Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

"BMW" markası

«Sürməkdən həzz al»
BMW loqosuAvtomil həvəskarlarının üstünlük verdikləri məşhur markalardan biri də BMW-dir. Şirkətin «Sürməkdən həzz al» («Freude am Fahren») şüarının doğruluğunu BMW avtomobillərinin sükanı arxasında əyləşmiş hər kəs asanlıqla anlaya bilər. Görəsən, istehsal etdikləri maşınları böyük həzz alaraq sürdüyümüz BMW şirkətinin yaranma ideyası kimə məxsusdur? Bəlkə də çoxları bu şirkətin əvvəllər maşın deyil, təyyarə mühərriklərinin istehsalı üzrə ixtisaslaşdığından xəbərsizdirlər. Bəs, bir sıra məşhur idmançıların dünya rekordlarına məhz BMW markalı motosikletlərdə imza atmaları barədə necə, məlumatınız varmı? Bu mövzuya müraciət etməkdə məqsədimiz belə maraqlı məqamlara aydınlıq gətirməkdir.


Ardı →

Honda

Honda 1906-cı il təvəllüdlü yapon mühəndisi, ixtiraçısı və avtomobil yarışçısı Soixiro Honda (Soichiro Honda) tərəfindən 1946-cı ildə yaradılmış şirkətdir. Kompaniya 60 ildən artıq tarixi ərzində cəsarətli, fantaziyalı və qeyri-standart təfəkkür və davranış tərzi sayəsində özünün hazırkı formasına çatmışdır.
Yoxsul ailədə doğulmuş Honda orta məktəbi bitirmədən 16 yaşında Tokio avtomobil təmiri emalatxanasına usta şagirdi kimi daxil oldu.
Avtomobil idmanına erkən bağlılıq onun atasının peşəsi ilə əlaqədar idi, belə ki, atası velosipedlərin təmiri ilə məşğul olan dəmirçi idi və texniki problemlərin həlli üzrə peşə vərdişlərini oğluna aşılamışdı.
1928-ci ildə o, kifayət qədər pul toplayaraq, Hamamatsu əyalətindəki doğma şəhərinə qayıtdı və orada ilk təmir emalatxanası açdı. Elə həmin il o, sonralar alacağı yüzlərlə patentlərdən birincisini aldı. Bu patent ona təkərdə taxta milləri metal millərlə əvəz etmək ideyasına görə verildi.
Ardı →

İlk avtomobillər

Özü hərəkət edən nəqliyyat vasitəsi hazırlamaq arzusu çoxdan bəri insanların beyninə hakim kəsilmişdi. Artıq orta əsrlərdə içərisində gizlədilən şəxslər tərəfindən idarə olunan nəqliyyat vasitələri peyda oldu. 1490-cı ildə Leonardo da Vinçi əllə idarə olunan araba düzəltdi. 1769-cu ildə Ceyms Uatt ilk buxar maşınını hazırladı. Uattın bu ixtirasından asılı olmadan fransız Kinyonun buxar avtomobilləri (1769-1770), Trevitikin poçt karetası (1801), Hankokun buxarla işləyən minik avtomobili (1822), habelə fransız buxar omnibusu (1873) peyda oldu. Beləliklə, özü hərəkət edən nəqliyyat vasitələri üçün buxarın kifayət qədər münasib hərəkətverici qüvvə olması faktı hamı tərəfindən qəbul edildi.
Eyni zamanda, özü hərəkət edən nəqliyyat vasitələrinin düzəldilməsi üçün digər istiqamətdə də işlər davam edirdi.
Ardı →

Qış şinləri

Qışda yollarda avtomobillərin sürüşməsinin az bir qismi sürücülərin qeyri-peşəkarlığından baş verirsə, bunun böyük hissəsi avtomobillərin qışa düzgün hazırlanmamağından yaranır. Avtomobildə təhlükəsizliyi qorumaq üçün fəsil dəyişikliyinə ciddi fikir vermək lazımdır. Bu, xüsusilə qış dövrü üçün daha çox önəmlidir. Qışda – qarlı-buzlu yollarda avtomobillə hərəkət zamanı təhlükəsizliyi qorumaq üçün avtomobilin şinləri xüsusi əhəmiyyət kəsb edir. Bəlkə də bir çoxunuz bu fakta heç fikir də verməmisiniz, amma şinlər qarlı-buzlu, yaş və quru yollar üçün istehsal olunur.
Azərbaycanda isə yolların vəziyyətinə görə qışda şinləri dəyişdirən çox az sürücü tapmaq olar. Ölkədə qış şinlərindən istifadə olunmamasının səbəbi  yalnız sürücülərin öz həyatlarına biganə olması və ya özlərini xərcə salmaq istəməmələri ilə izah oluna bilməz.
Davamı →

Dizel mühərriki yoxsa benzin?

Avtomobilin potensial alıcısı özünə sual verir: hansı avtomobili alım? Benzin mühərrikli, yoxsa dizel mühərrikli? Bu suala birmənalı cavab vermək mümkün deyil.
Düzgün qərarın hansı amillərdən asılı olduğunu nəzərdən keçirməyə çalışaq. Əgər avtomobil dizel mühərriki ilə təchiz edilibsə, istismar prosesində yanacağın daha az sərf edilməsi sayəsində vəsaitlərinizə qənaət olunacaqdır. Bu nə ilə izah edilir? Dizel mühərrikində sıxılma dərəcəsi 20-22 vahid arasındadır, benzin mühərrikli avtomobillərdə isə bu göstərici 9-10 arasındadır ki, bu da birincilərin qənaətcilliyini təmin edir.
Bundan başqa, dizel mühərrikinin işlətdiyi qatışığın tənzimlənməsi əsasən keyfiyyətli olur, yəni dirsəkli valın fırlanma tezliyindən və silindrlərə düşən yükdən asılı olmayaraq, demək olar ki, verilən havanın miqdarı eyni olur, istifadə olunan yanacağın miqdarı isə iş yükü artdıqca çoxalır.
Lakin hətta mühərrik tam gücü ilə işləsə belə, ötürülən yanacağın kütləsi eyni həcmli benzin mühərrikindən 1,5 — 1,7 dəfə azdır.
Ardı →

Şkoda

1895-ci ildə milad bayramı ərəfəsində Slavia velosipedlərinin istehsalı və təmiri üzrə kiçik bir müəssisə yaradıldı. Onun sahibləri – 30 yaşlı Vatslav Laurin (Václav Laurin) və 27 yaşlı Vatslav Klement (Václav Klement), yəqin ki, axıra qədər bu aqreqatları hazırlamaqda davam edəcəkdilər, amma dahiyanə bir ideya, yəni velosipedin ramasına birsilindrli mühərrik quraşdırmaq ideyası hər şeyi dəyişdi.
Bu, tərəqqiyə doğru kiçik, amma əhəmiyyətli addım idi. 1898-ci ilin sonunda Laurin&Klement markası altında motosiklet istehsal olundu. Bu, gündəlik istismar üçün kifayət qədər etibarlı olan ilk motosiklet idi. “Allgemeine Automobil Zaitung” qəzeti yazırdı: “Fransız konstruktorları Verner qardaşlarının xidmətlərini kiçiltməmək şərti ilə, Çexiya Krallığında Laurin&Klement firmasını ikitəkərli mühərrikli nəqliyyat vasitəsinin yaradıcısı kimi tam əsasla fərqləndirmək olar. Birincilər sadə velosipeddə hər hansı dəyişiklik etmədən ona mühərrik quraşdırdıqları halda, Laurin&Klement tamamilə başqa üsuldan istifadə etdi.
Ardı →

Yeni Passat 2015 olmadan gelir!

VW iyul ayında rəsmi təqdimatı keçiriləcək Yeni Passat ilə əlaqədar ilk detalları açıqladı. Son mərhələyə gələn şəkillər araşdırıldığında Yeni Passatın mövcud modelə görə daha dinamik və kəskin xətlərə sahib olacağını söyləmək olar. Firma tərəfindən paylaşılan digər önəmli məqam isə sələfinə görə yeni modeldə uzunluqda artım deyil, azalma olmasıdır. Lakin bu qısalma interyerdə əks olunmamışdır və əksinə mövcud modelə görə Yeni Passat daha yaxşı baş və diz məsafəsi təqdim edəcək. Eyni zamanda yanacaq sərfini və istehlak dəyərini aşağı salmaq məqsədi ilə Yeni Passat əvvəlki modelə görə 85 kq daha yüngül olacaqdır. Texniki olaraq ən vacib əlavələrdən biri 2 litrlik cüt turbo bəsləməli yeni bir mühərrik Passat ilə təqdim ediləcək. Yen mühərrik 240 at gücünə sahib olacaq və 7 irəli DSG və 4 Motion ilə təqdim ediləcək. Gələn ilin payız aylarında satışa çıxarılacaq modelin ölkəmizə gəliş tarixi hələki dəqiq deyil.


Ardı →

Avtomobilin yaranma tarixi

Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir.
Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.
İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cuildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı.
Davamı →

Məşhurlar və maşınları

 Dünyanı ən məşhur futbol ulduzlarının maşına marağını hər kəs bilir. Bəs ən bahalı maşın kimindir bilirsiniz? Buda dünyanın ən bahalı maşınlara sahib oyunçularının onluğu.                                                                                       10. Nani — Lamborghini — 161.000 euro 
Ardı →

"Mercedes-Benz" tarixi

Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır. O, 1926-cı ildə yaradılıb. Hazırda Daimler AG konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir.
1900-cü ildə Qotlib Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybax davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybax bütünlüklə öz üzərinə götürdü. O, 1900-cü ildə yeni avtomobil hazırlamağa başladı. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Birinci nüsxə iki yerlik yürüş avtomobili şəklində hazırlandı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı.
Təkmilləşdirilmiş konstruksiyalı bu avtomobildə Elinek 1899-cu ilin mart ayında keçirilmiş növbəti yürüşlərdə qələbə qazanaraq Daimler şirkətinin və Mercedes adını şöhrətləndirdi. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. İlk Mercedes isə daha təkmil model olan Mercedes Simplex avtomobilinin yaradılması üçün baza rolunu oynadı. Bu model Mercedes markasına aid olan daha güclü və komfortlu avtomobillər əsrinin başlanğıcını qoydu.
Ardı →