Ən gözəl əxlaq-peyğəmbərimizin xüsusiyyətləri

İmam Hüseyn (ə.s) rəvayət edir ki, atamdan Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) oturub, durduğu kimsələrə qarşı necə davrandığına dair sual verdim.  O : "..Peyğəmbər ( sallALLAHu aleyhi və səlləm ) daima gülərüzlü idi. Yumşaq və başqalarına qarşı sərt davranmayan birisi idi. Sərt, bağırıb qışqıran bir kimsə olmadığı kimi, nə tənə edər, nə də üzə vurardı.

Ondan bir şey ümid edən kimsəni ümidsiz qoymazdı, gözləməyini boşa çıxarmazdı.
Öz nəfsi üçün üç şeyi tərk etmişdi :
Riyakarlığı, çox istəməyi və onu maraqlandırmayan şeyləri.
İnsanlar haqqında da üç şeyi tərk etmişdi :
Kimsəni pisləməz, kimsəni ayıblamaz və qüsurunu araşdırmazdı.
Savab əldə etməyi ümid etmədiyi heç bir şeydən danışmazdı.

O, danışdığı zaman onunla birlikdə oturanlar sanki başlarının üzərində quş varmış kimi hərəkətsiz durar, başlarını aşağı salardılar. O, susduğu zaman onlar danışardılar. Onun yanında biri digərinin sözünü kəsməzdi. Yanında danışanın sözlərini bitirənə qədər dinləyərdi. İki nəfər danışmağa başlasaydı hər ikisini də dinləyərdi. Güldükləri şeylərə o da gülər, heyrat etdikləri şeyə o da heyrət edərdi. O, bir ehtiyac sahibinin bir şeyi istədiyini görcək olurdusa siz də ona kömək edin - deyərdi. Kimsənin sözünü həddi aşmadıqca kəsməzdi, əgər həddi aşardısa sözünü kəsməsini söyləyər, ya da durub getməklə sözünü kəsərdi.."


İmam Həsən (ə.s) rəvayət edir ki, Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) sifətlərini bilən dayım Hind b. Əbi Halədən Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) danışdığı zaman necə danışardı..? - mənə başa salsın deyə ondan xahiş etdim.
O : "..Çox zaman sükut edərdi... Susması danışmasından daha çox idi... Sözünün başlanğıcında və sonunda ALLAHın ismini zikr edərdi. Az sözlərlə geniş mənaları ifadə edərək danışardı. Sözlərində məqsəddən başqa nöqsan bir söz tapmazdın. Heç kimsəyə əziyyət verməz və kimsəni təhqir etməzdi. Hər nə qədər ləzzətsiz olurdusa da neməti verənə hörmət və təzim üçün o nemətə hörmət göstərirdi, əsla pisləməzdi. Yeyilən və içilən ləzzətsiz olduğu üçün pisləməz və yaxşı olduğu üçün də tərifləməzdi. Hamısına həmd və şükr edərdi. Dünya və dünyanın mülkü onu sıxmazdı.. Danışdığı zaman danışması əl hərəkətləri ilə bərabər idi..
Təbəssüm edərdi. Təbəssüm etdikdə də inci kimi dişləri görünürdü.."
Özünə qarşı tərifdə həddi aşanları sevməzdi.
"..Həqiqətən də, sən böyük əxlaq sahibisən..!.."
( Qələm, 4 )
Göründüyü kimi Peyğəmbərimiz böyük əxlaq sahibi olub..
O bizə əvəzsiz nümunədir, O bizim üçün ən gözəl sələfdir..
Necə ki, son nəfəslərində qızı Hz. Fatiməyə (ə.s) buyurdu :
"..Mən sənin üçün nə gözəl sələfəm.."
(Səhih Muslim, 2450)

islam hədisləri

Həmçinin bax: Məhəmməd peyğəmbər

 

0 şərh