Dünyanın ən üfunətli adamı

Milli.Az xəbər portalının "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, o, artıq 37 ildir nə çimir, nə də saç-saqqalını qırxır. 1974-cü ildə evlənmiş Sinqh ondan sonra çimməyi tərgidib. O vaxt Kaylaş söz veribmiş ki, oğlu dünyaya gəlincə, çimməyəcək. 35 illik evlilik həyatı isə ona 7 qız uşağı verib.
Ağsaqqalın həyat yoldaşı və yaxınları ona çimməsi üçün yalvarsa da, hər dəfə bunu qəzəblə qarşılayan Kaylaş fikrindən dönməyəcəyini bildirir. Xanımının dəfələrlə dözülməz üfunətə görə ayrı otaqda yatması da kişini fikrindən döndərməyib.

Qeyd edək ki, Kaylaşın yaşadığı regionda havanın hərarəti orta hesabla müsbət 45 dərəcədir. Üstəlik o, fermada işləyir. Şahidlər kişidən gələn iyə sözün əsl mənasında dözməyin mümkün olmadığını bildirir.

Milli.Az

 

 

14 şərh

Fianda
Ayda,fuu. buqədər adam onu çimdirə bilmire.istəsələr əl-qolun bağlıyıb,xlorluyardılar onu,görünür iyli xoşlarına gəlir
cahandar
Bu dəhşətdir.kişidəki tərsliyə bax.
Cavid
Bu insandan gələn iyə heç bir qurum davam gətirə və mübarizə edə bilməz)
Cavid
Və bucür insana məhkəmə qərarı ilə zor tətbiq etmək lazımdır və ən azından yüksək təzyiqli su vurmaq məqsədə uyğundur)
ElcinHesenov
Ama qəşəng görünür
Xrizoberil
nəyi qəşəng görünür ((( adam diksinir baxanda
Shabnam_Ilham
Hamısı savadsızlıq, cahillikdi. Maraqlıdı oğlu olsaydı nə olacaqdı ki guya? Görən də deyər taxtı varissiz qalacax :/ P.S: Ailə üzvləri şəkil çəkdirərkən keçirdiyi hisslər maraqlıdı mənə :) Yəqin xanımı əleyhqazla gəzir evdə :D
pascal
Saç-saqqalın bit-birə basmayıb bunun? Bit-birə də bundan hürküb, yaxın gəlməyib, yəqin. :)
asel
güldürdünüz məni:)))))))
doYwanka
onun harvadina halaldiki  o kişiden iy gələ gələ dunyaya 7 qiz gətirib ))
azadmamedov90
ogul usagi olmadigina gore bu qeder derd eden insanlarda movcuddur, sevindirici haldir ki, erebler kimi qizlarini basdirmayib…
kulturoloq
Çox əcaib vəddir!