Рейтинг
0.00

Atmosfer

17 üzv, 29 topik

Hava kütlələri və atmosfer cəbhələri

Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s.) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır. Yer səthində hakim küləklərin istiqaməti və yağıntıların paylanması hava kütlələrindən asılıdır.
Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntılar düşür, burada temperatur yüksəkdir. Yağıntıların çox düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır. Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur və bulud əmələ gəlir. Tropik hava kütlələri Şimal və Cənub tropikləri ətrafında formalaşır.
Davamı →

Atmosfer təzyiqi və onun ölçülməsi

Yeri əhatə edən qaz təbəqəsinin öz ağırlığı olduğuna görə, yerin hər hansı bir nöqtəsinə təzyiq göstərir. Hava öz-özlüyündə çox (sudan 770 dəfə) yüngüldür. Bir kub metr havanın 1,3 kq ağırlığı vardır. Bir litr hava isə 1,3 qr-dır.  Bu rəqəmləri biz, havanın dəniz səthi səviyyəsində, yəni normal təzyiq 760 mm və 0°-li tempe¬raturda çəkdiyimiz zaman ala bilərik. Eyni şəraitdə quru havanın sıxlığı 1293 q/m3-ə bərabərdir. Havanın sıxlığı çəki üsulu ilə işarə olunur. Hava kütləsinin onun tutduğu həcminə olan nisbətinə onun sıxlığı deyilir. Bitkilərin inkişafıns və heyvan orqanizminə atmosfer təzyiqi bilavasitə təsir etmir, lakin hava təzyiqi, hava kütlə¬ləri təzyiq çox olan yerdən onun az olduğu yerə hərəkət etməsilə əlaqədardır.
Təzyiq yer kürəsində sahənin dəniz səviyyəsindən hündürlüyü, temperatur şəraiti, rütubətlik və başqa amillərdən asılı olduğu üçün müxtəlif istiqamətdə də¬yişir.
Ardı →

Atmosferin quruluşu

Yer kürəsini əhatə edən qaz örtüyü, yəni atmosfer günəşdən gələn şüaları tənzimləşdirir. Əgər atmosfer olmasaydı, yer üzərində gündüz 100º isti və gecələr isə 200° şaxta olardı.
Alimlərin hesablamalarına görə atmosferin qalınlığı orta hesabla 1000-2000 km-ə qədərdir. Atmosferin yuxarı hissələrinə qalxdıqca hava seyrəkləşir, tərkibi dəyişir, temperatur get-gedə azalır, ağır qazların miqdarı dəyişir, əvəzinə isə tə¬sirsiz qazlar çox təsadqüf olunur. Su buxarı və toz yalnız atmosferin yerə yaxın hissəsində mövcuddur.
Atmosferdə gedən fiziki hadisələrə görə atmosfer müxtəlif qatlardan ibarət quruluşa malikdir. Yüksəkliklə temperaturun gedişi əsasında qəbul edilmiş atmos¬ferin quruluş sxeminə görə, atmosfer aşağıdakı beş şəbəkəyə bölünür.
Troposfer, stratosfer, mezosfer, termosfer və ekzosfer. Bu təbəqələrin sər¬həd¬ləri həmişə kəskin olaraq ayrılmır. Bu təbəqələrin qalınlıqları isə ilin vaxtından və en dairələrindən asılı olaraq kəskin surətdə dəyişilir.
Ardı →

Atmosferin tərkibi

Yer kürəsinin qaz təbəqəsinə atmosfer deyilir, atmosfer yunan sözü olub, “atmos”, buxar, hava, “sfer” şar deməkdir. Digər sözlə, yer kürəsinin qaz təbəqəsi deməkdir. Atmosfer bir-birinə kimyəvi təsiri olmayan, qazların mexaniki qarışığından ibarətdir. Atmosferin yerə yaxın hissəsindəki quru havanın  tərkibi aşağıdakı qaz­lardan ibarətdir: həcminə görə azot 78,09 %, arqon – 0,94 %, karbon qazı – 0,03 % və çox cüzi miqdarda, neon, kripton, ksenon, helium, ammonyak qazları daxildir.

Aparılan tədqiqatlardan belə məlum olmuşdur ki, atmosferin 18,5 km hün­dür­lükdəki havanın tərkibində — 78,13 % azot, 20,95 %, oksigen, 0,92 % arqon qazı müəyyən edilmişdir ki, bu da havanın yerə yaxın hissəsinə uyğun gəlir.


Ardı →

Rütubət və yağıntı

Suyun maye halından qaz halına keçməsinə buxarlanma deyilir.
Buxarlanmanın intensivliyi  səth örtüyündən, havanın temperaturundan və küləyin sürətindən asılıdır.
Tropik enliklərin okean səthində buxarlanma maksimal (2000mm), tropik səhralarda və qütbətrafı sahələrdə isə minimaldır (0-100mm). Müəyyən temperaturda maksimal buxarlana bilən rütubət miqdarına  mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Buxarlanma və mümkün buxarlanma arasındakı fərq quraqlıq dərəcəsi adlanır. Maksimal quraqlıq dərəcəsi tropik səhralarda müşahidə olunur.
İqlim xəritələrində buxarlanma qabiliyyəti eyni olan əraziləri birləşdirən  xətlər izoqaminlər adlanır.
Ardı →

Buludlar və yağıntı

Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir. Formasına görə buludlar 3 cür olur:
1. Laylı buludlar — 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir.
2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır.
3. Lələkvari buludlar — daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır.


Ardı →

Külək

Havanın yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsinə külək deyilir Külək Yerdə təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır. Təzyiq fərqi nə qədər çox olsa, küləyin gücü və sürəti bir o qədər böyük olar. Külək – istiqaməti, sürəti və gücü ilə xarakterizə olunur. Küləyin sürəti anemometr ilə, küləyin istiqaməti və gücü isə flügerlə ölçülür.
Küləyin istiqaməti dedikdə, onun üfüqün hansı istiqamətindən əsdiyi nəzərdə tutulur. Küləyin istiqamətini üfüqün əsas və aralıq cəhətləri və ya azimutla təyin edirlər.


Ardı →

Atmosferdə su

Atmosferdə 14 min km3 su buxarı var. Bunun 86%-i okean və dənizlərdən, 14%-i isə quru səthdən buxarlanma hesabına atmosferə daxil olur. Suyun maye və bərk haldan qaz halına keçməsi prosesinə buxarlanma deyilir. Buxarlanmanın intensivliyi — döşənən səthdən, temperaturdan, havanın rütubətliliyindən və küləyin sürətindən asılıdır. Buxarlanmanın ən yüksək kəmiyyəti tropik enliklərin okean səthi üzərində (2000 mm), ən az isə tropik səhralarda (50-100 mm) olur. Ekvatorda yüksək buludluluqla əlaqədar buxarlanma (1000 mm) xeyli azdır. Ekvatordan qütblərə doğru buxarlanmanın miqdarı azalır.
Su buxarının maye hala keçməsi kondensasiya; su buxarının birbaşa bərk hala (qar, buz) keçməsi isə sublimasiya adlanır. Müəyyən temperaturda buxarlana bilan rütubət miqdarına buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma deyilir. Tropik səhra və savannada buxarlanma qabiliyyəti daha yüksək; Arktik səhra və tundrada isə daha azdır. Buxarlanma qabiliyyəti daha böyük olan ərazilərdə — sutkalıq temperatur amplitudu böyük, fiziki aşınma intensiv, canlılar aləmi isə (bitki, heyvan) kasıb olur.


Ardı →

Hava və iqlim

Müəyyən vaxta troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Havanın elementləri- temperatur, rütubət və təzyiq; hava hadisələri isə — külək, yağıntı, şimşək və s.-dir. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. Iqlim yaradan amillər aşağıdakılardır:


Ardı →