Bu 3 şeyi öyrənməyiniz vacibdir

Ey, ALLAHım sən buyurduğun və mənim də bu dünyada üstünlük verdiyim üç xüsusiyyətdə insanlığı şərtləndirən bütün xüsusiyətlər cəmlənib, toplanıbdır. Beləlikə:

1.Səbirli olmaq
2.Şükür etmək
3.Zikr etmək

Nə ədalətli fərmandır! Dərindən düşünəndə bunu yaxşı bilirsən ki, həyatda əldə olunan uğurlar səbr və təmkinlə olmalıdır. Belə olmasa o uğur sənin deyil! Azmı olub ki, insanın səbirsizlikdən, hövsələsizlikdən ürəyi dayanıb, dünyasını dəyişibdir. Deməli - SƏBR:

Səbr - Düşünməkdir, anlamaqdır!
Səbr - Təmkindir, vüqarını pozmamaqdır!
Səbr - İstəyinə vaxtında, lazımınca çatmaqdır!
Səbr - Alçalmamaq, xırdalanmamaqdır!
Səbr - Dəyanətdir, mətinlik, mərdanəlikdir!
Səbr - ALLAHını sevmək, ona sığınmaqdır!
Səbr - Zirvələri fəth etməkdir!
Səbr - Dözümdür, təpərdir!
Səbr - Ürəyin genişliyi, alnın açıqlığıdır!
Səbr - Hər iki dünya nemətlərinə çatmaqdır!
Səbr - İşıqlı dünyaya açıq gözlə baxmaqdır!
Səbr - Əməl dəftərini zənginləşdirməkdir!

Sən bizim səbrimizi kəsmə!
 

2 şərh

Fianda
Amin. Allah razı olsun.
ayxansevda

Allah sizdən də razı olsun