Ölüm ayağında Linkolnun son istəyi

İstifadəçi Cavidin albomundakı bu şəkli gördükdən sonra bu hadisə ilə bağlı bildiyim kiçik bir məlumatı sizinlə bölüşmək qərarına gəldim.

Abraham Linkoln ölüm ayağında

Deyl Karnegi yazırdı: “Mən 10 il Avraam Linkolnun həyatını öyrənmiş və “Naməlum Linkoln” adlı kitabını yazmışam və üzünün köçürülməsinə 3 il vaxt sərf etmişəm. Hesab edirəm ki, Linkolnun şəxsiyyətini və ailə həyatını mümkün qədər dəqiq və ətraflı öyrəndim”.

Avraam Linkoln 1865-ci il aprelin 15-də səhər Butun ona atdığı güllə ilə ağır yaralandı. Linkoln Ford teatrı ilə üzbəüz yerləşmiş otaqlardan birində ölüm ayağında yatırdı. Çarpayı üzərində Roza Bonyorun məşhur “At yarmarkası” rəsminin ucuz reproduksiyası asılmışdır. Hərbi nazir Stenton can verən Linkolnun çarpayısı önündə dedi: “Burada dünyanın nə vaxtısa gördüyü ən qüsursuz rəhbəri yatır”.

“Arvadımı yanıma buraxmayın”. Linkolnun bu xahişinə səbəb nə idi?

Karnegi yazırdı: Evlənmə Avraam Linkonun həyatında daha böyük faciə idi. Öldürülməsi yox, evlənməsi. Butun atəş açmasından sonra Linkoln öldürüldüyünü dərk etməyə macal tapmadı, lakin 23 üç il hər gün öz oyundaşı, hüquqşünas Herndonun “uğursuz ailənin acı bəhrələri”nin təsvirini görüb-götürürdü. Missis Linkoln deyingənliyi ilə ərinin canını boğazına yığıb özündən çıxarmışdır.

Qadın ərindən daim narazılığını bildirir və onu həmişə tənqid edirdi – onun fikrincə, ərində heç nə lazım olduğu kimi yerində deyildi. O, belini bükərək yöndəmsiz yeriyir, addım atarkən hindular kimi ayaqlarını dizdən qatlamırdı. Qadın gileylənirdi ki, ərinin yerişində elastiklik, hərəkətlərində incəlik yoxdur. Ərinin duruşunu təqlidini çıxarıb tələb edirdi ki, yeriyən zaman Lekcinqton pansionunda madam Mantelin öyrətdiyi kimi ayaqlarını yerə möhkəm bassın.

Avraam Linkolnun iri qulaqları başında düzbucaq şəklində durması arvadının xoşuna gəlmirdi. Ərini hətta danlayırdı ki, burnu düz şəkildə deyildir, alt dodağı qabağa çıxmışdır, özü də vərəm xəstəliyinə tutulmuş kimi görünür, əlləri və ayaqları həddən artıq iri, başı isə balacadır.

Avraam Linkoln və missis Meri Todd Linkoln hər cəhətdən bir-birinə zidd idi. Onlar daim bir-birini əsəbiləşdirirdilər.

Senator Albert C.Beveric, ən görkəmli linkolnşünas yazırdı: “Missis Linkolnun qulaqbatırıcı səsini küçənin o tərəfində eşitmək olardı, yaxınlıqda yaşayanların hamısı isə onun qəzəbinin fasiləsiz partlayışından xəbərdar idi. Onun qəzəbi öz ifadəsini çox vaxt təkcə sözdə tapmırdı – qəzəbli nəzakətsizlikləri barəsində çoxlu tamamilə doğru əhvalatlar bizə gəlib çatmışdır”.

Bu əhvalatlardan biri belədir. Linkoln və arvadı toydan dərhal sonra Sprinqfildə pansionerlər saxlayan missis Ceykob Erlinin yanına köçdülər. Bir dəfə səhər nahar edərkən Avraam nə isə elə bir hərəkətə yol verdi, arvadı çox əsəbiləşdi. Onun məhz nə etdiyini indi də heç kəs bilmir. Miss Linkoln qudurğanlıqla bir fincan qaynaq qəhvəni ərinin üzünə əndərdi. Özü də digər pansionerlərin gözü qarşısında.

Linkoln arvadına heç nə demədi. Missis Erli yaş dəsmalla onun üzünü və paltarını silənədək təhqir edilmiş kimi sakitcə oturdu.

Arvadının bütün öcəşmələri, qaxıncları və quduz hücumları Linkolnda yalnız arvadına olan münasibət hisslərini dəyişdirdi. Bunlar məcbur edirdi ki, Avraam Linkoln uğursuz nigahına təəssüflənsin və mümkün qədər arvadından uzaq olsun.

Sprinqfilddə on bir nəfər vəkil yaşayırdı. Onlar qraflığın müxtəlif yaşayış məntəqələrində məhkəmə iclaslarında iştirak etmək üçün atla hakim David Devisin arxasınca gah bu, gah da digər şəhərə gedərdilər.

Başqa vəkillər həmişə şənbə günü Sprinqfildə qayıdıb həftənin axırını öz ailələri ilə keçirərdilər. Lakin Linkoln belə etmirdi. O, evə getməyə qorxurdu, yazın üç ayını səfərdə olurdu. Sprinqfildə heç vaxt yaxınlaşmırdı.

O, hər il belə edirdi. Əyalət mehmanxanalarında yaşamaq şəraiti çox vaxt həddindən artıq pis olurdu. Əlverişsizliyə dözməyi öz evində yaşayıb missis Linkolnun daimi öcəşmələrinə və onun qəzəbinin cilovsuz hücumlarına məruz qalmaqdan üstün tuturdu.

Bəli bütün bunlardan sonra Linkolnun arvadının üzünü görmək istəməməyi təbii idi.


Bunlar insan münasibətləri sahəsində Amerikanın ən görkəmli mütəxəssisi Deyl Karneginin “Dostu necə qazanmalı və adamlara necə təsir göstərməli” kitabında şərh. Bir çox qadınlar öcəşkənlikləri ilə özlərinin ailə xoşbəxtliyinin qəbrini qazmış, bu qəbri yavaş - yavaş dərinləşdirmişdir” Lev Tolstoyun xanımı da belə olmuşdu . Nəhayət öcəşkənliklərə dözməyən qoca L.Tolstoy şaxtalı qış günü evdən qaçmış, dəmir yol stansiyalarının birində sətəlcəmdən dünyasını dəyişmişdir. Qrafinya Tolstoya ölərkən qızlarına demişdir: “Atanızı mən öldürmüşəm”. Bəli bunu deyən qrafinya bu məsələdə səmimi idi.

6 şərh

Ferbara

Deyl Karnegin camaatın ailədaxili məsələlərindən qeybət eləməsə olmazdı? Yəni bu qədər xırdalıq nəyə lazım? Heç xoşlamıram. Linkolnun arvadının deyingən olmasında özünün günahı çoxdu. Başa düşmürəm, o boyda dövləti idarə edən adam evdəkini idarə edə bilməyib?


Linkoln nadir genetik xəstəliyə (Разгадана тайна болезни Линкольна) tutulmuşdu. Bu da onun getdikcə eybəcərləşdirirdi. Deyilənə görə onu vurmasaydılar da, həmin il o xəstəlikdən vəfat edəcəkdi.


P.S. aran, məqaləni yerləşdirməmişdən əvvəl onu yaxşı-yaxşı oxu. Məsələn, burda məna itmişdir. Nə etmirdi?: Başqa vəkillər həmişə şənbə günü Sprinqfildə qayıdıb həftənin axırını öz ailələri ilə. Lakin Linkoln etmirdi.

Ferbara
Hə, bir də lakin 23 üç il hər gün öz oyundaşı cömlə hissəsində üç sözü məncə artıqdı.
Əliyev
Təzə qadın qarğışı: Görüm sənə Linkolnun arvadı qismət olsun.
Ferbara
Bu zarafatın bəs niyə müsbət qarşılanır? Çünki bu sayt üçün normal zarafatdı.
aran
Sözün düzünü zarafla deyilər…
Ferbara
Bu dediyim #comment9112 şərhin ardıdır. :)