Atmosferin tərkibi və quruluşu,temperatur

Yer kürəsini əhatə edən qaz təbəqəsinə atmosfer (yunanca “ atmos”-buxar, “sphaira”-təbəqə) deyilir.  Atmosfer hadisələrinini meteorologiya elmi öyrənir.Atmosferin qaz tərkibi:  78%-azot,  21%-oksigen, 1%-təsirsiz qazlar, karbon qazı.
Atmosferdə eyni zamanda buxar halında su və aerozol hissəciklər(his, toz, duz və s.) var. Aerozollar yağıntıların formalaşmasında əsas rol oynayaraq  kondensasiya nüvəsini təşkil edirlər. Atmosferin qalınlığı 3000 km-dən artıqdır.   Atmosfer müxtəlif xüsusiyyətləri ilə fərqlənən təbəqələrdən ibarətdir.
atmosferin qatları-ekzosfer,termosfer,mezosfer,stratosfer,troposfer*    Troposfer: Yerə ən yaxın təbəqə olub, qalınlığı 18 km-ə çatır.Atmosferin kütləsinin 80%-ni təskil  edir. Bütün iqlim hadisələri bu təbəqədə baş verir.  Yer səthindən hündürlüyə doğru qalxdıqca havanın   temperaturu və atmosfer təzyiqi azalır(nə üçün?): 1000m↑- 60C↓-aerotermik pillə.        10m↑-1mm.c.st↓- barik pillə.
*    Stratosfer: Troposferi əhatə edir. Qalınlığı 40 km -ə qədərdir. Bu təbəqədə canlıları Günəşin ultrabənövşəyi şüalarından qoruyan ozon qatı - ozonosfer (15-32 km arası ) yerləşir.
*    Mezosfer: Stratosferi əhatə edir. Qalınlığı 20-25 km -dir.”Qütb parıltıları” müşahidə olunur.
*    Termosfer: Mezosferi əhatə edir. Qalınlığı 700 km  -dən artıqdır. Yerin süni “peyk”ləri bu təbəqədə yerləşdirilir. Çünki bu təbəqədə müsbət və mənfi   yüklü ionlardan təşkil olunan İonosfer təbəqəsi Yer üzərindəki rabitə əlaqələrini həyata keçirməyə imkan verir. 
*     Ekzosfer: Termosferi əhatə edir. Qalınlığı təxminən 2000 km-dir. Qaz tərkibi olduqca seyrək olduğu  üçün  maddənin “plazma” halı müşahidə olunur.

Günəş radiasiyası
Günəşdən yer səthinə gələn bütün materiyanın cəminə günəş radiasiyası deyilir. Günəşdən birbaşa  Yerə gələn süalar düz (kölgə olur), buludlar tərəfindən yayılan şüalar isə səpələnən (kölgə olmur) radiasiya adlanır. Düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiya adlanır və kkal/il ilə müəyyən olunur. Ümumi radiasiya tropiklərdə maksimum (200-220 kkal/il), qütblərdə isə minimumdur(30-50 kkal/il).  Ümumi radiasiyanın Yer səthinin qizmasına sərf olunan hissəsi udulan radiasiya  və ya radiasiya  balansı, əks olunan hissəsi isə albedo adlanır. Ən böyük albedo təzə yağmış qarda (90-95%), ən   az isə suda (5-10%) müşahidə olunur.

Temperatur
Havanın əsas elementləri onun temperaturu, təziyiqi və rütübətdir. Havanın hərarəti onun temperaturu adlanır və termometr cihazı ilə ölçülür. Havanın temperaturu iki istiqamətdə dəyişir: 
*Üfüqi istiqamətdə - ekvatordan qütblərə doğru temperaturun dəyişməsi;   
*Şaquli istiqamətdə -Yer səthindən yuxarıya  doğru temperaturun ( aerotermik pillə) dəyişməsi.
Meteoroloji stansiyalarda aparılan mütəmadi  müşahidələr nəticəsində havanın sutkalıq maksimum (saat 1400-1500), sutkalıq minimum ( günəş  çıxmazdan 10-15 dəqiqə əvvəl), orta sutkalıq,  sutkalıq amplituda, orta aylıq (ən isti və ən soyuq Bax: cədvəl 2), orta illik, illik amplituda , çoxillik, mütləq maksimum, mütləq minimum temperaturları müəyyən olunur və iqlim xəritələrində izotermlər (eyni temperatura malik olan xətlər) çəkilir.

Orta sutkalıq temperaturların cəmini müvafiq aydakı günlərin sayına bölmək orta aylıq, orta aylıq temperaturların cəmini on ikiyə bölməklə isə orta illik temperatur müəyyən olunur. Çoxillik temperaturlar isə Bir neçə il aparılan müşahidələrə əsasən müəyyən olunur.Yer səthinin orta illik temperaturu 140 C-dir.

Şimal yarımkürəsi Cənub yarımkürəsi
Ən isti ay Ən soyuq ay Ən isti ay Ən soyuq ay
quru su quru su quru su quru su
iyul avqust yanvar fevral yanvar fevral iyul avqust

Cədvəl 2. Yarımkürələr üzrə ən isti və ən soyuq aylar.

Ən isti ayın orta temperaturundan ən soyuq ayın orta temeperaturunu çıxmaqla illik amplitud tapılır.  Ən böyük sutkalıq amplituda tropik səhra iqlim tipində, ən böyük illik amplituda isə mülayim qurşağın kəskin kontinental iqlim tipində müşahidə olunur. Müəyyən ərazidə qeydə alınmış ən alçaq temperatur mütləq minimum (Antarktida“Vostok” stansiyası-89,20C), ən yüksək temperatur mütləq maksimum (Liviya-Tripoli, şəhəri +58,10 C) temperatur adlanır. Azərbaycanda müvafiq olaraq -330C və +440 C  Culfa şəhəri. Hündürlüyə doğru qalxdıqca temperaturun qalxması temperatur inversiyası adlanır.

Həmçinin bax:
Atmosferin quruluşu

4 şərh

Süvari
təşəkkürlər luminat..belə mövzulara davam et
alan
elmi məsələrə yanaşdığınız üçün sağolun
Robotnik
abituryentlere komek etdiyinize gore tesekkur
rezerv

Coğrafiya mənim qrupumda yoxdur amma,yenə də maraqlı gəlir mənə. İkinci qruplara daha çox kömək olar.