Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

Tarixdə ilk Betmobil


«Heritage Auction» şirkəti dekabrın 6-da hərracda Betmen barədə komikslər əsasında hazırlanmış ilk Betmobili təqdim edəcək.

Orijinal və tarixdə ilk Betmobil 1956-cı ildə Forrest Robinson tərəfindən hazırlanıb. O, avtomobili hazırlayarkən 40-cı illərdə çıxan Betmen barədə komikslərdən ilhamlanıb. 2008-ci ildə bu maşını bərpa etməyə başladılar və onun indiki start qiyməti 90 min dollardır.


Ardı →

Dəbdəbəli Porsche Cayenne


CT Exclusive emalatxanası Porsche Cayenne yolsuzluq avtomobilini unikal eksteryerlə təmin edib. Alman tüninq ustaları modeli ekstravakant asma unikal təkər disklər və başqa xarici aksessuarlarla tamamlayıblar. İkinci nəsil Porsche Cayenne sahiblərinə əsas texniki hissələrin yüngül tamamlanması da təklif ediləcək.
Ardı →

MINI Cooper arzuların avtomobilini yaradıb


MINI avtomobillərinin istehsalçısı Touring Superleggera şirkəti ilə birlikdə yaradılmış yeni konseptini təqdim edib.

Nəticədə dizaynında retrofuturistik avtomobillərin motivlərinin olduğu ikiyerli rodster alınıb. Bu avtomobil italyan vurğusu olan Britaniya avtomobilinin incəliyini daşıyır. Avtomobilin hazırlanmasında yüksək keyfiyyətli dəridən, qara xromdan və alüminiumdan istifadə edilib.


Ardı →

Bugatti Veyron Grand Sport Vitesse «Ettore»


Fransız şirkəti Bugatti «Bugatti əfsanələri» seriyasında sonuncu modelin yaradıldığını elan edib. Yekun akkord brendin yaradıcısı olan Ettore Buqattinin şərəfinə adlandırılan maşındır. Mütəxəssislər Bugatti Veyron Grand Sport Vitesse «Ettore» modelinə olduqca ciddi yanaşıblar. Ümumi olaraq, avtomobildən 3 ədəd hazırlanıb və dəyəri 2,35 milyon avrodur. Model digər maşınlarla bir sırada bu il Pebbl-Biçdə eleqantlıq Müsabiqəsində təqdim olunacaq.
Ardı →

Ən çox sevilən avtomobillər

Ən çox sevilən avtomobillər hansılardırƏn çox beyənilən avtomobillərin yeni siyahısı açıqlanıb. Amerika Müştəri Məmnuniyyəti İndeksinin (American Customer Satisfaction Index — ACSI) avtomobil markaları ilə bağlı araşdırma aparıb. Araşdırmada yerli və xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyətinin 1,2 faizlik eniş göstərərək 82 faizlə gerilədiyi məlum olub. Ötən illə müqayisədə 21 avtomobil markasının 80 faizindən razı olmayanların sayının artdığı ortaya çıxıb. Acura 7 faizlik enişlə siyahıda sonuncu yeri, Cadillac isə 6 faizlik enişlə sondan beşinci yeri tutub.

Araşdırmada avtomobil markalarından yalnız Chevrolet və Buickin müştəri məmnuniyyətinin artdığı vurğulanıb. ACSI avtomobil hesabatını, təsadüfi seçilən 4 min 360 müştəri arasında keçirdiyi sorğu əsasında hesablayıb.

Araşdırmaya görə, Acura, Dodge, Jeep, Audi, Cadillac və Mazda ən sevilməyən avtomobillərdir.

Mütəxəssislər, insanların bu məmnuniyyətsizliyinin səbəbini avtomobil şirkətlərinin müştərilərinə avtomobil almağın üstünlüklərini təqdim edə bilməməsində görür.

Müştəri məmnuniyyətində 2 faizlik bir eniş yaşasa da, ən sevilən avtomobil markaları siyahısının zirvəsində Mersedes-Benz, ikinci sırada Subaru, üçüncü Lexus, dördüncü Volkswagen, beşinci sırada isə Buick qərarlaşıb.

Mercedes-Benzin liderliyinin çaşdırıcı olmadığı, lüks avtomobil markasının təqdim etdiyi keyfiyyət və xidmət səbəbləri ilə  siyahının başında olduğu  bildirilir.

 

Avtomobil həvəskarlarının diqqətinə:
Changan ehtiyat hissələrinə sahib olmaq üçün rəsmi mərkəzə müraciət edə bilərsiniz.


Davamı →

Cəmi 7 ədəd istehsal edilən avtomobil

                      

Birləşmiş ərəb Əmirliyində dünyanın ən bahalı və sürətli maşınlarından biri nümayiş etdirilib.

3,4 milyon qiyməti olan “Lykan HyperSport”  2,8 saniyəyə 100 km sürət yığır.

“Canavar” adlandırılan avtomobil dünyanın ən sürətli maşını adına layiq görülüb.

Maşın 3.7 litrlik mühərrikə sahibdir. Super avtomobilin görüntüsü də texniki göstəriciləri qədər maraq doğurur.

Avtomobilin uzunluğu 4.480 mm, eni isə 1.944 mm-dir.





Avtomobil həvəskarlarının diqqətinə:

Azərbaycanda yeganə rəsmi Changan servisi peşəkar komandası ilə hər zaman xidmətinizdədir!

 

 

Davamı →

Avtomobil Emblemləri

Emblem Audi – dörd metal halqa. Emblem dörd qurucu şirkətin birliyini simvolizə edir: Audi, DKW, Horch və Wanderer. 1932-ci ildə dördlük Auto Union adı altında birləşdi.

 Avtomobil şirkəti öz yaradıcısının şərəfinə Avgust Horch adlandı. Horch alman dilində “dinlə” deməkdir, latın dilinə tərcümədə isə “audi". Bir sözlə, avtomobil adını latın dilindən götürmüşdür.
 

Emblem BMW – Emblem öz formasının təməlini Bavariya bayrağından götürmüşdür. Bayerische Motoren Werke AG — Bavarian Motor Works sözünün qısaldılmış mənasıdır.
 

 Emblem Infiniti  — əvvəllər avtomobilin logosuna yol və ya sonsuzluq işarəsinin (∞) qoyulması fikri var idi. Markanın tərcüməsi sonsuzluq deməkdir. Daha sonra işarəni indiki logo ilə əvəz etdilər. 
 

 Emblem Mazda – üzərində qanadlı M hərfi qeyd edilib. Firmanın adını zərdüştlük tanrısı olan Ahura-Mazdanın adından götürmüşlər. Bundan əlavə firmanın yaradıcısının soyadı da Tsudziro Mazudadır (1875–1952). Mazdanın hazırkı emblemi  “bayquş”dur, hansı ki emblemdə onun qanadları təsvir olunmuşdur.
 

 Emblem Chevrolet  — Lui Şevrole 1908-cı ildə ilham almaq üçün Parisdə ən bahalı otağa yerləşir. İnanmayacaqsız amma onun həyat yoldaşı olmasaydı, avtomobil bu emblemlə dünyaya səs salmazdı. Həyat yoldaşı plyusa oxşar işarəyə təsadüfən qəzet reklamında rast gəlmişdi.
 

 Emblem Alfa-Romeo – logotipin müəllifi Romano Cattaneodur. O, ağ fon üzərində qırmızı xaç yerləşdirmişdir, hansı ki, Milanın bayrağında da var. Emblemin kənarında isə qıvrılmış ilan təsvir olunub.
 

 Emblem Chery – emblemdə CAC  (Chery Automobile Corporation) hərfləri təsvir edilib. A hərfi hər iki tərəfdən C hərfi ilə əhatə olunub. Emblem həm də insan əlini xatırladır, bu da güc və birliyi bildirir. Chery özündə iki sözü birləşdirir: çincə chery “inkişaf”, “cheery” ingiliscədən tərcümədə isə “qazanmaq arzusu” deməkdir.  
 
Həmçinin bax:Beynəlxalq avtomobil lüğəti

Mənbə: azens.az

 

Avtomobil həvəskarlarının diqqətinə:
Bəyəndiyiniz Changan modelinə endirimli şərtlər ilə sahib olun.


Davamı →

Range Rover Evoque RS250

Britaniyanın A. Kahn design tüninq şirkəti Range Rover Evoque RS Sport üçün yeni paketini təqdim edib. Şıq krossover xüsusi işlənib hazırlanmış aksessuar paketi hesabına daha unikal görünüş əldə etsə də Range Rover premial ailəsinə məxsus tanış cizgiləri itirməyib. Tamamlama işləri eksteryer və interyerin dizaynlarını dəyişdirib və ayrı-ayrı texniki detallara da toxunub.

Range Rover Evoque RS250 – avtomobili tüninqdən sonra məhz belə adlandırılıb – standart avtomobillərdən müsbət istiqamətdə fərqlənir.


Ardı →

Audi R8 LMX


Audi R8 LMX dünyada lazer faraları ilə təchiz edilən ilk seriya avtomobilidir. Saatda 60 km sürət zamanı aktivləşən fənərlər avtomobilin qarşısındakı ərazinin görünməsini və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır.
Ardı →