Sürücüsüz Mercedes-Benz


Yaxın zamanlarda küçələrdə sürücüsüz maşınlar görsəniz təccüblənməyin. Mercedes-Benz şirkəti ilk sürücüsüz avtomobilini təqdim edib.

ABŞ-ın Las Veqas şəhərində dünyanın ən böyük elektronik və texnolojiya sərgisi olan «Consumer Electronics Show (CES) 2015″ keçirilib. Sərgidə təqdim edilən «F 015 Luxury in Motion» adlı maşındakı LED işıqlar sürüş formasına görə rəngini dəyişir. İnsan tərəfindən idarə ediləndə işıqlar ağ, sürücüsüz olanda isə mavi olur. «Mercedes F 015″in hazırlanmasında əsas maddə karbon fiberlə gücləndirilən plastik olub. Hidrogen yanacaqla işləyən maşının yollara nə zaman çıxacağı hələ dəqiq bəlli deyil.

 

 

 

 

 

 

0 şərh