Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaq oyunları

Övladınızla hansı oyunları oynamaq mövzusunda çətinlik çəkirsiniz?   Birlikdə doyunca əylənib, onunla yaxşı vaxt keçirmək, şənləndirmək, güldürmək və özünüzü xoşbəxt etmək üçün çoxlu oyunlar kəşf etməlisiniz. 

2-4 aylıq
2-4 aylıq uşaqla hansı oyunu oynamaq olar ki? Körpələrin altını dəyişdirəndə çox zaman ağlayırlar. Amma siz vəziyyəti öz xeyrinizə dəyişdirib onu güldürə bilərsiniz. İşarə barmağınızla göbək dəliyinin ətrafını dairə şəklində cızın, sonra ona şən bir mahnı oxuyun. Astaca uşağın göbəyinə toxunun və barmağınızı havada fırladıb “yaramazı tutdum” deyin.

5-8 aylıq
Bu oyunu məktəbəqədər uşaqlar çox sevir. Oyunun bəzi qaydalarını dəyişdirib 5-8 aylıq körpə ilə oynaya bilərsiniz. Çox hündür olmayan stola, ya da kresloya oturun. Uşağı dizlərinizin üstünə qoyub kreslonun kənarlarından tutun. Uşaqlara aid olan hər hansı bir mahnı oxuyun, ya da o şəraitə uyğun mahnı sözlərini özünüzdən uydurun. Mahnının nəqarətində ayaqlarınızla körpəni astaca yuxarı qaldırın.
Ardı →

Əmziyin faydaları və zərərləri

Əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik bir prosesdir.

Araşdırmalar göstərir ki, bəzən uşaq doğulmadan öncə ana bətnində baş barmağını əmməyə başlayır. Bu bəzi uşaqlarda əmmə refleksinin güclü olması ilə izah edilir.

Uşaqlar üçün əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik bir prosesdir. Bu səbəbdən bu gün hər bir valideyn əmzikdən istifadə edir.

Amerika Pediatr Akademiyası əmziyin faydalarını və zərərləri barədə araşdırma apararaq aşağıdakı nəticəni əldə edib. 

Əmzik körpəni sakitləşdirir onu ağlayan hər bir uşağa verdikdə o dərhal səsini kəsir.

Əmzik uşağa hər hansi bir iynə və ya peyvənd vurulan zaman uşaqları sakitləşdirməyə köməklik göstərir. Körpənin yuxuya getməsinə köməklik edir.

Həmçinin tədqiqatçılara görə əmzik qəfil uşaq ölümü sindromu risqini də azaldır. 

Bütün bunlarla yanaşı əmziyin bəzi ziyanları ola bilər: Məsələn, əmziyə alışan uşaq ana südündən imtina edə bilər. Uzun bir müddət əmzikdən istifadə etmək uşaqlarda dişlərin nizamsız düzülüşlə çixması kimi problemlərə də gətirib çıxara bilər. Ən önəmlisi isə körpənin yerə düşən və mikroblarla dolu olan əmziyi təkrar ağzına qoymasıdır.

Mənbə: publika.az 


Davamı →

Uşaqların qidalanmasında vacib olan 10 qida

Balanslı qidalanma ilə uşaqlarınızın sağlamlığını qoruya bilərsiniz.

Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Bir çox ləzzətli yeməklər və qidalar uşaqların aktiv yaşam tərzini təmin etməyə kömək edir.

Uşaqların qidalanmasında önəmli yer tutan 10 vacib qida:

Şirin kartof

Gül kələmi- (Gül kələmi — Bu bitki C vitamini bazasıdır. Bir stəkan süddən daha çox kalsiuma malikdir. Ürək xəstəliklərinin qarşısını alır, xərçənglə mübarizədə, immunitetin güclənməsinə kömək edir)

Buğdalı qidalar
Pendir
Qatıq
Balıq,
Qaragilə
Süd
Yumurta
Mal əti


Davamı →

Uşaqların qaranlıqdan qorxma səbəbləri

Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır

Nədənsə, uşaqlar qaranlıqdan daha çox qorxurlar. Bəzən onlara elə gəlir ki, anaları yanında olmasa, heç nə edə bilməzlər.
Bu vəziyyəti aradan qaldırmaq yollarından biri, uşaqların erkən yaşlarında yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirməkdir. Bu saat sabit olmalıdır, yəni dəyişməməlidir. 2-6 yaşlı uşaqlar üçün yuxu saatı 20.00-21.30, 7-12 yaşlı uşaqlar üçün 20.00-21.30, 15-18 yaşlı uşaqlar üçün isə saat 23.00 olmalıdır.

Həmçinin uşaq saat neçədə yatacağını bilməlidir. Qaranlıq olmasın deyə, uşaq yuxuya gedənə qədər gecə lampasından istifadə etmək olar. Dəhlizin işığı içəri düşürsə, yataq otağı dəyişdirilməli, yaxud qalın pərdə, günəşliklə işığın qarşısı alınmalıdır. Uşağın yatdığı otağın qapısı şüşəlidirsə, mümkün qədər bu şüşələr işığı keçirməyəcək şəkildə olmalıdır. Bütün bunlarla yanaşı, valideyn uşağın nədən narahat olduğunu bilməli və səbəbini aradan qaldırmalıdır.

Qaranlıq qorxusu uşağın yanında qanqaralığı salmaqdan, ailədaxili münaqişələrdən, dəcəllik edəndə onları ağlasığmaz şəkildə qorxutmaqdan, qorxulu şeylər danışmaqdan da irəli gəlir. Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır.


Davamı →

Körpələrdə diş təmizliyi

Mütəxəssislər uşaqların diş təmizliyinə daha çox diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, körpənin dişi yumşaq tənzif, yaxud yumşaq fırça ilə təmizlənməli və yalnız adi sudan istifadə olunmalıdır. 

sud dişləriUdma ehtimalı yüksək olduğu üçün 2 yaşından kiçik uşaqlara diş pastasından istifadə etmək olmaz. Uşağın ağız ölçüsünə uyğun, yumşaq tüklü diş fırçaları istifadə edilməli, həmçinin bu fırçalar tez-tez dəyişdirilməlidir. Süd dişləri tamamlandıqdan sonra (yeri gəlmişkən deyək ki, süd dişləri təqribən 2,5-3 yaşlarından sonra tamamlanır) noxud dənəsi boyda flüoridli uşaq diş pastasından istifadə etmək lazımdır. 

Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri iki dəqiqəlik yüngülcə fırçalamaq körpənin dişinin sağlam olması üçün kifayətdir. 6 yaşadək uşaqların dişlərini ata-analar fırçalasa da, bu işi gündə bir dəfə də uşağın özünə həvalə etmək lazımdır. Bu, hər şeydən əvvəl uşağa diş fırçalama vərdişi qazandırmaq üçün vacibdir.
Ardı →

Ağlayan körpəni sakitləşdirilməsi üçün analara faydalı məsləhətlər.

Körpənizin qarnı tox, altı təmiz və hər hansı bir yerinin ağrımamasından əminsiniz, ancaq ağlamasının qarşını heç cürə ala bilmirsinizse, körpənizin başını qatıb ağlamasını dayandıra bilmək üçün analara bəzi məsləhətlər:

 

                        

• Duşu açıb körpənizlə birlikdə suyun səsini dinləyin. Axan suyun səsini dinləmək onu sakitləşdirəcək.


Ardı →

Körpələrin sünnət edilməsi

Uşaq dünyaya gələn kimi valideynlərin çoxu gələcəkdə yarana biləcək travmaların qarşısını almaq üçün sünnət etdirməyi düşünür. Ancaq yeni doğulan körpənin sünnətinin həqiqətən də ağrısız və travmasız keçəməsi üçün bəzi məqamlara diqqət etmək lazımdır.

Yeni doğulan uşaqların sünnət olunması və körpə uşaqlarda bu prosesin daha problemsiz keçdiyi üçün son illərdə çox tətbiq olunur. Valideynlər uşaq ikən sünnət etdirməklə gələcəkdə yarana biləcək psixoloji travmaların qarşısını almış olur. 

Böyük yaşda uşaqlarla yenidoğulan uşaqların sünnət ediıməsində böyük fərq var. Bu fərq, sünnətin daha ağrısız və tez sağlamasından ibarətdir.


Ardı →

Körpə ilə yatmağın faydaları

Kütləvi İnformasiya vasitələri uşaqla eyni yataqda yatmağın yanlış olduğunu yaymağa çalışsa da, elmi dəlillər bu iddiaların əksini göstərir. Birlikdə yatmağın ailənin hər bir fərdi üçün bir çox faydaları var. Bu məqalədə uşaqlarınızla birlikdə yatmağın 6 faydasını sizə təqdim edirik:

Müstəqillik
Uşağın valideynləri ilə birlikdə yatmasının, uşaqda möhtacolma və asılılıq hissinin yaranmasına səbəb olması geniş yayılmış bir fikirdir. Ancaq, araşdırmalar bunun əksini göstərir. Valideynləriylə birlikdə yatan uşaqlar, daha erkən yaşlarında müstəqillik qazanır və ayrılıq narahatlığı keçirmirlər. Araşdırmalar göstərir ki, uşaq hər dəfə eyni valideyni ilə yatmağa öyrəşirsə, barmağını əmmə və ya hər hansı təhlükəsizlik və ya rahatlayıcı obyektinə olan ehtiyacı xeyli azalır.

Özünə inam
Ailəsilə yataraq böyüyən uşağın özünə inamı daha güclü olar. Uşağın davranış problemləri azalar, yaşıdlarıyla daha yaxşı ünsiyyət qurar, xoşbəxt və məmnun yaşayar. Valideynləri ilə yatmayan uşaqlara nisbətən, stressdən yaranan problemlərə qarşı daha dayanıqlı olar.

Fiziki və zehni sağlamlıq
Psixoloji faydaları ilə yanaşı, valideynləriylə yatan körpələrin inkişafının daha sürətli və yaxşı olduğu sübut edilmişdir. Həkimlərin pediatrik araşdırmalarında müşahidə edilən valideynlərlə birgə yatma, körpələrin həm fiziki, həm emosional, həm də zehni inkişafına tibbi bir fayda kimi önə çıxır:


Ardı →

Uşağı ana südündən ayırma qaydası

Ümumdünya Səhiyyə təşkilatı uşaqları 2 yaşına qədər əmizdirməyi tövsiyə edir. Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər, bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.

Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu, uşağın 1,5-2 yaşından tez olmasın), çox səbirli olmalıdır (proses müəyyən vaxt tələb edəcək). Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Süd azdırsa (adətən, laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur), laktasiyanı dayandırmaq üçün sadəcə, əmizdirməni kəsin və gözləyin. Süd çoxalarsa və süd vəzilərində narahatlıq hiss edərsinizsə, bir qədər süd sağın (süd vəzilərində gərginlik azalana qədər). Əgər siz süd vəzinizi tam boşaldarsınızsa, laktasiya daha artacaq.  
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə, bu proseduru təkrar edin. Bu yolla süd də tədricən azalacaqdır. 
Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamaq və mayeni az qəbul etmək məsləhət edirdilər. Lakin indi həkimlər bunların əleyhinədirlər. 
Laktasiyanın azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər. Belə ki, sürvə (adaçayı) və nanə dəmləmələri çox yaxşı effekt verir.    
Laktasiyanın dayandırılmasından sonra laktostaz və mastitin təhlükəsi artır. Bu səbəbdən qadın çox diqqətli olmalıdır. Əgər süd vəzilərinizdə bərkimiş ağrılı sahələr, güclü ağrı hiss olunarsa, hərarət qalxarsa, dərhal həkimə müraciət edin. 


Ardı →

Uşaqlara nə vaxt və hansı oyuncaqlar verilməlidir?

Yaşa görə seçilməyən oyuncaqlar uşaqlarda bir çox problemlər yarada bilər. Böyük əksəriyyətimizin evində körpə var, körpə olan evdə də sözsüz ki, oyuncaqlar da var. Bir çoxumuz uşaqlarımıza oyuncaq alarkən hər bir nüansa diqqət yetiririk, bəzilərimiz isə «oyuncaq olsun» fikrilə qarşımıza çıxanı alırıq. Bu günədək oyuncaqların zərərləri və xeyirləri barədə çox yazılıb. Biz isə qərara aldıq ki, oyuncaqların körpənin yaş dövrünə uyğun seçimi və düzgün seçilmədikdə övladımızda yaratdığı psixoloji və əqli problemlər barədə yazaq. Beləliklə,  budəfəki araşdırma oyuncaqların körpənin inkişafındakı önəmi və ziyanları barədədir.
Ardı →