Ulduzların sürüşməsi

Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.

Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla kilometr məsafədəki uzaq günəşlərdir. Günəş sistemimizin içində günəş və planetlərin cazibə qüvvələri arasında ora-bura gəzən saysız meteoritlər mövcuddur.

Bunlardan yerin yaxınlığından keçərkən cazibə sahəsinə daxil olanlar sürətlə atmosferə düşür. Sürtündüklərinə görə isinir, yanır və arxalarında parlaq, cizgi kimi bir iz buraxırlar. Axırda demək olar ki, düşmənin son anında müşahidə edilən parlamadan ardınca yox olurlar.

Yer atmosferinə hər il cəmi 15 min ton olan 200 minə qədər meteorit düşdüyü qəbul edilir. Bu hesaba görə yerin kütləsi 4.5 milyard illik ömrü ərzində gələn meteoritlər sayəsində əməlli başlı artmalıdır. Yerə düşən meteoritlər üzərində aparılan tədqiqatların nəticəsində yerdə olmayan bir elementə rast gəlinməyib.

Atmosferə girdikdə yanan və əksəriyyəti yox olan göy daşlarına meteor deyilir, bunlardan yerə çatmağı bacaranlara isə meteorit deyilir. Dünyamızın böyük bir qismi okeanlarla qapalı olduğuna görə yerə çata bilən göy daşlarının çoxu buralara düşür. Ancaq dünyanın bir çox yerində də quruda meteoritlərin meydana gətirdiyi izlər və çuxurlar mövcuddur.

Dünyada məlum olan göy daşlarının ən böyüyü cənubi qərb Afrikada Qrutfenteyndə olan göy daşıdır və kütləsi 80 tona qədərdir.

İndiyə kimi dünyada təxminən 20 nəfər insan göy daşı dəyməsi ilə yaralandığı təsbit edilmişdir. Fəzada minlərlə il ərzində, milyarlarla kilometr məsafə qət edən bir daşın, atmosferə çox uyğun bir yöndən girib yanmadan yerə qədər gəlməsi və nəticədə də bir insanın başına düşməsi hər insana qismət olmaz.

 
 

0 şərh