Siklon və antisiklonlar
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü meteoroloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsiri ilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar.
İşıq: göy qurşağının əmələ gəlməsi üçün lazımi ilkin şərt işıqdır. Ona görə, əvvəlcə, Günəşdən gələn şüalar rəng əmələ gətirmək üçün müəyyən dalğa uzunluğunda olmalıdırlar. Günəşin yaydığı bütün şüaların içindən ancaq “görünən işıq” adlandırılan bu işığın yer üzünə gəlmə ehtimalı 1025-də 1-dir. Bu inanılmaz ehtimal reallaşır və göy qurşağının rənglərinin əmələ gəlməsi üçün lazımi şüalar Günəşdən Yerə çatır.
Yer kürəsinin qaz təbəqəsinə atmosfer deyilir, atmosfer yunan sözü olub, “atmos”, buxar, hava, “sfer” şar deməkdir. Digər sözlə, yer kürəsinin qaz təbəqəsi deməkdir. Atmosfer bir-birinə kimyəvi təsiri olmayan, qazların mexaniki qarışığından ibarətdir. Atmosferin yerə yaxın hissəsindəki quru havanın tərkibi aşağıdakı qazlardan ibarətdir: həcminə görə azot 78,09 %, arqon – 0,94 %, karbon qazı – 0,03 % və çox cüzi miqdarda, neon, kripton, ksenon, helium, ammonyak qazları daxildir.
Aparılan tədqiqatlardan belə məlum olmuşdur ki, atmosferin 18,5 km hündürlükdəki havanın tərkibində — 78,13 % azot, 20,95 %, oksigen, 0,92 % arqon qazı müəyyən edilmişdir ki, bu da havanın yerə yaxın hissəsinə uyğun gəlir.