Saytda "haqsız minuslar" haqqında

Saytda həddən artıq ədalətsiz "-" lar, bu yazını yazmağa sövq etdi məni. Açığı boş vaxtlarımda, istirahət üçün bu sayta müraciət edirəm. Necə deyərlər "müasir gənclər qəzet oxumur, bloq oxuyur"- desəm yanılmaram. Ancaq demək istədiyim bu deyil. Açacağım mövzu oxuduğum yazılar və onların şərhlərinə verilən "ədalətsiz minuslar"dır.
Məsələn: "Fəvvarələr bağı haqqında" adlı yazı. Burada tenqo nə günah sahibidir ki, fəvvarələr bağındakı zontikli qız heykəli haqqında "...Bəlkə də elə ona görə qoyublar. Onsuz da həmin yerə gedəndə çox vaxt o cür geyimli qızlarla rastlaşıram. Həmin parkın ümumi görünüşünə uyğun düzəldiblər elə " şərhinə görə onu -1 ilə "minuslayıblar"? . İndi deyəcəksiniz ki: " Nə olsun biri onunla razılaşmır verib də minus!" . Yaxşı mən razı. Onda həmin məqalədə digər şərhə nəzər salaq.  Westsider: "Zontikli prostitutka ilə şəkil çəkdirmək istəyirəm, ona 20 manat uzadan zaman)))". Çox maraqlı şərhdir , elə deyilmi? Bilirsinizmi bu şərhə neçə səs veriblər? +3. Nəyə görə? Şit şərhinə görə?
Keçək digər yazıya. " Onsuz da qoyun olacaqsan" adlı Ramzesin yazısına. Burada İdeal və Ramzes müəllimin müdrik olub - olmaması məsələsi üstündə mübahisə edir. Qeyd edim ki, olduqca səviyyəli bir şəkildə. Bir - birinin fikrinə hörmətlə yanaşırlar. Oxuduqca adamın ürəyi açılır. Axır ki, sağlam mübahisə ilə rastlaşdım - deyə düşündüm. Amma diqqətimi çəkən məqam təkcə bu olmadı.
Ideal : "  Elə müəllimə müdrik demək olar? Qız hər halda azyaşlı olduğu üçün  onun özünü aparması müəllimdən tərbbiyə aldığı nümunədən və onun bilavasitə yaratdığı şəraitdən asılıdı. Əslində bu yaşda qız üçün keçmək olar. Bəs müəllim üçün necə? " . Bu fikrə -2 qiyməti veriblər. Niyə ? Nə var burda? Əslində özünü bayağı aparan tələbəyə, xüsusən də qız uşağına auditoriyada tələbə yoldaşları içərisində müəllimin " Tələsmə, quzu, onsuzda qoyun olacaqsan" deməsi nə dərəcədə doğrudur? Müəllim birbaşa qızı təhqir edir və mətnaltı müəllimə yaraşmayan tərzdə açıq-saçıqlığa yol verir. Yəni məni anladınız nə demək istədim. 
Belə misallar çoxdur, təbii ki. Mən bir neçəsindən fikrimi çatdırmaq üçün istifadə etdim .  
Mikrobloqlarda da vəziyyət belədir. Hətta bu yaxınlarda istifadəçilərdən biri haqq səsini ucaldıb. Səhv etmirəmsə Cavid adlı nik : "Mənə haqsız olaraq "-" verən hər bir istifadəçi qanun qarşısında cavab verəcək)) " - deyə. Deməli mən tək belə düşünmürəm ki, haqsız minus verirlər.
Nə isə... bu mənim subyektiv fikirlərimdi. Razılaşmaya da bilərsiniz. Minuslar insanı həvəsdən salır, yoxsa inanın, bu yazını yazmazdım. Allah amanında.

 

57 şərh

Cavid
Əvvəlcə bayraminizi təbrik edirəm və sizə çoxlu uğurlar arzulayıram. Toxunduğunuz mövzu çox aktualdır, yazdıqlarınızın çoxu ilə razıyam. Qeyd olunduğu kimi elə mən də bu barədə yazmışdım mikrobloqda). Ancaq sizi inandırım ki, kayzen istifadəçilərinin mehribanl olmaları və intelektual seviyyəsi belə bir problemin aradan qaldırılmasına kömək edəcək, fikirlərin və yanaşmanın fərqli olması bu problemi yaradır əslində. Məsələn bugun elavə olunan Janna Friske-dir kimdir ona mən minus vermişəm ancaq eləsi var + verib, indi kimi qınayasan o elə deyir mən belə, gəl indi işin içindən çıxda :)
ayxansevda
BELƏ fiir ayrılığına sözüm yoxdur, amma hərdən bəzi minuslar var adamı yandırır, başqasını həvəsdən salır. biri yadımda deyil yazmışdı ki, «uşağın valıdeynə mehriban baxması ibadətdi» hamı ona -3 idi yoxsa -5 idi yadımda deyil. bu ki ağdır. əslində bu kəlamda böyük hikmət var. yəni elə valideyn olmaq lazımdı ki, uşağın xoşbəxt olsun və sənə məhəbbətlə baxsın. bu ibadətə bərabərdir. burda minus qoymağın yeri varmı. gözünü yumub minuslamaqdan danışıram, yoxsa fikir ayrılığı təbiidir.
2ral
Haqqsız əvəzinə haqsız. Katdan (səhifə böləni) istifadə etməmisiniz. Fəvvarələr bağı və s. mövzulara keçid qoysaydınız tez keçib həmin mövuya baxmaq daha yaxşı olardı. Ona görə də topikinizə -1
ayxansevda

keçid qoymağı bacarmıram. bilməmək eyib deyil. haqq sözü isə mexaniki səhvdir, yorğunluqdan. kimdə olmur ki

Türkəl
AyxanSevda, sizin mikrotopiklərinizə mən özüm minus vermişəm, həddən artıq tez-tez yenilədiyinizə görə. Bir dəqiqənin içində 4-5 mikrotopik yazırsınız, siz bir də Xrizoberil. Başqa istifadəçilərin də yazıları mikroefirdən silinir. Bu da haqsızlıqdır, deyilmi?
Bayramınız mübarək və gələcək yazılarınızda uğurlar!
ayxansevda
aydındı, buna minus verməkdənsə şəxsi mesaj yaza bilərdiniz. iradınızı bildirin. biz də bilək. haqsızlığa qarşı haqsızlıqla cavab verməyin.
Türkəl
Başı dik tutmaqla baş ucalma. — mart ayının 1-də yazdığınız bu mikrotopikə yazılan şərhə baxın.
Türkəl
Niyə minusladın şərhimi? Faktları göz qabağına gətirəndə xoşuna gəlmir? Bayaqdan haqq belə gəldi, haqsızlıq belə getdi…
ayxansevda
haqsız minus yandırır? qarşıdakı söz deyəndə onu anlamağa çalışmaq lazımdı, yoxsa üstünə düşüb, bir hərf səhvini gözünə soxmaq  lazım deyil
ayxansevda
mənim nə demək istədiyimi tam mənada cavid başa düşdü. belə isə Allah xatirinə kim nə istəyir etsin, mən dedim, qəbul etmirsiniz bu işə qarışmıram. öz işinizdi. sizin də bayramınız mübarək və gələcəkdə yazılarınızda uğurlar.
Cavid
Come on guys. Men dostluqdan, mehribançılıqdan danışıram siz az qala 3-cü dunya müharibəsini başladacaqsınız.Belədə olmaz axı) Əsas odur ürəklər minuslanmasın)
Yucin
Deyirəm Allah yaxşıdı dəvəyə qanad verməyib. Mən sözümü dedim, əminəm ki, yiyəsi 100% götürəcək.
Bakinets
Hamının haqqı var ki sözünü desin.Xoşuna gəlməyir ki saytda ədalətsiz minuslar gedir və etirazını bildirir.Dəvə sözünün yeri yoxdr,qardaşım.
Mən fikir vermişəm ki məqalələrə plyuslar düz qoyulur,amma kommentlere yox.Şəxsən mənim yazılarımın çoxuna hamı səs verir.
Yucin
Sən sözü niyə özünə götürürsən? Mən yazmışdım yiyəsi götürəcək.
Yucin

Mən türk dilində şer yazmışam, Tural götürüb ona minus verib. Səbəbini soruşuram deyir türk dilindədir ona görə. Halbuki o şeri türk dilində yazmağa mənim səbəblərim var idi. Haqsızlıqdır ya yox? Amma saytın adminstratoru rus dilində istədiyi vaxt mikrobloq yazır, mövzulara rus dilində şərh verir niyə bir iki nəfərdən başqa heç kim buna öz etirazını bildirmir? Çünki əldən gedirik özümüzdən aşağıda olanı əzib, özümüzdən üst olanın götünə girməyə. Altı-üstü bir bloq saytıdır bura, Liviya deyil. İndi söyüş yazdığıma görə mənə minus verəcəklər bilirəm. Amma kovboylar haqqında lətifələr bloqunda Turalın şərhinə + veriblər niyə? Tural bəyəm göydən zəmbilnən düşüb? Türkəl lətifəni tərcümə edib yazıb, lap yaxşı daha niyə ağardırsan. Amma başqası bunu etsəydi Tural 100% əminəm ki öz etirazını bildirəcəkdi. Mən Turalın profilinə minus vermişəm götürüb onu plyus edib. Niyə? Dəvə söhbətinidə ona görə yazmışam ki, nə var, nə var saytda kişinin bir balaca üstünlüyü var, da yerə göyə sığmır. Nə isə mövzunu çox uzatmaq olar. Mənə elə gəllir ki, bu qədər bəsdir. Hər şey aydın olar.
Bakintes bu söhbətin sənə heç bir aidiyyatı yoxdur.

ayxansevda
bura Azərbaycandır qardaşım, bizim Türkiyə ya Misir, sən deyən Liviya olmağımıza hələ əsrlər lazımdı. 37 — də elə qirmayıblar bizi ki, indi onlar kimi cəsarətli olaq. Bir də ki bizdə ağzı qapamaq, dinləmədən susdurmaq genimizdədir elə bir. bir iki istisnalar var deyəsən. onlar da haqqını istəməyə qalxanda çevrilib arxasında heç kimi görmür. tək əldən də səs çıxmaz. Əldən gedirik… söhbəti tam nöqtəsinə düşdü. Təmiz söhbət  
Yucin

Liviya deyəndə mən siyasətə qarışmaq istəməmişəm. 2ralın saytda yaratdığı diktaturanı nəzərdə tuturam. Qəddafi bunun yanında toya getməlidi.

ayxansevda
2rala da çox fikir vermə, birdə gördün qaydalara yenilik gətirdi ki, bəs mənim icazəm olmadan sayta girmək qadağandır. ya da kayzen adı dəyişdirildi 2ral.az oldu. bu yaxınlarda təbiət təsvirlərindən ibarət albom yaratmaq istədim, bismillah eləmişdim ki, pozdu ki, heç bir məna ifadə etmir bu şəkillər, sonra demə ki, minus niyə yazırlar. ondan sonra başa düşdüm ki, bəziləri kimi gərək lüt qız şəkillərindən ibarət albom yaradım, axı onlar «böyük məna» kəsb edirlər.
ağıllı

Bizim millət çox ürəyiyumşaq və mehriban xalqdır. :)

bankir
Qəşəng qırğın gedir:-) Bir az da qızışsa yaxşı olar.
Yucin
Tural, cavabını gözləyirəm.
2ral
Birincisi, türk dilində şeir yazılsa,sabah başqası rus dilində qoyacaq,o birisi gün ingilis dilində qoyacaq.Axırda sayt dönəcək zibilxanaya. Azərbaycan dilində şeir azdır ki türk dilində də qoyulsun?
İkincisi,lətifələr bloqunda yazılmış kommentə senzura ilə ciddi yazıdakı eyni olmamalıdır.Kimsə islama aid yazıda desə ki,Allah yoxdur,onu təbii ki minuslamaq lazımdır.Amma əgər biologiya və həyatın mənşəyi haqqında yazıda kimsə bunu yazsa,onu başa düşmək olar.Eyni şey söyüşlərə də aiddir. Həm də ki lap minuslasınlar məni. Kiminsə əlindən tutmuram ki?
Üçüncüsü, mənim Kayzendə hansı rol oynadığımı bilən bilir,bilməyən də bilməsə yaxşıdır.Əlimdən gələni etmişəm ki,azərbaycanlı gənclərin mədəni-intellektual səviyyəsinin artmasında iş görüm.Heç vaxt da özümdən razı olmamışam. Məndən xahiş edilib ki, sayt üçün müəyyən işləri görməkdə davam edim.Mənim çox gözüm uçmur ki,başqasının zir-zibillə dolu postunu redaktə edim,görünüşüünü yaxşı hala gətirim,başqalarının suallarına cavab verim. Heç vaxt saytda diktatura olmayıb.
Sonrası da ki,lap tutaq saytda müəyyən qrupun diktaturası var.Sonrası? Lap əvvəldən deyilib ki,kimin xoşu gəlmirsə sayta girməsin. Heç kimin əlindən tutub məcbur sayta gətirilməyib. Kayzendə lap əvvəldən qanun olub:
— 1. Nəsə bacarırsansa,fayda verə bilərsənsə,et.2. Edə bilmirsənsə sakit dur.3.Yox,xoşuna gəlmirsə,bye-bye.
ElcinHesenov
nə yekə-yekə danışırsan belə danışıqlar belə yazılar  Kayzençilərə hörmətsizlikdir  niyə görəsən buranın abu havası dəyişir irəli getməkdənsə geri gedirik bizi bu vəziyyətlərə gətirən amillər hansılardır?     2ral    BƏY
MaksiMuS
Kayzende SONUN bawlangicidir…
peqasus

məncə sayt idarəcilikden tutmuş istifadəçilərə kimi sərtdir. Heç biriniz də dözüm yoxdu. Kiminsə sözü xoşuna gəlmirsə tənqidə keçir. Halbuki bura Milli Məclis zad deyil dunya əhəmiyyətli məsələlər də həll olunmur. Sadəcə fikir mübadiləsi edilir ki bunun da məqsedi kiminsə kimisə sındırması deyil ortaq düzgün fikrə gəlməsidi. Amma heç kəs tutduğunu buraxmır. Fikirlərimizin arxasında durmaq yaxşıdı amma dərəcəsini itirəndə sabit fikirlilik olur ki bu da düzgun deyil. Bundan başqa sayt rəhbərçiliyi cox sərtdi hər seyə sərt reaksiya verir.  Halbuki bir dəfə  nəzakətlə desə heç nə olmasa sərtləşsin.


 

məryam
Men bir müddet yox idim( Ne çox şey olub. Baxım görüm, ses vermeye, neler baş verir. İnşallah problem aradan qalxar.
doYwanka

2-3 status arxa arxaya yazirsan hec statusa plus etmirler,ne var ne var cox status yazilir deye minus edirler. men meselcun kimese teşekkur yazmişdim ona minus etmişdiler. yani teşekkur etmek beyen pisdiki minus edirler? bunu anlamiram.

peqasus
haqsız minuslar adamın həvəsini həqiqətən öldürür. cünki haqsızlıq insana təsir edir. Adi şeylərə minus verilir səbəbini soruşanda bir az söz deyəndə bəyənmirsən cıx get yaxşı ki vikipedia youtube google və s bunların deyil. Mağazada çox qəşəng mallar ola bilər amma onları heç kəs almasa mənası qalmaz buna görə də müştəriyə önəm verilir onu daim haqli hesab edirlər gülərüzlülük tələb edirlər. Sayt kiminsə ola bilər amma istifadəçilersiz heç bir əhmiyyəti qalmaz. Nəzakət və təvəzökarlıq yaxşı şeydi. Sizin dəyərinizi artırar. Əksi sizi gözdən salar. Ona görə heç tanımadığınız insanlarla kobud rəftar heç düzgün deyil. nəticədə heç birimizi tanımırsınız əlbəttə ki dəvət etdiyiniz və yaxşı davrandığınız dostlarınızdan başqa hər halda bu saytda profil etibari ilə obyektiv olunmalıdır.
SABINA ZZ

haqsizliqdan danismaq ebesdir,o dunyada Allahin qabaginda her seye gore cvb vereceyik,indi bizim qabagimizda cvb veren olmayacaq


 

Zeyneb_Ehmedova
o haqqsizliqlari hələ çox görəcəksiz.....:) hələ bu harasıdır
məryam
Başqa neler olacaq?
ElcinHesenov
Düzdür Zeyneb Ehmedova burada elə bil maşın şou yaranıb qruplaşmalar da öz yerində
lili95
Allahdan hamimiza sebir dileyirem.temkinli olun
Niyaz
Üçüncüsü, mənim Kayzendə hansı rol oynadığımı bilən bilir,bilməyən də bilməsə yaxşıdır.Əlimdən gələni etmişəm ki,azərbaycanlı gənclərin mədəni-intellektual səviyyəsinin artmasında iş görüm.Heç vaxt da özümdən razı olmamışam. Məndən xahiş edilib ki, sayt üçün müəyyən işləri görməkdə davam edim.Mənim çox gözüm uçmur ki,başqasının zir-zibillə dolu postunu redaktə edim,görünüşüünü yaxşı hala gətirim,başqalarının suallarına cavab verim. Heç vaxt saytda diktatura olmayıb.
Sonrası da ki,lap tutaq saytda müəyyən qrupun diktaturası var.Sonrası? Lap əvvəldən deyilib ki,kimin xoşu gəlmirsə sayta girməsin. Heç kimin əlindən tutub məcbur sayta gətirilməyib. Kayzendə lap əvvəldən qanun olub:
— 1. Nəsə bacarırsansa,fayda verə bilərsənsə,et.2. Edə bilmirsənsə sakit dur.3.Yox,xoşuna gəlmirsə,bye-bye.
Bu yazıya dözə bilməyib mövqeyimi bildirəcəm.Əziz istifadəçilər ədəb,nəzakət,qarşı tərəfə hörmət bir insan kimi bildiyimiz kimi İMANdan gəlir İMANSIZ satanistdən bundan başqa gözləmək olar?!.Sən nə demək istiyirsən?İstifadəçilərin zəhmətlə hazırlayıb göndərdikləri yazılar zir-zibildi?Gözün uçmur redaktə etməyə bəs sənə o vəzifəni nəyə görə veriblər?İşin bu deyil sənin?Sən bizə zakon kəsirsən burda?Sənin zir-zibillə dolu yazılar göndərən adlandırdığın istifadəçilər olmasa bu saytın axırı nə olar bilirsən sən?Mənim gözüm uçmur saytından ötrü çox şükür nəhəng saytların birində vəzifəli şəxslərdən biriyəm sənin 1800 -lük saytına qalmamışam.Uzun sözün qısası Satanist bəy!!!İstifadəçilərə hörmətlə yanaşmağı öyrən get!
Gülnar
Birini ittiham edərkən ehtiyatlı və dəqiq olun..İmansız və satanist eyni anlayış deyil.
Niyaz
Mənimçün imansız ,ateist və satanistin bir fərqi yoxdur.Bu cür hörmətsizlik artıq həddini aşmaqdır!Saytda hansısa vəzifə sahibi olması ona istifadəçiləri təhqir etməsinə,hörmətsizlik etməsinə əsas vermir!Hər birimiz insanıq kimliyimizdən asılı olmayaraq.
peqasus
Niyaza tam haqq verirəm bizim postumuzu bəyənmirsənsə çıx get ya da qoy biz gedək görüm onda heç zir zibillə dolu postu tapa bilirsənmi. Sənə yalvaran olmayıb ki sayta rəhbər olasan mənim inetelektual səviyyəm kimdən olmasa da səndən artıqdı yəni sənin o möhtəşəm köməyinə ehtiyacim yoxdu. Həm bir şeydə var ki sizin bildirişlər də dəhşətdi belə yazılarınızın zarafatcıl olduğunu zənn edirsiniz yanılırsınız heç xoş deyil. Həm mən bilmirəm özünüzü belə kimə göstərirsiniz saytınızda elə ələ keçməyən məlumatda yoxdu. Həm sizin məğrurlandiğınız yaxşılığı kim bilir? Dost tanışın? əslində mənə maraqda deyil uzaq başı pis olacaq başqa sayta keçərəm hər halda bu saytı bəyənmək mənə yox sənə lazımdı. Məncə hec bir admin saytındakı eməllərinə görə yox  istifadəçilərin sayına gorə meğrurlanır amma belə görünür ki sən əməllərinlə hansı ki heç kəs bundan ötrü sənə yalvarmayıb öyünürsən nəticə də göz qabağındadı sənin yaxşılıqların istifadəçi sayı artırmaqdan azaldır. Yəni rəhbərçiliyin alınmır sənin rəhbər olmağına hələ var.Qaydaların da düzgün olsa da üslub sehvdi hər həlda sizinlə necə davranırlar bilmirəm amma mənimlə bu uslubda danışmırlar. Əgər mənə çıxışı göstərirsənsə mənim itirəcək hec nəyim yoxdu bir saytdi da amma sən istifadəçi itirəcəksən hər halda bi sayt üçün ən vacibi istifadəçidi.
məryam
Niyaz bey mence bir az kobud yazdı. Daha mülayim olmaq lazımdı. Hem yeqin haqsız minuslar veren ve ya verenler bu yazılardan ders alarlar.
ayxansevda

bir il bundan önceki söhbeti niye yene gündəmə gətirmisiniz? 2012 ildi, yoxsa men düz anlamadim


 

Zahid_GDMLI

Bütün istifadəçilər yazmazdan əvvəl diqqət yetirsinlər.



Niyaz, tanımadığın adama satanist deyə bilməzsən.
Onu kim deyir ki sayt 2ralındır?Bilmədiyiniz şeyi danışmayın. 
1800-lük sayt nə deməkdir?Çalışın sözünüzə fikir verin.
Kimin sözü varsa mənimlə əlaqə saxlasın.

Buranı bazara çevirmək lazım deyil.

Niyaz
2ral-ın deyil bəs niyə özünü hegemon kimi aparır?!.O tanımadığım insan da tanımadığı insanlara hörmət qoysun!Burda kimsə kimsədən üstün deyil!Mənim və digərlərinin göndərdikləri yazını zir-zibil adlandırmaq buna nə ad vermək olar? Bu yazıya açıqlama verin görək bu nə deməkdi?

Üçüncüsü, mənim Kayzendə hansı rol oynadığımı bilən bilir,bilməyən də bilməsə yaxşıdır.Əlimdən gələni etmişəm ki,azərbaycanlı gənclərin mədəni-intellektual səviyyəsinin artmasında iş görüm.Heç vaxt da özümdən razı olmamışam. Məndən xahiş edilib ki, sayt üçün müəyyən işləri görməkdə davam edim.Mənim çox gözüm uçmur ki,başqasının zir-zibillə dolu postunu redaktə edim,görünüşüünü yaxşı hala gətirim,başqalarının suallarına cavab verim. Heç vaxt saytda diktatura olmayıb.
Sonrası da ki,lap tutaq saytda müəyyən qrupun diktaturası var.Sonrası? Lap əvvəldən deyilib ki,kimin xoşu gəlmirsə sayta girməsin. Heç kimin əlindən tutub məcbur sayta gətirilməyib. Kayzendə lap əvvəldən qanun olub:
— 1. Nəsə bacarırsansa,fayda verə bilərsənsə,et.2. Edə bilmirsənsə sakit dur.3.Yox,xoşuna gəlmirsə,bye-bye.
məryam
Bi sözle saytın redatorusuzdu. Ve redaktorlar userlerle, mehriban davranmalıdırlar. Başqasının postuna zir-zibil demeye haqqınız yoxdu.
FASHION_ONE
isiviz gucuvuz yoxud bir birivizi qirirsiz.mehriban olunda
Niyaz

Lalə sən qarışma bu məsələ xahiş edirəm.

MaksiMuS

Rəhmətlik Siyavuş Aslan demişkən: SƏn qələtivi elə, söz veriləndə Danışarsan!

MaksiMuS
Bu Kayzen adiynan ortada firlanan varee.Zehlem gedirde ondan.ozun ele aparir elebil kimdense artiqdi.Cox vaxt eleleri realda sayilib hormet qoyulmayan insanlarin virtualdaki prototipi olur. Saytda 1961 istifadeci var.Onlardan cemi 120 neferi aktivdi.Ve bu 120 neferden texmini 20si daha aktiv ve yazardi.Bu 20neferin de ekseriyyeti rehberlikden narazidi. Yeni bu yeterli deyilmi Kayzen rehberliyine ki, istifadecilerin iradlarina mehel qoysunlar?
məryam
kayzen saytın sahibidi hə?
lili95
Maks bu qeder sert.bir bildiyin var her halda.deyirem belke butun aktiv userler sozu bir yere qoyub sayti baykot edek.ne deyirsen?
MaksiMuS
Yox, mənim elə işlərlə aram yoxu.Mən onsuzda saytda aktivliyimi minimuma endirmişəm.Məni tanıyanlar bilir.
lili95
men yaziq da baslamamis bu yolu secdim.neynemek olar
MaksiMuS
Menim gozumde o ORTADA FIRLANAN vezifesindedi:)
məryam
Saytın sahibiside ona bele demeye haqqın her hal yoxdu. Eziyyet çekib, saytı düzeldib.
peqasus
ola bilər saytı düzəldib amma bizə belə davranmağa haqqı yoxdu. Həqiqətən kobuddular. indi sayt düzəltmişəm deyə istifadəçilərlə istədiyim kimi davrana bilmərəm cünki bunun üçün mənə yalvaran olmayıb. istifadəçilərə mən belə eləmişəm elə eləmişəm deyə minnət qoymasın. Hər halda bu məlumatlarla hələ heç kəs alim olmayıb.
məryam
yx. yeni ona ele seslenmek düzqün deyil. başıma çıxsın deyen yoxdu ki.
peqasus
düzdü Niyazın tanımadığı insna satanist deməsi düz deyil amma dediklərində haqq var. Uslub səhv olaa bilər amma 2ral da digərləri də kobud davranır elə bil qabağlarında uşaq var. necə deyərlər dinsizin haqqindan imansız gələr. bir az narazılıq olanda çıx get ,senə yalvaran olmayıb elə belə, nolubdu saytdıda mən heç bir saytda belə şeylə rastlaşmamışam hamı hamıya nəzakətlə davranır. sayt da 2ralın deyilsə onda sayt rəhbəri 2rala təpinsin etirazlardan da nəticə çıxartsın day bizi borclu çıxarıb minnət qoymasın.
məryam
heç bir saytdan heqieten bu barede müzakire etmirler.
SABINA ZZ
her sey rehberlikden ireli gelir,bir dovletin yaxsi yada pis olmagini onu prezidentinden bilmek olar.ermenistan deye bir dovlet var guya,onun prezdenti nedir ki,idare etdiyi,seytan yiginagi da ne olsun.indi bu saytda da rehberlikden cox sey asilidir.eger rehber duzgun idarecilik qabiliyyetine malik olsa,hec kes narazi olmaz