Aydın Əlizadə: Çağdaş zamanda söz çəkişmələri.İnternet polemikalar və onların faydası

Əski dönənlərdə dartışmalar hansısa özəl yerlərdə keçirilirdisə, bu gün onların məkanı əsasən İnternetdir. O zaman müzakirələri yannız ayri-ayri adamlar edirdilərsə, bu gün onlara geniş kütlələr cəlb edilib. Buna görə də polemikaların, dartışmaların, fəlsəfi düşüncənin bu gün heç kəsə lazım olmadığını, keçmişdə qaldığını, gündəmdə olmadığını iddia edənlər yanılırlar. Əksinə, bütün bunlar daha da intensivləşib, geniş kütlələrə məxsus olub. Müzakirələr zamanı insanlar çeşidli problemlər üzrə bir-birləri ilə

  1. çəkişmələr apararaq inkişaf edirlər; (örnək)
  2. tanışlıq əldə edirlər; (örnək)
  3. tanınırlar; (örnək)
  4. işbirliyinə nail olurlar. (örnək)

İnternetdə çəkişmə yerləri

  1. forumlar;
  2. bloqlar;
  3. çatlar;
  4. məktublaşma və fərdi əlaqə məkanı;
  5. internet-toplumlar.

Forumlar

İnternetdə çəkişmələr ən çox forumlarda aparılır. Qədim Romada “Forum Romanum” adlanan mərkəzi meydan şəhərin ictimai mərkəzi olmuşdur. İnternet-forumlarda istifadəçilərin yığışdığı yer olduğumdan ona bu ad verilmişdir. Orada söhbətlərin aparılması üçün bütün zəruri texniki inkanlar vardır. (örnək)
Forumlar:

  1. konkret mövzulara aid olan,
  2. ortaq ola bilər.

Kütləvi internet istifadəçiləri üçün onların hansına qatılmasının fərqi yoxdur. Lakin peşəkarlar, ağıl baxımdan irəliləmiş adamlar, özəlliklə fəlsəfə elmləri ilə bağlı olanlar üçün, öz ixtisasları və maraq dairələrinə cavab verən forumlara qatılmaları daha üstündür. Çünki onlar təkcə boş söhbətlərə qatılmaq üçün deyil, çəkişmələrdən faydalanmaq istəyirlər, biliklərini təkmilləşdirməyə, orada elmi iş görməyə çalışırlar. Bu baxımdan forumlar fəlsəfə, din, tarix, ailə, təbabət, riyaziyyat, biologiya, kimya, dilçilik və s. yönümlü olur. Bəzi forumlar isə, kütləvi olaraq, bütün bu sahələri əhatə edir, sadəcə hər bir mövzuya ayrıca yer verirlər. Bunun üstünluyü ondan ibarətdir ki, istifadəçilər çeşidli bölümləri oxuyub, başqa fənlərlə də maraqlana bilər.

Forum çəkişmələrin imkanları:

  1. İstinadların dərhal verilməsi. Adi çəkişmədə ədəbiyyatı və ya şəkili dəlil gətirmək problemlidirsə, internet müzakirədə bunu etmək çox rahatdır.
  2. İstifadəçilər sizin bilmədiyiniz, barəsində düşünmədiyiniz problemləri qaldıraraq sizi maraqlandırıb müzakirələrə qata bilər. Bu halda siz problem haqqında çəkişərək, fikrinizi əsaslandırmaq üçün o məsələni öyrənib ona dair dəlillər axtarırsınız. Bu proses davamlı olanda çox böyük intellektual irəlləyiş əldə etmək olar.
  3. Çox adamlarla eyni vaxtda çəkişmələrin aparılması. Onlara cavablar verərək müzakirə edilən mövzunu hərtərəfli açmaq olar.
  4. Elm adamları müzakirələr zamanı yazdıqları fikirlərin və tapdığı istinadların əsasında çoxlu elmi məqalələr və kitablar yaza bilərlər. Burada yeni fikirlər, qeyri-standart düşüncələr yaranır. (örnək)
  5. Elmi və ictimai əlaqələrin qurulması. Forumlarda faydalı adamlarla, toplumlarla əlaqələr yaradıb, kələcəkdə onların vasitəsi ilə daha keniş fəaliyyət imkanları əldə etmək olar. (örnək)
  6. Müzakirələrdən sonra rəqiblərin və sizin dediklərinizin əsas məzmununu redaktə edib, onu çox maraqlı diskussiya və ya polemika şəklində dərc etmək olar.(örnək)
  7. Real çəkişmədən fərqli olaraq, internet forumlarda hətta, bəzi hallarda, aşağı səviyyəli və dərin bilikləri olmayan, kobud və nadan rəqiblərlə də müzakirələr aparila bilər. Onlar sizi hansısa maraqlı fikirə, nəticələrə gətirib çıxara bilər. Bu da internet çəkişmənin üztünlüyüdür. Onların dedikləri ilə sizin cavablarınızı redaktə edib ardıcıllığa gətirilsə, çox keyfiyyətli məqalə və polemika ortalığa qıymaq olar. (örnək)
  8. İnternetin forumlarında subyektiv amillərə görə özünə ad qazanmaq mümkün deyil. Tanışlıqla, qohumbazlıqla, pulla, özünü dartmaqla orada heç nə həll edilmir. Yalnız orada bilinir kim kimdir. Səviyyəsiz adam, nə qədər vəzifəsi və imkanları olsa belə özünə hörmət qazandıra bilməz. Onlar orada yalnız rüsvay olarlar, və ya heç nəyə qadir olmadıqlarını göstərərlər. Forumlar vasitəsi ilə tanınan və hörmət edilənlər yalnız saxta deyil, həqiqi və bilikləri olan, orjinal metodları ilə, tərəqqipərvərliyi ilə, yüksək mədəniyyətləri ilə seçilən şəxsiyyət ola bilər. Çunki orada hər şey göz qabağındadır.
  9. Forumlarda müzakirələr zamanı hətta tanışlığın olduğu adamların da həqiqi səviyyələrini, xassiyətlərini, əsl simalarını görmək olar. Çünki real həyatda çox adamlar öz səviyyəsizliklərini, mədəniyyətsizliklərini, nöqsanlarını, ürəklərində olan çirkabı, başqa qüsurlarını gizlədə bilirlər. Lakin yazıda, çəkişmələrdə bunu gizlədə bilmirdər. Yazı hər şeyin güzgüsüdür.

Forumların seçilməsi

Lazım olan forumları İnternetdə düzgün verilən açar sözləri ilə axtarış sistemlərindən tapmaq olar. Forumu axtarış sistemlərində seçərkən, onun

  1. keyfiyyətinə;
  2. onun hansı quruma yaxud adama məxsus olduğuna
  3. söhbətlərin səviyyəsinə baxılmalıdır.
  4. Öncə öz taktikanı düşünüb o mühitə uyğun tətbiq etmək lazımdır.

Forumlarda tanınmanın yolları

  1. Forumlarda tanınmaq üçün yüksək bilik, gözəl məntiq, internet imkanlarından istifadə etmə bacarığını ortalığa qoymaq lazımdır.
  2. Dəlillər dəqiq və doğru, tesislər aydın və birmənalı göstərilməlidir.
  3. Ziddiyətlər olmamalı, ümümi sözlərdən qaçmaq lazımdır,
  4. Yazılar qısa və konkret olmalıdır. Uzun postları yazmaq olmaz, çunki onları heç kim diqqətlə oxumayacaq. Oxucuların çoxu yalnız qısa, məzmunlu, dəlillərin şübhəsiz olan postlara fikir verirlər.
  5. Öncə bir forumda təcrübə yığmaq lazımdır.
  6. Təcrübə artdıqca, yaxud hansısa başqa səbəblər üzündən başqa forumlara da keçmək olar.
  7. İnternet çəkişmənin bütün tələblərinə cavab verən iştirakçı tanınmış və hörmətli adama çevrilir. Bunu o, öz ağlı, mədəniyyəti və biliyi ilə qazanmış olur.

Bloqlar, çatlar, məktublaşma, fərdi əlaqə sistemləri internet-toplumlar

1. Bloq ingiliscə «web log» (şəbəkə gündəliyi) sözündən əmələ gəlmişfir. Hansısa adamlara, toplumlara, təşkilatlara məxsus olan, məntlərdən, şəkillərdən yaxud gısa videolardan ibarət olan və mütəmadi olaraq yeniləşən internet səhifələridir. Orada yeni materiallar həmişə öndə görsənir. Çox vaxt bloqlardakı materiallar müvəqqəti xarakter daşıyır, hamı tərəfindən oxunula bilən şəxsi gündəlik rolunu oynayır. Bloqların müəlliflərini “bloqqer” adlandırırlar.
Bloqları elmi işlərdə də istifadə etmək olar. Hər hansı bir yeni fikirləri orada yazıb, sonra onları cəmləyib məqalə və kitablar yazmaq olar. Həmdə bloqları yansısa mövzunu əks etdirən şəxsi internet jurnallar kimi də istifadə etmək olar. Onlara hətta ad verib yaxşı materiallarla doldurmaq, oxucu kütləsini cəlb etmək olar. (örnək)

Oxucular bu materialları oxuyunca bloqun müəllifinə suallar verib, onunla çəkişmələrə girə bilərlər. Burada müəllif hər şeyi nəzarətdə saxlayır. O, forumlardan fərqli olaraq, qaydaları özü qoyur; əxlaqsız, kobudluqa və təhqirlərə yol verənlərin girişini qadağan edə bilər.
Bloqları təklif edən bir sıra pulsuz və pullu xidmətlər vardır.

2. Çat (chat) ingiliscə söhbət etməkdir. Onun vasitəsi ilə istifadəçilər bir-birləri ilə real zamanda yazışa bilərlər. Forumlarda isə real zamanda olmaq şərt deyildir. Kim nə vaxt istəsə, o zanan söhbətə girib, suallara cavab verə bilər. Çatda elmi müzakirələr aparmaq o qədər də əlverişli deyildir. Çunki düşünməyə, ədəbiyyat axtarmağa vaxt qalmır. Həmsöhbət dərhal cavab gözləyir. Buna görə çatlarda nisbətən yüngül söhbətlər aparılır.

3. İSQ, Skype kimi fərdi əlaqə sistemləri. Bu sistemlər vasitəsi ilə yazılı və səsli əlaqə bağlamaq olar. Yazışma, yaxud səsli danışıqlar real zamanda çatdakı kimidir. Lakin ondan fərqli olaraq söhbəti bir, bəzi hallarda 2-3 nəfərlə aparmaq olur. Bu real zamanda şəxsi məktublaşmadır. Onların vasitəsi ilə də elmi-fəlsəfi diskussiyaların aparılması çatda olduğu səbəbə görə əlverişsizdir. Lakin hansısa ikincidərəcəli məsələlər haqqında danışıla bilər.

4. Məktublaşma (e-mail). Bir-iki nəfər arasında aparılan fərdi informasiya sistemidir. Bu sistemlə də elmi-fəlsəfi çəkişmələr aparmaq olar. Lakin müzakirələrin mənfi cəhəti ondan ibarətdir ki, onları başqa oxucular izləyə bilmirlər. Buna baxmayaraq, bu üsuldan da faydalanmaq olar. Bəzən məktublaşma vasitəsilə yüksək səviyyəli həmsöhbətlə çox maraqlı mövzular müzakirə etmək olar. Bu yazıları da sistemləşdirib məqalə şəklinə salmaq, yaxud olduğu kimi saytlarda, bloqlarda və mətbuatda dərc etmək olar. Lakin bunu etməkdən öncə həmsöhbətin razılığını almaq lazımdır.

5. İnternet-toplumlar. Bunlar əsasən internetdə bir-birləri ilə əlaqə saxlayan eyni maraqları olan adamların yığıncaqlarıdır. Bu toplumlar elmi adamlar üçün çox yararlı ola bilər. Çünki real həyatda adamlar maraqlandıqları mövzuları müzakirə etmək, bu istiqamətdə faydalı işlər görmək üçün özlərinə həmkar tapa bilmirlər. İnternet isə bunun üçün böyük imkanlar yaradır. Bu toplimlarda çox faydalı elmi işlər keçirilə, əlaqələr yarana bilər. Onların vasitəsi ilə hansısa elmi işləri və tədbirləri işləyib reallıqda həyata keçirmək olar. Bu toplumlarda çatlar, forumlar kimi problemlərin müzakirə yerləri vardır. Onların adi forum və çatlardan fərqi böyük kütlələrin deyil, yalnız toplum üzvləri olan az sayda peşəkar adamların iştirakından ibarətdir. Bu toplumlar açıq və bağlı ola bilər. Açıqlara problemlə maraqlanan hər bir adam daxil ola bilər. Bağlılarda isə yalnız müəyyən adamlar iştirak edir. (örnək)

Bloqlar, çatlar, məktublaşma, fərdi əlaqə sistemləri və internet-toplumlarda aparılan çəkişmələrin qaydaları, tələbləri və nəzəri əsasları forumlarda olduğu kimidir.

0 şərh