İnsanda yorğunluq əmələ gətirən virus

Xroniki yorğunluğun səbəbi araşdırılıb. Milyonlarla insana təsir edən xroniki yorğunluğun səbəbi insan qanında retrovirusların çox olmasıdır. Amerikalı alimlər tərəfindən aparılan araşdırmalar zamanı belə qənaətə gəlinib ki, XMRV adlanan retroviruslar bu sindromdan əmələ gələn xəstələrdə daha çox rast gəlinir.
Belə ki, Amerika elm adamlarının sözlerinə görə, hələ də bu xəstəliyin tam qarşısının alınması yolları tapılmasa da aparılan bu araşdırma bir çox insanların bu xəstəlikdən müalicə olunması üçün yeni imkanlar yaradacaq. 
Qeyd edim ki, araşdırma zamanı 101 xroniki yorğunluq xəstəliyindən əziyyət çəkən insanın 68-də, 218 sağlam insandan 8-də XMRV retrovirus aşkarlanıb.

0 şərh