Nə üçün?

Çətirlərin əksəriyyeti nə üçün qara olur?

Çətirdən istifadə eləməyin kökləri 3400 il əvvəlinə, Mesopatomiya dayanmasına baxmayaraq Avropada çətirlərin genis olaraq istifadəsinə 1700 illərdə başlanılmısdir. Bu illərdə çətirləri yunlu parcalardan üstü bir növ yağ ilə yağlanırdı. Bu yağ parçada su keçirməz bir xüsusiyyət qazandırırdı və qara rəng verirdi Qara rəng çətir kişilər tərəfindən də mənimsənilmişdir. Və günəş üçün olan ağ çətirlər qadınlarin, yağış üçün olan qara çətirlər isə kişilərin ən sevimli aksesuarlarina cevrildi.

Gəlinliklərin rəngi nə üçün ağdır?

Ağ gəlinlik adətinin yayılmasi 16. yuzillikdə olmuşdur. Bu illər kral ailələrinin gəlinlərinin gümüş rəngdə gəlinlik geyinmələri adət idi. Kraliça Viktorya bunu rədd etdi və ağ gəlinlik geymək fikrini irəli sürdü. Bundan sonra İngilis ve Fransız yazıçıları, ağ rəngin məsumluğun rəmzidir mövzusunu islətməyə başladı. O dövrlərdə əxlaqına görə təmizlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik geyinilməsi adətə çevrildi. Evllənən zaman ağ geyinmək gənc qızın məsum olduğunu hamıya elan etmek mənasına da gəlirdi. Gəlinliklə əlaqəli insanların inandığı bəzi fikirlər də var idi. Bunlara görə gəlin paltarını özü tikməli idi, bəyin toydan əvvəl gəlini paltarla görməsi, gəlinin paltarı toydan əvvəl geyinməsi uğursuzluq sayılırdı..

 

Kişilər əvvəllər necə üz qırxırdılar?

Arxeoloqlara görə kişilər qədimdən də üzlərini qırxırdılar. Mağara divarlarındakı bu dövürlərdən qalma şəkillərdə köpəkbalığı dişlərindən, ən çox da kəskinləşdirilmiş çaxmaqdaşlarından saqqal qırxmaq üçün istifadə edildiyini göstərir. Misirdə açılan qəbirlərdeə qədim Misirlilərin 4 yuzillikdə saqqal kəsmək üçün istifadə etdikləri qızıl və bürünc alətlər tapılmişdi.14  yüzilliklərdə kəsici alətlər ortaya çixmağa başladı, amma kişilərin ağrılı və qanlı üsulu 20-ci  yüzulliklərə qədər davam etdi. King Camp Gillette (jilet) ABŞda 1901-ci ildə ilk iki tərəfli ülgücü kəşf etdi. Daha sonra köhnə bir qılınc emal edən firma olan Wilkinson firması da ülgüc emalına keçdi və bu iki marka günümüzə qədər ən böyük markalardır.

 

Nə üçün əsgər paltarları xaki rəngdədir?

Formalardakı, xaki rəng ilk dəfə Ingilislər tərəfindən 1850-ci illərdə Hindistanda istifadə olunmağa başladı. Ingilis ordusunda Hary Lumsden İngilis əsgərlərinin ağ forma ilə asand hədəf olduqlarını fikirləşincə, paltarların üstünə toz, palçıq surtərək və çay ilə boyayaraq rənglərini kölgəli qəhvə rənginə çevirmişdilər və paltarların rəngini əraziyə uyğunlasdırmağa calışdirmişdılar. Torpaq rənginə bənzəyən bu formalar Hind dilində torpaq rəngi mənasına gələn 'Khaki' adı verilmiş ve tərcümədə "Xaki" olaraq bilinir.

 

Kişilər nə üçün qalstuk taxırlar?

1660-ci ildə Osmanlılar Avstriya ordusuna məğlub oldugu zaman Avstriya- Macaristan İmparatorluğu sərhədləri içində olan Xirvatistandan (Croatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlər bogazlarına rəngli dəsmallar taxmışdılar. Bu dəsmallar Romalılar dövründə səs tellərini isti saxlamaq üçün soyuqdan qorumaq üçün taxılan dəsmallara oxşayırdı. Kral çox bəyəndi və özü də krallıq qalstuqları taxan bir ordu qurdu. Qalstuk sözu Xirvat mənasındakı 'Croat' dan əmələ gəlib. Çox keçmədi bu moda İngiltərəyə sıçradı. Qalstuk o vaxtlar o qədər yüksək bağlanırdı ki, insanlar bədənlərini döndərmədən ətrafa baxa bilmirdilər, amma heç olmazsa qılınc zərbələrinə qarşı boynu qoruyurdu. Qalstuk müxtəlif formalarda yüzillərlə yerini qorudu, Yüzdən artiq növdə bağlandı. 1960-ci il gəncliyin qaydalara baş qaldırması ilə bir az gözdən düşdü. Amma 1970-ci illərdə başlayaraq populyarlığı yenə artdı.

0 şərh