Qadın gözəlliyi

Sağlam  bədən  hələ  qədim  zamanlardan  pərəstiş  və  ehtiram   obyekti  olmuşdur. Fiziki  məşğələlər, idman  bir  çox  xalqlar arasında  təşviq  edilmişdir. Qədim  Yunanıstanda  fiziki  cəhətdən   zəif  olan oğlanların ali  təhsil  almağa  ixtiyarı  yox  imiş. Gimnasiyaya  ( idman  məktəbi)  yalnız  əla gimnastların  gəlmək  hüququ  varmış.  “Gimnasi”   sözü  tərcümədə  “qısa  tumanla  gəzmək” deməkdir. Məşğələlərə  gimnastlar  qısa  tumanla  və  ya  bel  sarğısı  ilə  gedirmişlər. Olimpiya  yarışları  və  çıxışlarında  isə  çılpaq iştirak  edirdilər.  Çılpaq  atlet  surəti  heykəltəraşlıqda  görkəmli  yer  tutduğu  üçün  hətta  xüsusi  bir  anlayış  –  “qəhrəmanə  çılpaqlıq” məfhumu  yaranmışdır.
Qədim  Yunanıstanda   qızlar   gimnasiya   getmədikləri  və  Olimpiya  oyunlarında  iştirak  etmədikləri  üçün   öz   gözəl  bədənlərini  xalq   bayramlarında  rəqslər   zamanı   nümayiş   etdirirdilər.  O   uzaq  əsrlərdə  bu  heç  kəsi  təəccübləndirmir  və  utandırmırdı. Gözəl  və   çılpaq  bədəndən  sənət  əsərindən  ləzzət  alan  kimi,  təmiz  ürəkdən  zövq  alırdılar.

Budur,   gözəl,   gənc   və  zövqlə   geyinmiş  bir  qadın  keçir. Ona  ötəri  bir  nəzər salmaq   sizdə  xoş  hisslər  yaradır.
Qadın  gözəlliyi  – dünya  nemətlərindən  biridir.

Rəvayətə  görə,   qədim  zamanda  gözəl  Frina  öz  çılpaq  bədəninə  hədsiz  aludə  olduğu  üçün  hakimlər  onu  ölüm  cəzasına  məhkum  edirlər.

Frina öz çılpaq bədənini göstərir və hakimlər qərarı dəyişdirir

Frinianın  vəkili  onu  xilas  etmək  üçün  məhkəmədə  onun  paltarını  cırıb  əynindən  çıxarır. Hakimlər   çılpaq  Frinanın  gözəlliyini,  ecazkar  qamətini  görəndə  özlərini  itirirlər  və  hökmü   ləğv   edirlər.

Lakin,   hər   gözəllik   həmişə  sevinc    gətirmir. Əgər  gözəl  qadın  ağılsız, pinti,    əxlaqsız,    özünü   satan  olduqda    ikrah    hissi    doğurur.

İnsanların  qadın   gözəlliyinə  meyli  əbədi  və  qarşısıalınmazdır. Bu  fikri  S.Skitales   özünün    “İkar” hekayəsində  parlaq  şəkildə   ifadə  etmişdir. Kənd  dəmirçisi   Nazar   evinə  müxtəlif   şeylər   almaq   üçün   şəhərə  gəlir   və  bütün  pullarını,   demək   olar   ki, çini   heykəlciyə  sərf   edir. Arvadı   onun   aldığı   İkarı   və   çılpaq   qızları   görüb   bərk   qəzəblənir:   
“Sənin   başın  xarab olub!...  Abırsızın biri!...   Soydun,   dağıtdın bizi”...
Uşaqların   ayağı yalan, qarnı ac...   ” Analarının  göz yaşlarını görən uşaqlar  da ağız –  ağıza   verib  ağlaşırlar. “Çılpaq   arvadlara”  baxmağı  Nazara   qadağan   edirlər.    Heykəlciyi də   sandığa  qoyurlar.   Nazar  yalnız bazar    günləri , arvadı   uşaqlarla    kilsəyə   gedəndə, İkarı çıxarır və  çinidən   düzəldilmiş   bu  misilsiz  gözəl cizgilərə  uzun – uzadı  baxıb  zövq alır.   Riqqətdən   dəmirçinin   üzündə  təbəssüm,   gözlərində   yaş  görünərdi.

1 şərh

2ral
Mövzu çox geniş və bir topikə sığmayacaq mövzudur.
Frina əhvalatı isə əslində belə olub. Qədim Yunanıstanda Praksitel adında çox məşhur heykəltəraş olub.O,birinci dəfə olaraq məhəbbət allahı Afroditanı çılpaq şəkildə təsvir edib (Knidli Afrodita-фродита Книдская). Naturşiça kimi isə o məşhur yunan geterası Frinanı götürüb.Bu isə həmin dövr üçün küfr idi (Allahın çılpaq surəti üçün qadını göstərmək).Ona görə də məhkəmə olur (onu məhkəməyə verən ittihamçı də Frinanın eşqini rədd etdiyi adam olubmuş).Frinanın vəkili olan Hiperid nə qədər danışırsa da xeyri olmur. Axırda o Frinanın əynindən paltarını çıxarır və çılpaq şəkildə haimlərə göstərir (bəziləri deyir ki yalnız döşlərini götərir). Qızın gözəlliyindən dəli olan hakimlər o dəqiqə Frinaya bəraət verirlər.