Ən sağlam mətbəxi olan 10 ölkə

“Forbes” jurnalı ən sağlam mətbəxə malik 10 ölkənin reytinqini müəyyənləşdirib. Ilk yeri Yaponiya mətbəxi tutub. Araşdırmalar göstərib ki, bu ölkədə piylənmədən əhalinin cəmi 1,5 faizi əziyyət çəkir və Yaponiyada orta yaş həddi 82-dir. Burada milli mətbəxə, demək olar ki, bütün növ tərəvəzlər daxildir. 

İkinci pilləyə Sinqapur mətbəxi layiq görülüb. Yaponiyada olduğu kimi burada da əhalinin orta yaş həddi 82-dir. Piylənmədən əziyyət çəkənlər isə cəmi 1,8 faiz təşkil edir. Sinqapurlular daha çox düyü, tərəvəz və balığa üstünlük verir. Burada çox nadir hallarda ət yeyilir.
İlk üçlüyü Çin qapayır. Yeməklərinin üçdə ikisi tərəvəz, meyvə, paxla və ya digər dənli bitkilərdən hazırlanan ölkə mətbəxi insanların orta yaş həddinin 73-dən yuxarı olmasına imkan verir. Piylənmədən cəmi 1,8 faiz çinli əziyyət çəkir.
Reytinqdə 4-cü yeri İsveç, 5-ci pilləni isə Fransa tutur. Onluğa daxil olmuş digər ölkələr İtaliya, İspaniya, Yunanıstan, İsrail və hər iki Koreyadır