Paltarların rəngi haqqında

Paltar üçün ən yaxşı rəng ağ,sarı,yaşıl,açıq qırmızı,göy və mərciməyi rənglərdir.Xoşa gəlməyən rənglər isə bunlardır:qara,tünd qirmizi (xüsusi ilə namazda ).Amma əba,əmmamə vəayaqqabının qara rəngdə olmasının qəbahəti yoxdur.( Daha yaxşı olar ki, bunlar da qara rəngdə olmasin ).
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: " Ağ rəngli paltarlar geyinin,ölülərinizidə bu rəngli parçalarla kəfənləyin.Çünki bu rənglərin ən gözəlidir."
Yaxşı olar ki ,qəm-qüssəyə səbəb olan tünd rəngli paltardan istifadə edilməsin.Tünd rəngli paltarlardan adətən yas mərasimlərində istifadə olunar, bu səbəbdən də ibadət zamanlı belə paltarlardan istifadə etmək məsləhət deyildir. İbadət edərkən toy və şənlik məclislərində geyinilən paltarlardan istifadə etmək bəyənilmir.Çünki şənlik mərasimlərində istifadə olunan paltarlar adetən güllü ( bəzəkli ) və cəlb edici rənglərdə olur.Deməli insan ibadət etdiyi zaman ən sadə və təmiz paltarlarını geyinməlidir...

0 şərh