Fərqlənməyi sevənlər üçün BMW M4

BMW şirkətinin M4 sportkupesinin əsas özəlliyi 3 hissədən ibarət tavanındadır. Lakin yeni model kabrioletlərə xas olan bir sıra funksiyalar da əldə edib. Yeni idman kabrioletinin üstünün qatlanması üçün 20 saniyə lazımdır. Bu əməliyyatı isə ancaq 18 km/saat-a qədər olan sürətdə həyata keçirmək mümkündür. BMW M4 3,0 litrlik 6-silindrli 431 at gücündə korporativ turbo mühərriklə təchiz edilib. Avtomobilin maksimal sürəti 250 km/saatdır.
Kabriolet ABŞ-da yay aylarında, Avropada payızda satışa çıxarılacaq.

0 şərh