Рейтинг
0.00

Atmosfer

17 üzv, 29 topik

Qar necə yaranır?

Qarın gözəlliyi və təbiətdəki rolu həmişə insanların marağını çəkib. Bu bloq yazısında hər kəsin sevdiyi qarın necə yarandığını və onun təbiət üçün əhəmiyyətini  araşdıracağıq. Qarın yaranma prosesi, atmosfer və iqlim şərtləri, ekosistemlər və insan həyatı üzərindəki təsirləri- bu mövzulara dair bütün mövzular haqqında məlumat verəcəyik.


Davamı →

Magellan buludları

Bulud dedikdə yəqin ki, ağlınıza atmoseferimizdə üzən, su buxarından ibarət olan buludlar gəldi. Lakin Magellan buludları məhz o mənada işlənilən bulud deyil. Magellan buludları əslində kiçik ölçülü qalaktikalardır. Ətrafında qaz və toz hissəcikləri çox sıx olduğu üçün onlara bulud deyilir. Bu anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir.


Davamı →

Qasırğa və küləklər haqqında bilmədiklərimiz

Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Davamı →

Zülallar yoxsa qazlar mübadiləsi?

Dərsliklərdə və elmi ədəbiyyatlarda hörmətli alimlərimizin zülalların quruluşu və funksiyaları haqqında fikirləri və elmi araşdırmaları kifayət qədər işıqlandırılmışdır. Oxuduğum elmi kitablardan məlumdur ki, dünyanın ən məşhur elmi labaratoriyaları zülalları öyrənməklə məşğuldur. Təsadüfi deyildir ki, Nobel mükafatı alan alimlərin bir neçəsi zülalların tədqiqatı ilə əlaqədar bu ada layiq görülmüşdür. O da məlumdur ki, müasir elmə zülallarla əlaqədar məlum olmayan çox məsələlər vardır.

Davamı →

Yer səthində istilik və buxarlanma

Təbiətdə suyun dövranının əsas şərtlərindən biri onun bir aqreqat haldan digərinə keçməsidir. Günəş istiliyinin təsiri ilə suyun maye halından qaz halına keçməsi, yəni buxarlanması su dövranının ən vacib həlqəsidir. Buxarlanma il ərzində 1 sm2 səthdən buxarlanan suyun (mm-lə) miqdarıdır. Onun qiyməti Yerdəki istilik və yağıntılardan asılıdır. Yer səthində temperatur ekvatordan qütblərə doğru dəyişdiyindən Yer kürəsi 7 istilik qurşağına — bir isti, iki mülayim, iki soyuq və iki daimi şaxta qurşaqlarına ayrılır. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir.
Davamı →

Meteoroloji hadisələr

Atmosferdə baş verən proseslər Yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilir. Meteoroloji xidmət idarələri leysan yağışları, güclü küləklər və s. hadisələr barədə qabaqcadan xəbər vermək imkanına malikdir. Bu isə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa qismən kömək edir.
Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir.
Davamı →

Saat qurşaqları

Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360°: 24 = 15°). Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.


Davamı →

Günəş radiasiyası və İqlim

Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə, Günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi Günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan Günəş şüalarının bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırdığı enerji Günәş radiasiyası adlanır (lat.“radiatio” – şüalanma, işıq).


Davamı →

Günəş işığının və istiliyinin Yer kürəsində paylanması

Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:

  • Yerin xəyali fırlanma oxunun orbit müstəvisinə meyilliyi;
  • Yerin illik hərəkəti;
  • Yerin kürə forması;
  • Yer və Günəşin fəzada eyni müstəvi üzərində yerləşməsi;
  • Yer səthinin relyefi;
  • Yamacların ekspozisiyası (yamacın üfüqün hansı tərəfinə istiqamətlənməsi) və meyilliyi.

Davamı →

Hava kütlələri və atmosfer cəbhələri

Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s.) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır. Yer səthində hakim küləklərin istiqaməti və yağıntıların paylanması hava kütlələrindən asılıdır.
Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntılar düşür, burada temperatur yüksəkdir. Yağıntıların çox düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır. Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur və bulud əmələ gəlir. Tropik hava kütlələri Şimal və Cənub tropikləri ətrafında formalaşır.
Davamı →