Iki gənc

Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış ... Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...
Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış ... Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.
Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş və ona "Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş" . Gənc qız bu təklifi rədd etmişdi.

Cavan "Mən heç deyişmədim!" deyə qışqırmış. "Hələ də səni çox sevirəm ..." deyə davam etmiş ...

Gənc qız düşünüb və belə cavab vermişdir...

"Əgər heç dəyişmədinsə ... Bir gün yenə məni atıb gedəcəksən......"
 

0 şərh