Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

Yağışlı havada avtomobili necə idarə edək?

Yağış və sürüşkən yol – sürücü üçün ən təhlükəli vəziyyətdir. Bu məqalədə xoşagəlməz nəticələrin qarşısını almaq üçün yağış vaxtı avtomobilin sürmə qaydalarından danışacağıq.

Yağış vaxtı avtomobili saatda 60 kilometr sürətilə sürmək lazımdır.

Bir çox təcrübəsiz sürücünün yağış vaxtı avtomobilin sürmə qaydalarından xəbəri yoxdur. Bu qaydaları öyrənmək üçün, ilkin olaraq, sürücü təhlükəsiz sürücülüyün əsas nəzəriyyəsi ilə tanış olmalıdır.
Davamı →

Bu nasazlıqları olan avtomobilləri almaq olmaz

Siz özünüzə işlənmiş avtomobil alırsınız. “Demək olar təzədir” olan avtomobil tapmaq çətindir. İllər keçdikcə avtomobillərin problemləri arta bilər. Biz sizə hansı problemi olan avtomobili almaq olar, hansılara ümumən baş qoşmaq lazım deyil onu izah edəcəyik.

Beləliklə avtomobilin sahibinin nə deməyindən asılı olamayaraq, siz yenə bu avtomobilə əlavə pul qoyacaqsınız. Satıcı ancaq rəsmi dillerdə servisdə olduğunu,ancaq orijinal ehtiyat hissələri istifadə etdiyini deyə bilər. Amma yenə də siz əlavə pul xərcləyəcəksiniz. Alışdan həmən sonra sıradan əməliyatları yerinə yetirəcəksiniz: yağdəyişmə,filter dəyişmə,mühərrik kəməri və s. Bu ucuz dəyişiklik sizi bahalı problemlərdən qoruyur. Bəs avtomobil alarkən daha nələrə diqqət etmək lazımdır? Gəlin bandan başlayaq.
Davamı →

Avtomobillər haqqında 16 maraqlı fakt

1. Hazırlanan ilk avtomobillərdə sükan yox idi. Buna görə ilk sürücülər bir hərəkət qolu ilə avtomobillərini idarə edirdilər.

2. Nyu York Polis Departamenti 1989-cu ildə həddindən artıq sürətdən istifadə edən avtomobil sürücülərini təqib etmək üçün velosipedlərdən istifadə ediblər.

Davamı →

Təzələrdən daha yaxşı olan 3 işlənmiş maşın

Bəzi maşınların işlənmişinə digər markaların təzələrindən daha çox tələbat olur. Adətən Azərbaycanda və digər qonşu ölkələrdə orta gəlirli insanlar “Mercedes” avtomobilinin markalarına üstünlük verirlər. Amma cibə bir balaca əziyyət verməklə daha baha olan, lakin uzun illər dostunuza çevriləcək maşınlar almaq mümkündür.

Avtoekspertlər təzələrdən daha yaxşı olan 3 işlənmiş maşının siyahısını tutublar.
Davamı →

Sürücülük vəsiqəsi almaq

Sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək istəyən hər şəxsə verilə bilməz. Qaydalara görə, nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslər sağlamlıq kağızı almalı, təlimdə olmalı, imtahan verməli, bir sözlə, yalnız tələb olunan proseslərdən keçdikdən sonra sürücülük vəsiqəsini ala bilər. Elə şəxslər də var ki, onlar, ümumiyyətlə, maşın idarə edə bilməzlər.

Hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, heç də hər kəs sürücü ola bilməz: “Məhkəmə qaydasında fəaliyyət qabiliyyətinin olmadığı təsdiqlənən şəxslər, ümumiyyətlə, avtomobil idarə edə bilməz. Sürücülük vəsiqəsinin verilməsi yaş həddinə çatmayanlar da sürücülük vəsiqəsi ala bilməz. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxslərsə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir”.
Davamı →

Mexaniki idarə olunan maşınların 5 üstünlüyü

Mexaniki idarə olunan avtomobillərin sayı getdikcə azalır. Bunun səbəbi isə bəllidir: üç pedallı avtomobili idarə etmək yeni nəsil sürücülərə daha çətin gəlir. Amma mexaniki idarə olunma sistemini peşəkarcasına öyrənəndən sonra avtomatik idarəolunma da bəzi insanlara sadə görünür.

1. Əvvəla mexaniki ötürücülü maşınlar daha ucuz olur.

2. Mexaniki ötürücü daha etibarlıdır. Xarab olduqda onu münasib qiymətə başqası ilə əvəzləmək mümkündür.
Davamı →

2017-ci ilin ən qənaətcil avtomobilləri

Avtomobil mütəxəssisləri 2017-ci ilin ən qənaətcil maşınlarının siyahısını tutub. Münasib “dəmir at”ların siyahısına “Mazda CX-3” başçılıq edir. Bu maşın 100 km-ə 7,45 litr yanacaq yandırır. İkinci və üçüncü yerləri “Honda” markaları tutur – “Honda HR-V” və “Honda CR-V”. Bu maşınların hər ikisi 100 km-də 8,4 litr yanacaq “içir”.

Dördüncü yerdə Yaponiyanın “Nissan Juke” maşını (8,5 litr), beşincidə isə ABŞ-ın kompakt “Buick Encore” modeli qərarlaşıb (8,7 litr).
Davamı →

Təkər alarkən nələrə diqqət etməli?

Əksər sürücülər təkər alarkən onun hansı şəraitdə saxlanılmasına fikir vermir. Əslində isə burada diqqət ediləsi bəzi məqamlar var.

Hazırda bazarda təkərlər həm açıq, həmdə bağlı şəraitdə satılır. Ustaların dediyinə görə, açıq şəraitdə saxlanılan təkərlərin bağlılarla müqayisədə bir sıra mənfi xüsusiyyətləri var.

Təkər bazarında çəkiliş apararkən də məlum oldu ki, satıcılar bu tələblərə əməl etmir. Yəni təkərlər açıq şəkildə satılır. Satıcılar deyirlər ki, xaricdən təkər alarkən ona üzlük vurdurmaq üçün əlavə bir dollar tələb olunur ki, bunda da əksər alıcı maraqlı deyil.

Usta, Sahil Ağabəyli deyir ki, təkərlər mütləq bağlı şəraitdə saxlanılmalıdır. Əks halda onların ömrüz göstəriləndən az olur. Ustanın sözlərinə görə, açıq şəraitdə deformasiyaya uğramış şinlərin avtomobilə taxılmsı hətta qəzaya da səbəb ola bilər.

milli.az 
Davamı →

Hansı hallarda evakuator avtomobilləri apara bilər?

Azərbaycanda qanunla müəyyən edilmiş hallarda Yol-patrul xidməti (YPX) inspektoru tərəfindən evakuatorun (təxliyyə avtomobili) tətbiqinə dair yeni qayda müəyyənləşdirilib.

Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb.

YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) aşağıdakı qaydada tətbiq edilir:
Davamı →