Bir məclisdə 12 kişinin söhbəti

Vəkil
Həqsizə həqli deyib, bir cox günaha batmışam.

Həkim
Dərdi təşxis etməyib, qövm- əqrəba ağlatmışam.

Tacir
Mən həlal ilə həramı bir-birinə qatmıçam.

Rövzəxan
Ümmətin pulun alıb, min-min yalan söz satmışam.

Dərviş
Nərdə bulsam soq açıb, min-min yalan söz satmışam.

Sofi
Ruzü şəb həq-həq deyib, mən hər kəsi oyatmışam.

Molla
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.

Elm
Qəti - ümmid etmişəm, yeksər bu qovmi atmışam.

Cəhl
Ortada keyf eyləyib, mən həm məramə çatmışam.

Şair
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.

Əvam
Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.

Qəzetəçi
Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

M.Ə. Sabir
Lüğət:
Təşxis etməyib - təyin edə bilməyib
Rövzəxan - mərsiyəxan
Soq açıb - fala baxıb
Rüzü şəb - gecə- gündüz
Yeksər - bütün, tamam

Cəhl - nadan

Bəstər - yorğan - döşək

 

0 şərh