Lamborghini Urus - Dünyanın ən sürətli yolsuzluq avtomobili

 Dizayn, istismar keyfiyyətləri, hərəkət dinamikası və həyəcanverici hərəkəti ilə “Lamborghini” genlərinin layiqli daşıyıcısıdır.
  • Fərqli mühitlərdə gündəlik səfərlər üçün münasibdir
  • Ən yüksək istismar keyfiyyətlərinə nail olmaq üçün 650 a.g.-nə və 850 Nm fırlanma anına malik 4,0 litr həcmli V8 ikili turbo mühərrik
  • 3,6 saniyədə 100 km/saat sürət yığma və ən yüksək sürət — 305 km/saat
  • Fırlanma anının aktiv paylanması imkanına malik tam ötürücü sistem (4WD) və komfortlu idarəetmə üçün dördoxlu sükan çarxı
  • Karbon-keramik əyləclər, uyğunlaşan pnevmatik asqı və mükəmməl təhlükəsizlik və rahatlıq üçün əyilmə zamanı aktiv stabilləşmə
  • Altıya qədər fərqli idarəetmə rejimi + Tamburo idarəetmə rejimi seçimi vasitəsilə aktivləşdirilməsi mümkün olan EGO rejimi
Lamborghini Urus
“Automobili Lamborghini” şirkəti ən sürətli yolsuzluq avtomobili olan üçüncü “Lamborghini Urus” modelini istismara buraxır və lüks avtomobil seqmentində etalon gücü, istismar keyfiyyətləri və hərəkət dinamikası, misilsiz dizaynı, dəbdəbəsi və gündəlik istifadəyə yararlılığı ilə seçilən yeni niş (seqment) yaradır.

“Lamborghini Urus” modeli “Lamborghini” genlərini dünyanın ən universal avtomobilləri olan yolsuzluq avtomobilləri (SUV) ilə birləşdirmiş uzaqgörən yanaşmanın məhsuludur. “Urus” yolsuzluq avtomobillərini əvvəllər mümkün olmayan bir səviyyəyə – Super SUV səviyyəsinə qaldırır.

Bu, fərqli mühitlərdə gündəlik səfərlər üçün münasib olan, dizaynı, istismar keyfiyyətləri, hərəkət dinamikası və həyəcanverici hərəkəti ilə əsl “Lamborghini”dir”, — deyə “Automobili Lamborghini” şirkətinin prezidenti və baş direktoru Stefano Domenikali bildirir:


Lamborghini Urus


“Urus” yüksək istismar keyfiyyətlərinə malik olan avtomobil kimi “Lamborghini” ailəsinin dəyərli üzvüdür. Bu, intensiv inkişaf və “yeni öküz cinsinin” yaradılması ustalığının kulminasiya nöqtəsidir. Bu super yolsuzluq avtomobili gözləntiləri aşaraq brendimiz və müştərilərimiz üçün yeni imkanların qapısını açır”.
“Lamborghini Urus” fırlanma tezliyi maksimum 6 800 dövr/dəq olmaqla, 6 000 dövr/dəq-də 650 a.g.-nə (478 kVt) çatan və cəmi 2 250 dövr/dəq-də 850 Nm maksimal fırlanma anına nail olan 4,0 litr həcmli V8 ikili turbo mühərriklə hərəkətə gətirilir. 162,7 a.g./l xüsusi gücə malik olan “Urus” modeli sinfinin ən yüksək güc göstəricisinə və 3,38 kq/a.g. ilə ən yaxşı çəki-güc nisbətinə malikdir.
“Urus” 3,6 saniyəyə 0-100 km/saat, 12,8 saniyəyə 0-200 km/saata qədər sürət yığa bilir. Maksimum sürəti 305 km/saat olan bu avtomobil mövcud olan ən sürətli yolsuzluq avtomobilidir.

“Urus”: çoxtərəfli xüsusiyyətlər
“Lamborghini Urus” lüks yolsuzluq avtomobili olmaqla yanaşı, həm sürücüyə, həm də sərnişinlərə zövq verəcək idman avtomobili dinamikliyinə malik güclü avtomobildir.

Onun aşağıya endirilmiş kupeyə bənzər kuzası və idarəetmə zamanı yola hakim olması rahat idarəetmə imkanı, yüksək yol-işıq məsafəsi, ən müasir texnologiyalara malik lüks məkanla bir araya gəlir. “Urus” avtomobili şəhərdə asan hərəkət, uzun səfərlər zamanı isə maksimum rahatlıq vəd edir. Avtomobilin yolda və şosedə super idman avtomobilinə xas olan möhtəşəm dinamikasına və fərqli mühitlərdə universal yolsuzluq imkanlarına heyran qalmamaq mümkün deyil.

“Lamborghini Urus” ikili xüsusiyyətlərə malikdir: o, çoxtərəflidir. Bu avtomobil sahibinin istəyindən asılı olaraq həm idman, həm də eleqant lüks avtomobil kimi səciyyələndirilə bilər. O, həm gündəlik komfortlu səfərlər, həm də ürəkdöyündürən sürətli hərəkət üçün idealdır.

Ad
“Lamborghini” ənənələrinin davamı olaraq “Urus” adı da öküzlər dünyasından götürülüb.  Eyni zamanda, “Aurox” kimi adlanan “Urus” iribuynuzlu ev heyvanlarının böyük, vəhşi əcdadlarından biridir. Son 500 ildə yetişdirilmiş ispan döyüş öküzü görünüşünə görə Urus avtomobilinə çox yaxındır.

Transmissiya və sürət qutusu
Urus avtomobili çox qısa aşağı ötürmə nisbətini və daha uzun yüksək ötürmə nisbətini təmin etmək üçün sazlanmış avtomatik səkkiz-pilləli sürət qutusuna malikdir.
Lamborghini avtomobilinin tam ötürücülü (4WD) intiqalı və fırlanma anının paylanması sistemi: hərəkət dinamikasının optimallaşdırılması:

Lamborghini Urus modelinin tam ötürücülü (4WD) sistemi hər bir yolda və səthdə, istənilən hava şərtlərində təhlükəsiz, həssas hərəkət dinamikası təmin edir.  Torsen mərkəzi özübağlanan diferensialı bütün hərəkət rejimlərində, xüsusilə də yolsuzluq şərtlərində maksimal nəzarət və manevretmə qabiliyyətinə imkan verir. Fırlanma anı daha yüksək yerə sürtünmə ilə oxa yönəlmiş dartı qüvvəsini artıraraq ön/arxa intiqallara 40/60 nisbətində paylanır.

Urus modeli arxa intiqal diferensialı vasitəsilə idarəetmə rejimi, idarəetmə üslubu və şinin yola ilişməsindən asılı olaraq hərəkətverici qüvvənin dartı qüvvəsini artırmaq üçün dərhal hər bir təkərə paylanmasını təmin edən fırlanma anının aktiv paylanması sisteminə malikdir. Fırlanma anının paylanması sistemi eyni zamanda sükanın gücləndirilməsini də artırır.

Lamborghini Urus modeli Aventador S modelində istifadəyə verilmiş arxa təkərlərə intiqalı bütün sürət diapazonlarında daha mükəmməl stabillik və səfər rahatlığı, habelə optimal hərəkət dinamikası, manevretmə qabiliyyəti və azaldılmış dönmə çevrəsinə nail olmaq üçün istifadə edir.

Lamborghini avtomobilinin həyəcanverici səsi və hissiyyatı
Mühərrik, işlənmiş qazların ixracı sistemi və şassiyə hərtərəfli yanaşma avtomobilin gündəlik istifadəyə yararlığını və Lamborghini avtomobillərinin həyəcanverici hərəkət təcrübəsi və təkrarolunmaz səsinin saxlanılması ilə arzuedilməz mexaniki səslərin azaldılmasını təmin edir.
Xüsusi olaraq hazırlanmış işlənmiş qazların ixracı sistemi mühərrikin sürətindən asılı olmayaraq səslərə fərdilik qazandırır. Belə ki, yüksək sürət yığma zamanı Urus daha gurultulu, idman avtomobilinə xas səslər çıxararaq şassinin vəziyyətindən xəbər verir.

Tamburo – Lamborghini avtomobillərinin hərəkət dinamikasının idarəedilməsi:
Mərkəzi konsolda Tamburo idarəetmə rejimi seçimi avtomobilin bütün dinamik sistemlərini idarə edir və səthin vəziyyətinə, yaxud sürücünün istəyinə görə hərəkət dinamikasını seçməyə imkan verir.

Elektromexaniki əyilmə zamanı aktiv stabilləşmə sistemi Lamborghini avtomobillərində ilk dəfə istifadə edilir. Bu stabilləşmə sistemi çala-çuxurlu yollarda düzxətli hərəkət və dönmələr zamanı əyilmə bucağının maksimum azaldılmasını təmin edir.

Urus modelinin xüsusi olaraq sazlanmış dempferləmə sistemi davamlı şəkildə müxtəlif hərəkət vəziyyətlərinə uyğunlaşan yeni dempfer klapanlarını ehtiva edir: onlar dönmə zamanı bərk və düz xətli hərəkət zamanı yumşaq olur. Uyğunlaşan dempfer konsepsiyası avtomatik olaraq müxtəlif idarəetmə rejimlərinə uyğunlaşır. 


Lamborghini Urus


Xarici dizayn
Urus modeli LM002 modelinin, habelə Lamborghini irsi üçün vacib olan sürətli idman avtomobillərinin bir sıra xüsusiyyətlərini özündə birləşdirən əsl Lamborghini avtomobilidir. Urus Lamborghini sürətli idman avtomobillərinin üçdə ikisi korpus, üçdə biri pəncərədən ibarət olan korpus nisbətini mənimsəmiş möhtəşəm görünüşə malikdir.
Urus modeli beşə qədər insan üçün lüks səyahət imkanları vəd edən avtomobildir. Avtomobilin qısa çıxıntıları onun qüvvəsindən, güclü tərəflərindən, dinamik özündən əmin xarakterindən və idarəetmə zamanı yola hakim olmasından xəbər verir.

Urus modelinin gözəçarpan ön hissəsi yüksək kapotun altında mühərrikin yerləşməsini aydın şəkildə göstərərək Miura və Aventador modellərini xatırladır. Bunu kapotun ilk dəfə Countach modelində istifadə edilmiş diaqonal xətləri vurğulayır. Bütün bunlar avtomobilin bariz və dinamik Lamborghini xüsusiyyətləridir. Qürurlu, aşağıya endirilmiş qabaq hissə önə çıxan qabaq qanadları vurğulayır: altıbucaq formasında geniş hava yığanlar aşağıya endirilmiş qabaq spoylerlə birləşir və avtomobilin aerodinamik effektivliyi və müstəsna istismar keyfiyyətlərini daha da nəzərə çarpdırır. Lamborghini brendinə xas tanış Y formasında işıq diodları (LED) ilə vurğulanan yastı və nazik ön işıqlar idman üslubundadır və üfüqi vəziyyətdə yerləşdirilib.

Avtomobilin fərqli silueti çərçivəsiz qapıların daha da vurğuladığı dinamik kupe üslublu cizgilərə malikdir və maşının Lamborghini avtomobillərinə xas olan konturlarını önə çıxarır. Arxa şüşə pəncərələrdən yuxarı doğru uzanan kəskin xətt avtomobilin ön və arxasını birləşdirir və tək hissədən ibarət möhtəşəm dizayn təəssüratını gücləndirir.

Avtomobilin aşağı dam xətti və çərçivəsiz pəncərələrin mövqeyi maşının daxilində sürücü və sərnişin oturacaqlarının aşağıda yerləşməsini göstərir.  Kəskin cizgilərə malik ön şüşə və arxa dayağı əvəz edən itibucaqlı arxa pəncərələr Urus modelinin Lamborghini avtomobilləri arasında hətta Huracán modelindən belə daha təsirli görünməsini təmin edir və onun sürətli idman avtomobili siluetinə diqqət çəkir. Ön və arxada altıbucaq formalı təkərüstü oyuqlar LM002 və Countach modellərinin möhtəşəm dizaynından götürülüb və seqmentin ən böyük təkərlərinin – 21–23 düymlük təkərlərin qoyulmasına imkan verir.

Aerodinamik optimallaşma
Urus modelinin hər bir səthi avtomobilin aerodinamik imkanlarına və onun Lamborghini  sürətli idman avtomobili kimi xüsusiyyətlərinə töhfə verir.  Avtomobilin forması və funksiyası səciyyəvi Lamborghini dizaynı ilə birləşir: hər bir panel maşının ümumi müqavimət əmsalını artırır.
Effektiv aerodinamika eyni zamanda Urus modelinin daxili akustikasına da müsbət təsir edir, səfər rahatlığını artırır, yanacaq istehlakını və tullantıların (emissiyaların) səviyyəsini azaldır, yüksək təzyiq qüvvəsi isə stabillik, təhlükəsizlik və hərəkət dinamikasını artırır.

Şassi və asqı
Urus super yolsuzluq avtomobilləri üçün yeni etalon və əsl Lamborghini-dir: o, sinfinin ən yaxşı yüngül çəkili texnologiyalarına və çəki-güc nisbətinə malikdir. Avtomobilin dizaynı və texniki detallarındakı innovasiyalar mümkün olan ən yaxşı hərəkət dinamikası və ümumi effektivliyi təmin edir.

Uyğunlaşan pnevmatik asqı avtomobilin yola və hərəkət şərtlərinə müvafiq olaraq qaldırılması və aşağı düşməsinə imkan verir, bu zaman yol-işıq məsafəsi mərkəzi konsolda Urus üçün xüsusi olaraq hazırlanmış idarə elementinin sazlanması ilə sürücü tərəfindən dəyişdirilə bilər.

Urus modelinin standart Karbon-keramik əyləclərə (CCB) malik olan əyləc sistemi mövcud olan ən böyük və güclü sistemdir və öndə 440 x 40 mm, arxada 370 x 30 mm ölçüyə malikdir. Sistemdə əyləcin effektivliyinin azalmasının, demək olar ki, olmaması pedalın hiss edilməsini yaxşılaşdırır və nəticə etibarilə, bütün şərtlərdə və mühitlərdə istismar keyfiyyətləri və təhlükəsizliyə zəmanət verir.

Təkər seçimləri 21 düymdən 23 düymə qədər dəyişir. Təkərlər Pirelli tərəfindən məxsusi olaraq Lamborghini Urus üçün hazırlanmışdır. Avtomobilin stabilliyi və sürətli hərəkətini təmin etmək üçün ön və arxa təkərlərin eni fərqlənir.

Urus modelinin interyeri
Urus modeli Lamborghini brendinin avtomobilin dizaynı, gücü və dinamik imkanlarının hər bir sürücünün özünü pilot kimi hiss etməsinə imkan verən prinsiplərinin bariz nümunəsidir.

Urus avtomobilində lüks italyan üslubu və ustalıq vəhdət təşkil edir. Avtomobilin erqonomik kabinəsi mükəmməl dəri, Alcantara üzlük materialı, alüminium, karbon-fiber və taxta kimi yüksək keyfiyyətli materiallardan hazırlanıb.

Lamborghini İnfotainment sistemi III (LIS) və bağlantı
Lamborghini Urus avtomobilinin İnfotainment sistemi (məlumat-əyləncə sistemi) onun lüks və gündəlik istifadəyə yararlığını əks etdirir və geniş bağlantı imkanlarına malikdir.  Standart komplektə Tamburo mərkəzinin üstündə Urus interyerinə mükəmməl şəkildə uyğunlaşdırılmış iki ekranlı, sensor panelli LIS məlumat-əyləncə displeyi daxildir. Yuxarıdakı ekran media, naviqasiya, telefon və maşının statusu haqqında məlumatlar üçün funksiyaların idarə edildiyi, əyləncə üçün əsas interfeysdir. Aşağıdakı ekran məlumatların daxil edilməsi və klimat-kontrol (iqlimə nəzarət sistemi) və oturacaqların qızdırılması kimi funksiyaların idarə edilməsi üçün klaviatura və əl yazısını dəstəkləyən ekrandan ibarətdir.

LIS III quraşdırılmış innovativ səs nəzarəti sistemini ehtiva edir, habelə musiqi, telefon zəngləri və ya mətn ismarışlarının göndərilməsi kimi funksiyaları səs komandaları ilə idarə etməyə imkan verir. Standart komplektə simsiz enerji yükləyici və səs nəzarətinə malik telefon tutacağı; fərdi yaddaş profili, USB çıxış, Bluetooth multimedia axın yayımı, DVD-pleyer və səs sistemi daxildir.

Digər əlavə funksiyalar arasında TV-tuner, DAB və CI kart oxuyucusu, proyeksiya displeyi, Lamborghini smartfon interfeysi və arxa oturacaqdakı sərnişinlərin əylənməsi üçün ağıllı displeyi qeyd etmək olar. Avtomobildə Lamborghini Connect də təklif edilir.

Müasir Sürücü Yardım Sistemləri (ADAS)

Lamborghini Urus avtomobilinin ADAS sistemi Avtomobil Mühəndisləri Cəmiyyətinin şkalasına görə 2-ci səviyyəli təhlükəsizlik, qorunma və sürücüyə yardım təmin edir. Uzaq-işıq köməkçi sistemi ön işıqları avtomatik olaraq uzaq-işıq rejiminə keçirir və bu rejimdən çıxarır; toqquşmanın qarşısını alan və ya yüngülləşdirən yenilikçi PreCognition sistemi, ön və arxa dayanacaq (parkinq) sensorları və kruiz-kontrol (iqlimə nəzarət sistemi) da standart komplektə daxildir. ADAS sisteminin əlavə funksiyaları yol hərəkətinin idarəedilməsi sistemləri, üst görünüş kamerası və yedək cihazı rejimini ehtiva edir.

Lamborghini Urus açar üstünüzdə olduğu halda, mərkəzi konsolda “Start” düyməsinin basılması ilə açarsız işəsalma funksiyasına malikdir. Avtomobilə ön və arxa qapılardakı sensor panellərə toxunaraq daxil olmaq mümkündür.

Avtomobilsevərlərin diqqətinə:

Fərqli olmağa iddialı Changan Eado PLUS modeli alıcılara Standart və Sport olmaq üzrə seçim üçün 2 fərqli verir. Sizə uyğun olanı seçin, avtomobildən həzz alın!

0 şərh