Paxıllıq

Xəstəxanada iki nəfərli otaqda eyni xəstəlikdən əziyyət çəkən iki adam yatırdı. Hər ikisinin xəstəliyi ölümcül idi, hər ikisin də xəstəliyi eyni mərhələdə idi. Hər ikisi yataqdan qalxa bilmirdi. Hər ikisinə eyni qulluğu göstərirdilər. Lakin aralarında 1 tək fərq var idi. Onlardan birinin yatağı pəncərənin yanında idi, digərinin yatağı isə telefonun yanında. Biri hər gün həyətə baxa bilər, digəri isə istədiyi zaman həkimə zəng edib çağırtdıra bilərdi. Zaman ötür, günlər keçirdi. Telefonun yanında yatan xəstə hər gün darıxırdı. Pəncərənin yanında yatan xəstə bunu görüb ona küçədə olanlardan danışardı. İnsanların tez-tez getməsindən, günün çıxmasından, yağışın yağmasından, yolda ötən maşınlardan və sair. Dünyada baş verənlər haqda dostuna danışardı. Bir gün gecə pəncərənin yanında yatan xəstənin halı pisləşir. Telefonun yanında olan xəstədən xahiş edir ki, zəng edib həkimi çağırsın. Lakin telefonun yanında yatan xəstə həkimə zəng etmir. Dostu vəfat edir. Səhərisi gün, otağa yeni bir xəstəni gətirirlər. Telefonun yanında olan xəstə xahiş edir ki, onu pəncərənin yanındakı yatağa qoysunlar. Onun xahişini edirlər. Nəhayət o da pəncərədən baxacaqdı. Lakin pəncərə sadəcə digər binanın küncünə açılırdı və böyük qara divardan başqa heçnə görsənmirdi.

P.S Paxıllıq insanın ən böyük düşmənidir. Onu rahat yaşamağa qoymaz və daim günaha sürükləyər.

 

2 şərh

bankir
Deyəsən mən bu yazını oxumuşam axı
BaKiNeC

Beli ele bu movzunu burda oxumuwam.