INSANLAR ARASI MÜNASIBƏTLƏR

INSANLAR ARASI MÜNASIBƏTLƏR
I HISSƏ ADAMLARLA RƏFTARIN ƏSAS METODLARI 
I fəsil.“BAL TOPLAMAQ ISTƏYIRSƏNSƏ, PƏTƏYI ÇEVIRMƏ”
Mərhum Con Uenmeyker bir dəfə etiraf etmişdir: “Donquldanmağln axmaqlıq olduğunu otuz il bundan əvvəl anlamışam. Nöqsanlarımla kifayət qədər əlləşməli oluram, hələ bir allahın zehni qabiliyyətləri adamlar arasında bərabər bölüşdürməyə qayğı göstərmədiyinə görə əsəbləşməyin”
Uenmeyker buna erkən yiyələndi. Şəxsən mən isə yüz adamdan doxsan doqquzunun nə qədər haqsız olsalar da özlərini danlamadıqlarınıa əmin olana qədər bu köhnə dünyada otuz üç ildən çox son dərəcədə ehtiyatla hərəkət etdim!
Tənqid mənasəzdır, ona görə ki, insanı müdafiyəyə keçməyə və bir qayda olaraq, özünə haqq qazandırmağa məcbur edir. Tənqid təhlükəlidir, ona görə ki, adamın qüruruna ziyan vurur, hesiyyatına toxunur və onda inciklik yaradır.
Alman ordusunda əsgərə bu və digər hadisədən dərhal sonra şikayət və tənqid etməyə icazə verilmir. O, əvvəlcə yatmalı və hirsi soyumalıdır. Əgər dərhal şikayət verirsə, onu cəzalandırırlar. Allaha and olsun bu cür qayda mülki həyatda da fəaliyyət göstərməlidir- daim narazı valideyinlər, davakar arvadlar, öcəşən sahibkarlar və bütün tənqidbazlar üçün qayda. Siz min səhifələrlə tarix əsərlərində tənqidin mənasızlığı barəsində bolluca misallar tapa bilərsiniz.
Bəli, belə olur. İnsan təbiətinə özündən başqa kimi istəsə günahlandırmaq xüsusuyyəti xasdır. Hamımız beləyik. Gəlin düşünək ki, tənqid həmişə evə qayıdan poçt göyərçini kimidir. Düşünək: günahlandırıb pisləməyə hazırlaşdığımız adam, aydındır ki, özünə haqq qazandırmağa çalışacaq, ilk növbədə bizi pisləyəcək və ya həlim təbiətli Taft kimi deyəcək: “Başa düşmürəm, başqa cür necə edə bilərdim?” 
Dəyişmək, düzəltmək və təkmilləşdirmək istədiyimiz şəxsi tanyırsızmı? Çox yaxşı! Çox gözəl! Mən özüm də bütünlüklə bunun tərəfdarıyam. Lakin nə üçün özümüzdən başlamayaq? Bu, xudbinlik baxımından başqalarını təkmilləşdirməyə cəhd göstərməkdən daha sərfəlidir. Özü də daha təhlükəsizdir.
Brauninq demişdir: “Mübarizə insanın daxilində başlanırsa, deməli, insan nəyəsə dəyir”.
Adamlarla qarşılıqlı münasibətlzrinizdə məntiqi düşünən məxluqlarla deyil, öz hərəkətlərində emosional xurafatçı, xudpəsənd və lovğa yanaşmalarla münasibətlərdə olduğunuzu yaddan çıxarmayın.
Tənqid isə mənliyin barıt anbarına partlayış törədə biləcək təhlükəli qığılcımdır. Bəzi hallarda həmin partlayış ölümü sürətləndirir. Tənqid ingilis şairi Tomas Çattertonun özünü öldürməsinə səbəb olmuşdur. 
Gənclikdə nəzakətsiz olan Franklin sonralar adamlarla münasibətdə o qədər məharət və ustalıqla hərəkət etmişdir ki, o, Amerikanın Fransa səfiri təyin olunmuşdur. Müvəffəqiyyətinin sirri nədə idi? O bildirmişdi: “Heç kim barəsində pis söz deməyəcək, tanımadığı hər bir adam haqqında yalnız yaxşı şeylər danışacağam”. Hə bir sarsaq tənqid edə bilər, pisləyə bilər və narazılığını bildirər-sarsaqların əksəriyyəti elə belə də edir.
Lakin anlamaq və məharətli olmaq üçün güclü xasiyyət və dözüm tələb edilir.
Karleyl deyir: “Böyük adamların böyüklüyü kiçik adamlarla rəftarında aşkara çıxır”.
Adamları pisləmək əvəzinə, gəlin onları başa düşək. Onların nə üçün başqa cür yox, məhz bu cür iş gördüklərini təsəvvür etməyə çalışaq. Bu, tənqidlə məşğul olmaqdan daha faydalı, daha maraqlıdır, insanda ətrafdakılara hüsn-rəğbəti, dözümü və xeyirxahlığı inkişaf etdirir. “Hər şeyi başa düşmək, hər şeyi bağışlamaq deməkdir”. 
Həkim Consonun təsdiq etdiyi kimi: “Allahın özü insanı ömrünün son gününədək cəzalandırmaq əzmində deyildir” 
Bunu biz nə üçün etməliyik?
DEYL KARNEGİ
“DOSTU NECƏ QAZANMALI”

0 şərh