"Müvəffəqiyyət qanunu" kitabı necə yarandı və ya Napoleon Hill kimdir?

Napoleon Hill (1883-1970) Müasir Amerika ədəbiyyatının klassiklərindən biri olub. O, Virciniyada kasıb bir ailədə dünyaya göz açıb. On yaşında anasını itirib. 13 yaşında ikən “Kiçik şəhərcik” qəzetində müxbir kimi işləməyə başlayıb.

Buradan qazandığı pulu təhsilinə sərf edib. Qısa bir zamandan sonra maddi çətinliyə görə təhsilini dayandırıb. 1908-ci il Hillin həyatında həlledici olmuşdur. Həmin il ona tanınmış şəxslərin uğurlu iş həyatı haqqında silsilə məqalələrin yazılması sifariş edilir. O, birinci məqaləsini, o dövrdə dünyanın ən varlı insanlarından biri sayılan Endryu Karnegiyə həsr edir. Hill aşkar edir ki, Karnegi hətta orta biliyə malik insanın təkrarlaya biləcəyi uğurun sadə formulunun mövcudluğuna inanıb. Məqalə Karnegiyə dərin təsir bağışlayır və nəticədə Karnegi ona böyük bir iş: uğurun formulunu çıxarıb dərc etmək üçün əksəriyyəti milyonçu olan 500 adamdan müsahibə almağı tapşırır. Araşdırmalar zamanı, Hill tanınmış insanların çoxundan müsahibələr alır. Onların arasında Tomas Edison, Aleksandr Qraham Bell, Corc İstman, Henry Ford, Elmer Geyts, Con D. Rokfeller, Çarlz M. Şvab, F.V.Vulvors, Villiam Vrigley Jr. və başqaları olmuşdur. Layihə 20 ildən artıq davam edir. Bu illər ərzində Hill Karneginin məsləhətçisi olur. Hillin və Karnedinin qurduğu “tez varlanmağın” formulu ilk dəfə 1928-ci ildə “Müvəffəqiyyət qanunu” kitabında ifadə olunur. Daha sonra həmin formul 1941-ci ilə kimi qiyabi-təhsil kurslarında, eləcə də 17 cildli “Əqli Dinamit” seriyasında çap olundu.

1919-1920-ci illərdə Hil ”Hill's Qolden Rule” jurnalında redaktor və naşir kimi çalışıb. 1930-cu ildə “Uğurun pillələri”ni nəşr etdirdi. 1933-1936-cı illərdə Hill Prezident Franklin Delano Ruzveltin məsləhətçisi olmuşdur. 1937-ci ildə Hill özünü ən məşhur “Düşün və varlan” adlı kitabında həmin uğur formulunu başa çatdırır. Bu kitab hazırda da çap edilmiş və otuz milyonluq tirajla satılmışdır.

1939-cu ildə Həyat yolunu necə təsəvvür edirsən?”, 1953-cü ildə isə “Öz əmək haqqını necə artırmalı” adlı kitabları işıq üzü görmüşdür. 1952-1962-ci illərdə o, V.Klement Stounla çalışıb. Amerikanın Birləşmiş Sığorta şirkətində Stounun “Şəxsi uğurun fəlsəfəsi”ni tədris edib və “Uğur haqqında elm” mövzusunda mühazirələr oxuyub. 1960-cı ildə nəşr etdirdiyi “Pozotiv əqli münasibətdə əldə olunmuş uğur” kitabı qismən Stounla əməkdaşlıq nəticəsində yazılmışdır. Hill 1970-ci ildə Cənubi Karolinada vəfat etmişdir.

“Öz möcüzəni yaratmaq sənin əlindədir” adlı əsəri 1971-ci ildə vəfatından sonra nəşr edilmişdir.

(Davamı gələn yazıda )

2 şərh

aran
Franklin Delano Ruzvelt ABŞ-ın yeganə Prezidentidir ki, 4 dəfə seçilib.
bankir
İstəyənlər kitabın rus dilində variantını yükləyə bilər:Napoleon Hill-Думай и богатей
Davamını səbirsizliklə gözləyirik,maraqlıdır.