Bugatti Veyron Grand Sport Vitesse «Ettore»


Fransız şirkəti Bugatti «Bugatti əfsanələri» seriyasında sonuncu modelin yaradıldığını elan edib. Yekun akkord brendin yaradıcısı olan Ettore Buqattinin şərəfinə adlandırılan maşındır. Mütəxəssislər Bugatti Veyron Grand Sport Vitesse «Ettore» modelinə olduqca ciddi yanaşıblar. Ümumi olaraq, avtomobildən 3 ədəd hazırlanıb və dəyəri 2,35 milyon avrodur. Model digər maşınlarla bir sırada bu il Pebbl-Biçdə eleqantlıq Müsabiqəsində təqdim olunacaq.

Qeyd edək ki, «Bugatti əfsanələri» layihəsi çərçivəsində Bugatti Type 18 «Black Bess», Bugatti Veyron Grand Sport Vitesse, Bugatti Veyron Grand Sport Vitesse «Jean Bugatti» və Bugatti Veyron Grand Sport Vitesse «Rembrandt Bugatti» təqdim olunub.











0 şərh