Halal və haram

 Bir gənc oğlan Kabədə hər dua edərkən bunları deyirdi: «Ey doğruların yardımçısı olan ALLAHım, Ey haramdan çəkilənlərin yardımçısı olan ALLAHım, sənə hər zaman və yalnız sənə həmd edərəm»
Bu hər kəsin diqqətini çəkər və biri oğlandan soruşur:
 - "Niyə hər zaman eyni dua edirsən, başqa bir şey bilmirsən?"
O da deyir:
 - Yeddi-səkkiz il bundan qabaq yenə Kəbədə idim.Bir gün içi qızıl ilə dolu torba tapdım. İçində düz min qızıl var idi. İçimdən bir səs gəldi:
"Bu qızıllarla, bunları edərsən- deyirdi, -Xeyr,- dedim, -özüm özümə,- Bu mənim deyil, başqasının malı, haram olur. Birdən biri dedi: - Belə bir torba tapan varmı qışqırırdı, çağırdım onu:
 - Necə torba idi? İçində nə var idi? deyə soruşdum. Dedi torbanın içində min qızıl var idi
 - Torban burda deyərək torbanı verdim. Adam torbanı açıb mənə otuz qızıl verdi.
Bazara getdim. Təmiz üzlü gənc bir yesiri satırdılar. Gəncin təmizliyi mənim diqqətimi çəkdi. Yanlarına getdim,

 - Bu gənci neçəyə satırsız?dedim. Otuz qızıla dedilər. Adamdan aldığım qızılı verib gənci satın aldım. Bir iki il geçdi, gənc oğlan çox çalışqan idi. Onu aldığıma çox şad idim. Bir gün onunla gedərkən qarşıdan iki üç kişi gəlirdi..Gənc oğlan mənə dedi ki:
 - Ağam mən Fas əmirinin oğluyam, bu adamlar mənim atamın adamlarıdır. Məni tapdılar. Sizdən məni satmanızı istəsələr otuz min qızıldan aşağı satmayın, siz çox gözəl insansınız dedi. Kişilər yanıma gəldi:
 - Bu gənci bizə satarmısınız?dedilər. Sataram dedim. Altmış qızıl verərik dedilər. Məndə olmaz dedim.
 - Sən özün bunu bazardan otuz qızıla aldın, biz sənə iki qat veririk dedilər.
 - Elədirsə onda gedin bazardan alın dedim. Artdıra artdıra otuz min qızıla aldılar. Mən o otuz minlə iş yerləri açdım, ticarət elədim, varlandım.Bir gün dostlarım mənə:
 - Varlı bir ailənin gözəl bir qızı var. Atası bu yaxınlarda vefat edib. Onunla səni evləndirək,- dedilər. Məndə :
 - Olur - dedim. Nigahımız oldu. Dəvə yükləri cehizini gətirdilər. Cehizin arasında bir torba diqqətimi çəkdi. Qıza:" Bu nədir?"- dedim.
- İçində 970 qızıl var. Atam Kabədə itirmişdi, otuzunu tapana verdi, qalanını mənə hədiyyə verdi, cehizinə qoyarsan dedi.
Deməli tapdığım qızıllar mənim qismətim imiş. Verməsəydim haram yolla gələcəkdi. Verdim halal yolla özümə qayıtdı. Mənə yardım edib haramlardan qoruyan, Rəbbimə həmd edirəm!

 

0 şərh