Qadınların kişilərdən daha üstün cəhətləri

1. Gözəlləşmək
Yaxın zamanda edilən bir araşdırmaya görə qadınlar get-gedə daha da gözəlləşərkən kişilər eyni qalır. 2000 insanı 40 il boyunca izləyən araşdırmada cazibədar qadınların ortalamadan 16% daha gözəl uşağı olduğunu ortaya qoydu. Ayrıca gözəl qadınların ilk doğan uşaqları da qız olur. Bu gənc qızlar da keçmiş nəsillərə görə daha gözəl.

2. Yol qəzalarından sağ çıxmaq
Qorxunc, amma gerçək: Kişilər qadınlara görə %77 daha çox ölmə riski daşıyır. Avtomobillərinə mindiyimizdə təhlükəsizlik kəmərini tax deyə dirəşməkdə haqlıdılar!

3. Daha çox rahatlıq axtarışda daha yaxşı
2000 adam üzərində edilən araşdırmada qadınların problemlərini kişilərə görə daha çox xaricə vurduğunu və yoldaşlarıyla paylaşdığını ortaya qoydu. Araşdırmaya qatılan qadınların %53 yoldaşlarıyla canlarını sıxan problemləri danışarkən yalnız %29 nisbətindəki kişilər problemlərindən bəhs etdi.

4. Böhran keçirməz
ABŞ Statistik Təşkilatının etdiyi araşdırmaya görə 2007 dekabr ayından bəri işini itirənlərin %80i kişi. Bunun səbəbi isə kişilərin daha çox çalışdığı sektorları böhranın vurması. Bəlkə daha çox kişi tibb bacısı və müəllim olar :)

5. Daha qısa müddətdə məzun olur
Edilən bir araşdırmaya görə qadınlar, kişilərə görə universitetdən daha qısa müddətdə məzun olur. Ancaq burada kişilərin həm oxuyub həm çalışması ya da daha rahat olması kimi faktorlar ön plana çıxır.

6. Sağlam bəslənmək
Minnesote Universiteti tərəfindən 14min adam üzərində edilən bir araşdırmaya görə qadınlar kişilərə görə daha sağlam yeməkləri seçir. Kişilər donmuş pizza ya da qırmızı ət yeyərkən qadınlar meyvə və tərəvəzi qablarına qoyur.

7. İmmunitet sistemi
Qadınların immunitet sistemi kişilərə görə daha güclüdür və daha az xəstə olarlar. Estrojen, qadınların gizli silahıdır. Bu hormon infeksiyalarla döyüşdə qadınlara əlavə güc verər.

8. Daha uzun həyat
Dünya üzərində 100 yaşının üstündə olan insanların %85i qadın. Ümumidən qadınlar kişilərə görə 5-10 il daha uzun yaşayır.

9. Daha yaxşı idarəçilik
Bu mövzu bir az müzakirə edilər ancaq bir çox mütəxəssis daha yaxşı dinlədikləri, düşündükləri, problem həll etdikləri üçün qadınların daha yaxşı müdir olduğunu söyləyir.

10. Daha yaxşı sərmayə
Edilən bir araşdırmaya görə qadınların sərmayələri kişilərin sərmayələrinə görə %18 nisbətində daha yaxşı. Bu qadınların sərmayə qoyarkən daha uzun müddət düşünməsindən qaynaqlanır
 

0 şərh