların əksəriyyəti qaçmazdan əvvəl gəzməyə, gəzməzdən əvvəl iməkləməyə, iməkləməzdən əvvəl isə bədənini müəyyən qədər dəstək ilə qaldırmağa müvəffəq olurlar.

Davamı →

Körpənin çənəsi niyə əsir?

Bu bir çox valideynləri narahat edən suallardan biridir. Körpələrdə çənənin, aşağı dodağın və əllərin bir neçə saniyə ərzində əsməsi (tremor) həyatın 3 ayına kimi fizioloji sayılır.
Həyatın ilk həftələrində körpənin orqanizmi hələ ki tam formalaşmayıb və bu prosess davam edir. Tremorun səbəbi körpənin hərəkətlərə kontrol edən sinir mərkəzlərinin tam yetişməməsidir.

Davamı →

Uşaqların böyrəyini qorumaq üçün valideynlərə məsləhət

Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır.
Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən ciddi böyrək problemlərinin qarşısını almaq üçün valideynlərin erkən dövrdə qoruyucu tədbirlər görməsi vacibdir. Lent.az uşaq xəstəlikləri üzrə mütəxəssis, nefroloq Mahmut Çivilibalın uşaqlarda böyrək sağlamlığını qorumağın 10 yolu barədə məsləhətlərini diqqətinizə çatdırır.

Davamı →

Əmziyin 2 yaşından sonra atılması vacibdir

Mütəxəssislər əmzikdən istifadə edən uşaqların gec danışdıqlarını bildirirlər. Qeyd olunur ki, əmziyin 2 yaşından sonra atılması vacibdir.
Normal olaraq uşaqlar 12 aylıqkən ilk kəlimələrini söyləməyə başlayırlar. Oğlan uşaqlarında 3-4 ay daha da uzana bilər. Həkimlər uşaqlarda gec danışmağın səbəblərinin müxtəlif olduğunu deyir: «Bunlardan biri də əmziklərdir. Uşaq tez-tez ağzında əmziklə gəzdiyi üçün bir şey soruşduğunuz zaman və ya səs çıxarması lazım olduğu yerdə bilmədiyi üçün danışmaqda gecikə bilər. Uşaqlar 2 yaşından sonra mütləq əmziklərini atmalıdırlar”.

Davamı →

Uşaqlar ilk 5 aylarında ana dilini həmişəlik yadda saxlayırlar

Cənubi Koreya universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqata görə, hətta insan uşaq yaşalrından başqa bir ölkəyə köçsə və dilini unutsa belə o, ana dilinin dərinliklərini gizlincə qoruyub saxlayır.
Tədqiqatda Cənubi Koreyadan övladlığa götürülmüş amma hollandca danışan böyük insanlar iştirak edib. Onlar koreya dilini bilməsələr belə, bu dildəki sözləri tələffüz etmək bacarığını qoruyub saxlayıbar.
Burdan yola çıxan alimlər bu qənaətə gəliblər ki, valideynlər uşaqlarıyla doğulan gündən danışmağa başlamalıdırlar.
Davamı →

Əllərin incə motor bacarıqlarını inkişaf etdirmə vasitəsi

Əlin gözəl motor bacarıqlarının formalaşması məktəbəqədər uşaqlıq dövründə uşağın ümumi fiziki və zehni inkişafı üçün vacibdir. İncə motor bacarıqlarının inkişaf səviyyəsi, uşağın vizual, konstruktiv, əmək və musiqi ifaçılıq bacarıqlarını mənimsəməsi, ana dilinə yiyələnməsi, ilkin yazı bacarıqlarını inkişaf etdirməsi və və s.
İncə (incə) motor bacarıqları termini dedikdə, əsasən kiçik əzələlərin cəlb olunduğu kiçik amplitüd və gücdən fərqli, dəqiq hərəkətlər nəzərdə tutulur. Bimanipulyar əl hərəkətləri, fərqli toxumalı materiallarla toxunma təması, görmə sisteminin funksional fərqlənməsi uşağın funksional əzələ qabiliyyətini kiçik, açıq şəkildə fərqlənən hərəkətləri inkişaf etdirir.

Davamı →

Uşağa tualet vərdişi aşılamaq üçün

Uşaqların tərbiyələndirilməsi zamanı valideyinlərin qarşılaşdığı ən çətin məqamlardan biri də övladlarına tualet anlayışını aşılamaqdır. Bir çox valideynlər bilir ki, uşaqlara 18-30 ayları arasında tualet vərdişi öyrətmək məsləhətdir. Lakin bu müddət uşaqdan uşağa dəyişə bilər.
Pediatrlar deyir ki, tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər.Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir.

Davamı →

Uşaqlarda aqressivliyi aradan qaldırmaq üçün

Aqressiya (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur.
Şərti olaraq aqressiyanı 2 növə bölürlər:
Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün
3 yaşa qədər uşaqlarda aqressiyanın növləri:
  • 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində).
  • 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir.
  • 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır).

Davamı →

Uşaqlarda eşitmə problemi

 Eşitmə problemi olan bir uşaq, danışmağı öyrənə bilməz və ətrafıyla ünsiyyətdə problemlər yaşayar. Odur ki, uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı, şübhəli bir hal müşahidə etdikdə həkimə müraciət etməlisiniz. Onu da qeyd edək ki, vaxtıda müdaxilə edildiyi təqdirdə eşitmə qüsuru ilə doğulan uşaqların böyük əksəriyyəti bir müddət sonra normal eşitməyə başlayırlar.

Davamı →

Uşaqlara verilən zərərli qidalar

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib. Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir.
uşaqların həzm sistemi 14 yaşına kimi formalaşır, ona görə onların qidalanması böyüklərdən fərqli olmalıdır.
Çox valideynlər uşaq 9-10 yaşına keçən kimi elə ailəvi kim nə yeyirsə, eyni yeməkləri uşaqlara verir.
Bir çoxları isə 5 yaşına kimi uşaqlarına market və apteklərdə üzərində GMO-suz, uşaqlar üçün, 100 % orqanik sözü yazılan istənilən qidanı alır.

Davamı →