Aston Martin sürətli rodsterin sirrini açdı


«Aston Martin» şirkəti ötən il təqdim etdiyi «V12 Vantage S» superkarının yeni açıq modifikasiyasının sirrini açıb. Yenilik Britaniya markasının tarixində ən sürətli seriyalı rodsterdir. Rodster «V12 Vantage S»-i kupedə olduğu kimi altılitrlik on iki silindrli aqreqatla təchiz edilib.

Mühərrik 573 a.g. və 620 Nm fırlanma anı verir. Yenilik 100 km/saatı 4,1 saniyəyə yığa bilər. Maksimal sürət 323 km/saatdır. Yeni sürət qutusu sayəsində yenilik 2012-ci ildə təqdim olunan «V12 Vantage»-ın adi açıq modifikasiyasından 20 kq yüngüldür.
Superkar üç iş rejimi (Normal, Sport və Track), həmçinin iki köklənmə variantı, Servotronic sükan idarəetməsi olan tənzimlənən Bilstein amortizatorları olan mexatron şassi əldə edib.







 

0 şərh