Əsiri-möhnətik, meyxanələr darüşşəfamızdır

Su­fizm əsr­lər bo­yu klas­sik Şərq poe­zi­ya­sı­nı yön­lən­di­rə­rək, yüz­lər­lə sə­nət­ka­rın ya­ra­dı­cı­lı­ğı­nın bu is­ti­qa­mət­də for­ma­laş­ma­sı­na tə­sir gös­tər­miş­dir. Azər­bay­can poe­zi­ya­sı da bu tə­sir­dən yan keç­mə­yib. XIX yü­zil­li­yin ye­tir­di­yi Se­yid Əzim Şir­va­ni də ya­ra­dı­cı­lı­ğı eti­ba­ri­lə sə­ləf­lə­ri­nin yo­lu­nu da­vam et­dir­miş, li­ri­ka­sı­nı klas­sik Şərq şei­ri ənə­nə­lə­ri əsa­sın­da ya­rat­mış, Ni­za­mi, Xa­qa­ni, Fü­zu­li, Ru­mi, Sə­di, Ha­fiz ki­mi sə­nət­kar­lar­dan bəh­rə­lən­miş­dir. Klas­sik poe­zi­ya us­ta­la­rı şe­ir­lə­rin­də sim­vol­lar­dan ge­niş is­ti­fa­də et­miş, əsər­lə­ri­ni ör­tü­lü, pər­də­li şə­kil­də təq­dim edə­rək oxu­cu­ya dü­şün­mək üçün bol ma­te­ri­al ver­miş­lər. Bu­nun üçün hər bir sə­nət­kar nə­in­ki sə­ləf­lə­ri­nin ya­ra­dı­cı­lı­ğı­na, ey­ni za­man­da, döv­rün ədə­bi-bə­dii sfe­ra­sı­na ya­xın­dan bə­ləd ol­ma­lı, müx­tə­lif ədə­bi cə­rə­yan­lar, bə­dii-fəl­sə­fi nə­zə­riy­yə­lər haq­qın­da ət­raf­lı bil­gi­yə sa­hib ol­ma­lı idi. Qeyd edək ki, is­tə­ni­lən ədi­bin hə­yat və ya­ra­dı­cı­lı­ğı araş­dı­rı­lar­kən onu ye­ti­rən mü­hit, hə­min dövr­də­ki ic­ti­mai-si­ya­si şə­ra­it nə­zə­rə alın­ma­lı­dır. Çün­ki sə­nət­ka­rın əqi­də­si, dün­ya­gö­rü­şü, hə­ya­ta fəl­sə­fi ba­xı­şı həm də onu for­ma­laş­dı­ran cə­miy­yət­dən ası­lı­dır.
Hə­ya­tın­dan bəl­li ol­du­ğu ki­mi, 7 ya­şın­da ikən ata­sı­nı itir­miş Se­yid Əzim bir ne­çə il ana­sı ilə bir­gə Da­ğıs­ta­nın Yaq­say kən­din­də – ba­ba­sı­nın ya­nın­da ya­şa­mış­dır. Bu­ra­da ba­ba­sı Mol­la Hü­seyn­dən Azər­bay­can, fars və ərəb dil­lə­ri­ni öy­rən­miş S.Ə.Şir­va­ni da­ha son­ra “tək­mi­li-ülum” məq­sə­di­lə ərəb öl­kə­lə­ri­nə sə­ya­hət et­miş­dir. Se­yid Əzim Yaq­say­da təx­mi­nən 11 il ya­şa­mış və 18 ya­şın­da Şa­ma­xı­ya qa­yıt­mış­dır. Onun Da­ğıs­tan­da ya­şa­dı­ğı il­lər Şeyx Şa­mil hə­rə­ka­tı­nın rus im­pe­ri­ya­sı­nın iş­ğal­çı si­ya­sə­ti­nə qar­şı mü­ba­ri­zə apar­dı­ğı döv­rə tə­sa­düf edir. Şeyx Şa­mil uzun il­lər bo­yun­ca mü­ri­dizm bay­ra­ğı al­tın­da Qaf­qaz xalq­la­rı­nın azad­lıq və is­tiq­la­liy­yə­ti uğ­run­da mü­ba­ri­zə apar­mış gör­kəm­li şəx­siy­yət­dir. Mü­ri­dizm qə­dim ta­ri­xə ma­lik su­fi­lik tə­li­mi­nin prin­sip­lə­ri­nə əsas­la­nır; onun Qaf­qaz­da ilk də­fə ya­yıl­ma­sı­nın sə­bəb­ka­rı çe­çen əsil­li Şeyx Man­sur ol­sa da, bu hə­rə­ka­tı Şeyx Mol­la Mə­həm­məd dir­çəlt­miş və Şeyx Şa­mil də onun şa­gird­lə­rin­dən bi­ri ol­muş­dur.  Mol­la Mə­həm­məd İs­lam Şər­qin­də ge­niş ya­yıl­mış  su­fi­lik tə­li­mi­nə də­rin­dən bə­ləd ol­duq­dan son­ra bu müd­dəa­la­rı dağ­lı əha­li­yə də ba­şa sa­lır və on­la­rı bu prin­sip­lə­rin mü­qəd­dəs­li­yi­nə inan­dı­rır. Mü­ri­diz­min kök­lə­ri  su­fizm­də ol­du­ğu ki­mi, İs­la­mın 4 əsa­sı – şə­ri­ət, tə­ri­qət, mə­ri­fət və hə­qi­qət üzə­rin­də bər­qə­rar ol­muş­du və il­kin mər­hə­lə­də si­ya­si və hər­bi əhə­miy­yət da­şı­mır­dı. La­kin Qaf­qaz­da­kı mil­li azad­lıq mü­ba­ri­zə­si şə­rai­tin­də mü­ri­dizm “qa­za­va­ta”, yə­ni mü­qəd­dəs mü­ha­ri­bə­yə ça­ğı­rış üçün va­si­tə­yə çev­ril­di.

Da­ğıs­tan­da ya­şa­dı­ğı il­lər­də mü­ri­dizm hə­rə­ka­tı­nın fəa­liy­yə­ti, bu hə­rə­ka­tın ta­ri­xən su­fi­lik prin­sip­lə­ri­nə əsas­lan­ma­sı o vaxt­lar hə­lə ye­ni­yet­mə olan Se­yid Əzi­min dün­ya­gö­rü­şü­nə tə­sir­siz ötü­şə bil­məz­di. Fik­ri­miz­cə, onun su­fizm haq­qın­da­kı il­kin tə­səv­vür­lə­ri elə hə­min vaxt­lar for­ma­laş­ma­ğa baş­la­mış­dır. Klas­sik Şərq ədə­biy­ya­tı ilə ya­xın­dan ta­nış­lıq yal­nız bu tə­səv­vür­lə­ri möh­kəm­lən­dir­mə­yə xid­mət edə bi­lər­di. Şərq öl­kə­lə­ri­nə sə­ya­hə­ti isə onun bu sa­hə­də bi­lik­lə­ri­ni da­ha da mü­kəm­məl­ləş­dir­di. Be­lə ki, 1853-cü il­də Da­ğıs­tan­dan Şa­ma­xı­ya qa­yı­dan Se­yid Əzim ar­tıq mü­əy­yən də­rə­cə sa­va­da ma­lik zi­ya­lı bir gənc ki­mi bu vax­ta qə­dər əl­də et­di­yi bi­lik­lə­ri­ni da­ha da ar­tır­maq ar­zu­su ilə bir müd­dət son­ra Şər­qin elm və bi­lik mər­kəz­lə­ri­nə üz tu­tur. So­vet döv­rü təd­qi­qat­çı­la­rı şai­rin ora­da di­ni-sxo­las­tik elm­lə­ri öy­rən­mək­lə yal­nız vaxt it­ki­si­nə yol ver­di­yi fik­rin­də ol­sa­lar da, dü­şü­nü­rük ki, bö­yük əzab-əziy­yət­lər çək­mə­si­nə bax­ma­ya­raq, məhz bu sə­ya­hət­lə­ri nə­ti­cə­sin­də Se­yid Əzim da­ha çox maa­rif­lən­miş, nə­yin doğ­ru, nə­yin yan­lış ol­du­ğu­na düz­gün qə­rar ve­rə bil­mək üçün ki­fa­yət qə­dər bi­lik əl­də et­miş­dir. Fik­ri­miz­cə, şai­rin li­ri­ka­sı­na su­fi şei­ri­nin bö­yük tə­si­ri ol­ma­sı­nın sə­bəb­lə­rin­dən bi­ri də ərəb öl­kə­lə­ri­nə sə­fə­ri za­ma­nı əl­də et­di­yi elm idi.
Ək­sər təd­qi­qat­çı­la­rın XIX əsr­də su­fiz­min bir tə­lim ola­raq zə­if­lə­mə­si və hət­ta sı­ra­dan çıx­ma­sı ilə əla­qə­dar id­dia­la­rı­na bax­ma­ya­raq, su­fiz­mi bə­dii-fəl­sə­fi cə­rə­yan ola­raq təd­qiq edən Karl Ernst qeyd edir ki, tex­ni­ki in­ki­şaf və tə­rəq­qi bu tə­li­min məhz XIX əsr­də ge­niş ya­yıl­ma­sı­na tə­kan ver­di: “Səs­yaz­ma sə­na­ye­si sa­yə­sin­də qa­pa­lı sə­ma mə­ra­sim­lə­ri küt­lə­vi din­lə­yi­ci üçün əl­ye­tən ol­du­ğu ki­mi, nəş­riy­yat və li­toq­ra­fi­ya­nın ya­ran­ma­sı da su­fi tə­lim­lə­ri­nin əl­yaz­ma­la­rın üzü­nün kö­çü­rül­mə­si ilə mü­qa­yi­sə­də xey­li iri miq­yas­da ya­yıl­ma­sı­na im­kan ver­di.” Mü­əl­lif ya­zır ki, XIX əsr­də Qa­hi­rə, İs­tan­bul, Teh­ran və Deh­li ki­mi  bir çox mü­səl­man pay­taxt­la­rı­nın iri nəş­riy­yat mər­kəz­lə­rin­də dərc olu­nan ma­te­ri­al­la­rın si­fa­riş­çi­lə­ri­nin ək­sə­riy­yə­ti­ni iq­ti­dar­la ya­na­şı, həm də məhz su­fi tə­ri­qət­lə­ri təş­kil edir­di; su­fiz­min ge­niş küt­lə­yə təq­di­ma­tı məhz o za­man baş ver­di ki, hə­min dövr­də su­fi­lik qey­ri-is­la­mi cə­rə­yan ki­mi diq­qət­dən kə­nar­da qa­lır­dı. Ma­raq­lı­dır ki, S.Ə.Şir­va­ni­nin Şər­qin di­ni mər­kəz­lə­ri­nə sə­ya­hə­ti də hə­min dövr­lə üst-üs­tə dü­şür. İlk sə­fə­rin­də Şam­da və Bağ­dad­da ru­ha­ni təh­sil alan şai­rin ikin­ci sə­ya­hə­ti ön­cə Mək­kə və Mə­di­nə­yə, da­ha son­ra isə Mi­sir və Su­ri­ya­ya ol­muş­dur. Rü­bai­lə­rin­dən şai­rin İra­na, o cüm­lə­dən, Cə­nu­bi Azər­bay­ca­na da sə­ya­hət et­di­yi ay­dın olur. De­mə­li, Se­yid Əzim XIX əsr­də su­fiz­min sü­rət­lə ya­yıl­dı­ğı mü­səl­man mər­kəz­lə­rin­dən bə­zi­lə­rin­də ol­muş­dur. Bir mən­zu­mə­sin­də Se­yid Əzim ya­zır:

                     Ol­dum ol gün ki, çar­dəh sa­lə,
                     Düş­mə­dim fik­ri-döv­lə­tü ma­lə.
                     Ey­lə­dim ari­fa­nə kəs­bi-ülum,
                     Gah Bəğ­dad məs­kə­nim, gah Rum,
                     Ey­lə­dim Mis­rü Şam­də mə­va,
                     Gah ye­rim Yəs­rib ol­du, gah Bət­ha.

Mü­əl­lif bu­ra­da “ari­fa­nə” elm əl­də et­di­yi­ni söy­lə­yir. “Arif” kəl­mə­si bi­lik sa­hib­lə­ri­nə aid ol­maq­la ya­na­şı, “klas­sik Şərq şei­rin­də mis­tik so­fi­yə işa­rə ola­raq iş­lə­di­lir.” Ərəb di­lin­də­ki “arif” “ir­fan” kəl­mə­si ilə ey­ni kök­dən­dir, “ir­fan sa­hi­bi” an­la­mın­da­dır; Al­la­hı, hə­qi­qə­tən, ta­nı­yan, bi­lən ada­ma ve­ri­lən ad­dır – “alim ki­mi bi­lən” mə­na­sı­nı ver­sə də, on­dan fərq­li­dir. “Alim el­mi təh­sil nə­ti­cə­sin­də əl­də edir, arif isə ir­fa­na il­ham və hal ilə ça­tır; Cə­nab Haq­qı kəşf və mü­şa­hi­də yo­lu ilə ta­nı­yır.” (E.Ce­be­ci­oğ­lu) Bax­ma­ya­raq ki, so­vet təd­qi­qat­çı­la­rı qeyd edir­di­lər ki, Se­yid Əzim Şir­va­ni ərəb öl­kə­lə­rin­də di­ni təh­sil al­dı­ğı­na peş­man ol­muş və  əmə­yi­nin zay ol­du­ğu­nu yaz­mış­dır, əs­lin­də isə şa­ir əl­də et­di­yi el­mi­nin dərk olun­ma­dı­ğı­na gö­rə zay ol­du­ğu­nu bil­di­rir. Qeyd edir ki, ca­ma­at onun fəl­sə­fi bi­lik­lə­ri­nin heç bir xey­ri ol­ma­dı­ğı­nı, ha­mı­nın ba­şa dü­şə bi­lə­cə­yi sa­də he­ka­yət­lər yaz­ma­sı­nı tə­ləb et­miş­dir.

                Nə gə­rək­dir he­ka­yə­ti-xil­qət,
                Nə gə­rək­dir bi­zə o key­fiy­yə­t?!
                Bu nə söz­dür ki, xəl­qi-köv­nü fə­sad
                Nə qə­rar ilə ol­du­lar iy­ca­d?!
                Nə gə­rək­dir fə­zi­lət iz­ha­rı,
                Haq-təa­la bi­lir bu əs­ra­rı.

Gö­rün­dü­yü ki­mi, döv­rü­nün onu an­la­ma­yan adam­la­rı­nın di­lin­dən ve­ri­lən bu söz­lər­də heç də onun di­ni elm­lə­ri­nin sə­mə­rə­siz­li­yin­dən bəhs olun­mur, ək­si­nə, fəl­sə­fi bi­lik­lə­rin la­zım­sız­lı­ğın­dan da­nı­şı­lır. Odur ki, bu və­ziy­yət­dən yo­ru­lub-usa­nan şa­ir be­lə bir nə­ti­cə­yə gə­lir ki, əgər zə­ma­nə sə­nə uy­ğun­la­şa bil­mir­sə, gə­rək sən özün zə­ma­nə ilə ayaq­la­şa­san. “Mə­ri­fət şər­hin et­mə na­da­nə, Sə­ni ey­lər he­sab di­va­nə”, – de­yə oğ­lu­na mü­ra­ci­ət­lə ha­mı­nın an­la­ya bi­lə­cə­yi bir dil­də da­nış­ma­ğı məs­lə­hət gö­rür. De­mə­li, bu şe­ir­də Se­yid Əzi­min məq­sə­di heç də Şərq öl­kə­lə­rin­də əl­də et­di­yi bi­lik­lə­rin sə­mə­rə­siz­li­yin­dən söz aç­maq de­yil, ək­sə­riy­yət tə­rə­fin­dən an­la­şıl­ma­dı­ğı­nı bə­yan et­mək ol­muş­dur.

Se­yid Əzi­min tə­səv­vü­fi dün­ya­gö­rü­şü­nü ən yax­şı əks et­di­rən şe­ir­lə­rin­dən bi­ri:

           “Biz ol alu­de­yi-dər­dik ki, ca­mi-mey də­va­mız­dır.
             Əsi­ri-möh­nə­tik, mey­xa­nə­lər da­rüş­şə­fa­mız­dır.”

mət­lə­li qə­zə­li­dir. Dü­şü­nü­rük ki, bu qə­zəl S.Ə.Şir­va­ni ya­ra­dı­cı­lı­ğın­da tə­səv­vü­fü in­kar edib, onun li­ri­ka­sı­nı ta­ma­mən hə­yat eş­qi, re­al gö­zə­lə mə­həb­bət müs­tə­vi­sin­də təd­qi­qa­ta cəlb edən mü­əl­lif­lə­rin fi­kir­lə­ri­nə qar­şı ən mü­kəm­məl ar­qu­ment­dir.

            Olan va­qif özün­dən, eşq­də bi­ga­nə­dir biz­dən,
            Özün­dən kim­sə kim, bi­ga­nə­dir, ol aşi­na­mız­dır.

Bu şe­ir “su­fi kim­di­r?” sua­lı­na ve­ri­lə­cək ən yax­şı ca­vab­lar­dan bi­ri he­sab olu­na bi­lər. Be­lə ki, mü­əl­lif hər bir beyt­də “biz” de­yə ta­nıt­dı­ğı in­san­la­rın han­sı dün­ya­gö­rü­şə, dü­şün­cə­yə ma­lik ol­du­ğu­nu açıq­la­yır. Təd­qi­qat­çı K.Ernst su­fizm haq­qın­da ge­niş, əha­tə­li təd­qi­qat­la­rı­nın so­nun­da be­lə bir la­ko­nik nə­ti­cə­yə gə­lir: “Su­fi – o in­san­dır ki, o, yox­dur.” Hə­qi­qə­tən də, özü­nü onu ya­ra­da­na təs­lim edən aşiq bən­də, baş­qa söz­lə, su­fi özü­nün var­lı­ğı­nı unu­da­raq, yox­luq alə­mi­nə qərq olur, fi­zi­ki və cis­ma­ni is­tək və ar­zu­la­rı onun üçün ikin­ci də­rə­cə­li zöv­qə çev­ri­lir, bi­rin­ci yer­də Tan­rı­ya qo­vuş­maq, onun sev­gi­si­nə, vü­sa­lı­na na­il ol­maq du­rur.

               Rə­hi-ca­na­nə təs­lim ol­mu­şuq, əl çək­mi­şik can­dan,
               Şə­hi­di-xən­cə­ri-xun­ri­zi ol­maq müd­dəa­mız­dır.

              Nə gu­nə müş­gül ol­sa ka­mə yet­mək dəhr­dən, Sey­yid,
              Tə­vəh­hüm et­mə kim, pi­ri-mü­ğan müş­gül­gü­şa­mız­dır.

Öz ca­nı­nı ca­na­na – Ya­ra­da­na təs­lim edən aşiq sev­di­yi yo­lun­da öz qa­nı­nı tök­mə­yə ha­zır­dır. Tə­bii ki, beyt­də ifa­də olu­nan bu fi­kir mə­ca­zi mə­na da­şı­yır. Bu­ra­da “xun­riz” – qa­til, qan­tö­kən mə­na­la­rın­dan da­ha çox, özü­nün cis­mi­ni unu­dub, mə­nə­viy­ya­tı­nı təs­lim edən an­la­mı­na gə­lir. Bu məq­sə­di­nə çat­maq­da çə­tin­lik çə­kə­nə isə pi­ri-mü­ğan hər za­man yar­dım­çı­dır; hər bir su­fi ona yol gös­tə­rən mür­şi­din ar­xa­sın­ca ge­dir, onun tə­lim­lə­ri­nə əsas­la­nır, Haq­qa yet­mə­yin yol­la­rı­nı on­dan öy­rə­nir.
Su­fizm dün­ya­gö­rü­şü və su­fi haq­qın­da bil­gi­lə­ri­mi­zi ümu­mi­ləş­di­rər­kən be­lə bir qə­naə­tə gə­li­rik: bü­töv­lük­də İs­lam əx­la­qı ilə tər­bi­yə­lən­miş su­fi, ey­ni za­man­da, bu za­hi­ri bil­gi­lər­dən baş­qa, özü­nün his­set­mə qa­bi­liy­yə­ti ilə ba­ti­ni hə­qi­qət­lə­rə də bə­ləd ola bi­lən, Al­lah kə­la­mı olan Qu­ran­da­kı hər fik­ri yal­nız müs­tə­qim mə­na­sın­da de­yil, həm­çi­nin fi­kir­lə­rin föv­qü­nə qal­xa­raq an­la­yan kəs­dir. Haqq yo­lu­nu gös­tə­rən mür­şi­din (və ya şey­xin) ar­dın­ca get­mək­lə özü­nü tər­bi­yə­lən­di­rə­rək uca­lı­ğa can atan in­san yal­nız özü­nü unu­dub Tan­rı­ya ta­pın­maq və mə­nə­vi tə­miz­li­yə çat­maq­la ka­mil­lik sə­viy­yə­si­nə na­il ola bi­lir. Su­fi – var­lı­ğı eşq­lə yoğ­ru­lan Haqq aşi­qi, çat­maq is­tə­di­yi mə­qam saf­lıq, pak­lıq və tə­miz­li­yin zir­və­si olan yol­çu­dur. Su­fi bu fa­ni dün­ya­dan əl üzüb bə­qa alə­mi­nə – əbə­diy­yə­tə ümid bağ­la­yan, öm­rü­nü bu ümid­lə­ri­ni ger­çək­ləş­dir­mək üçün da­xi­li mü­ba­ri­zə­yə, öz nəf­si ilə ci­ha­da sərf edən mü­ca­hid­dir.         

           Əgər­çi su­rə­ti-ha­dis­lə­rik kim, ol­ma­rıq ba­qi,
           Fə­na­yi-müt­lə­qik, la­kin fə­na­yi-ol bə­qa­mız­dır.

Bu iki­cə mis­ra­da be­lə, su­fiz­min bü­tün məq­səd və mə­ram­la­rı öz ək­si­ni ta­pıb: şə­kil­cə ye­ni­dən zü­hur et­sək də, əbə­di de­yi­lik, müt­ləq fə­na­ya uğ­ra­ya­ca­ğıq, la­kin On­da fə­na­ya uğ­ra­ma­mız bi­zim əbə­diy­yə­ti­miz­dir. Tə­səv­vüf­də fə­na və bə­qa an­la­yış­la­rı in­sa­nın ru­hi-mə­nə­vi tə­ka­mü­lü­nün ən yük­sək mər­hə­lə­si he­sab olu­nur. İn­sa­nı fi­zi­ki bə­dən­də ya­ra­dan Al­lah onu qəs­dən sı­naq­lar və iz­ti­rab­lar do­lu mad­di hə­ya­ta məh­kum edib. Bu mad­di aləm­də in­sa­nın eh­ti­ras­la­rı və nəf­si onu Müt­ləq Var­lı­ğın möh­tə­şəm­li­yi­ni unut­ma­ğa, On­dan özü də hiss et­mə­dən uzaq­laş­ma­ğa sövq edir. Yal­nız möh­kəm ira­də­yə ma­lik olan bən­də özü­nün şey­ta­ni nəf­si­nə güc gə­lə­rək, da­xi­li tə­ka­mül nə­ti­cə­sin­də ka­mil­ləş­mə­yə, Ya­ra­da­na ru­hən ya­xın ol­ma­ğa mü­vəf­fəq olur. Gö­zün­də mad­di ne­mət­lə­rin si­lin­di­yi su­fi heç­li­yə uğ­ra­yır. Fə­na­ya uğ­ra­mış bən­də yal­nız in­sa­na məx­sus xü­su­siy­yət­lə­ri­ni tərk edə­rək İla­hi si­fət­lə­rə yi­yə­lə­nir – mad­di dün­ya­da İla­hi si­fət­lə­rin da­şı­yı­cı­sı ki­mi ya­şa­yır. Bun­dan son­ra bə­qa, yə­ni əbə­diy­yət gə­lir. La­kin bu­ra­da­kı fə­na – heç­lik an­la­yı­şı­nı Hind mis­ti­siz­mi olan Nir­va­na­da­kı ey­ni an­la­yış­la qa­rış­dır­maq ol­maz. Nir­va­na­da­kı heç­lik­dən fərq­li ola­raq, su­fizm­də in­sa­nın var­lı­ğı heç ol­mur, sa­də­cə, mən­fi key­fiy­yət­lər si­li­nə­rək mü­kəm­məl ola­na ye­ti­şir, in­san ila­hi si­fət­lər kəsb edir.
 
Ab­dul­lah Ən­sa­ri “Mü­na­cat”da ya­zır: “İla­hi! Mən uzun müd­dət Sə­ni ara­dım, am­ma özü­mü tap­dım, in­di özü­mü ara­yı­ram və Sə­ni ta­pı­ram.” İn­san ka­mil­li­yə ye­tiş­mə­si, İla­hi si­fət­lər kəsb et­mə­si üçün ilk növ­bə­də, bu is­tə­yə ma­lik ol­ma­lı, Al­la­hı ara­ma­ğa ça­lış­ma­lı­dır. Bu­nu sidq­lə is­tə­yən, ara­dı­ğı­na yet­mək üçün bu yol­da iti­rə­cək­lə­rin­dən qorx­ma­yan su­fi özü­nün fə­na­ya uğ­ra­ma­sı nə­ti­cə­sin­də bə­qa­ya na­il ola bi­lər. Be­lə­lik­lə, fə­na ha­lı qu­lun eqo­su­nun yox ol­ma­sı ilə tov­hi­din ger­çək­ləş­mə­si­dir.

                    Biz xa­zi­ni-əma­nə­ti-eş­qik ki, kird­gar,
                    Sən­du­qi-si­nə­miz­də qo­yub­dur əma­nə­tin.

Çox za­man iki fərd ara­sın­da­kı duy­ğu ki­mi an­la­şı­lan “eşq” kəl­mə­si tə­səv­vüf və tək­kə ədə­biy­ya­tın­da Al­lah sev­gi­si­ni ifa­də edir. Tə­səv­vüf ədə­biy­ya­tın­da eşq iki cür­dür: İla­hi­yə yö­nəl­miş hə­qi­qi eşq və dün­yə­vi sev­gi­ni eh­ti­va edən mə­ca­zi eşq. Ona gö­rə ikin­ci­si mə­ca­zi eşq he­sab olu­nur ki, ki­şi ilə qa­dı­nın, aşiq­lə mə­şu­qun ara­sın­da­kı sev­gi yal­nız bö­yük İla­hi eş­qin bir zər­rə­si­dir. Qar­şı cin­sə olan sev­gi in­sa­nın Ya­ra­da­na sev­gi­si yo­lun­da bir nər­di­van­dır. Odur ki, bu mə­həb­bət yo­lun so­nun­da ari­fi öz bö­yük məq­sə­di­nə – Tan­rı­ya çat­dı­rır. A.Şim­mel eşq fəl­sə­fə­si­nin tə­səv­vüf ədə­biy­ya­tın­da­kı ro­lu ba­rə­də ya­zır: “Eşq mis­ti­siz­mi­nin M.Qə­za­li, C.Ru­mi, F.İra­qi ki­mi bö­yük us­tad­la­rı dün­yə­vi sev­gi­ni Al­la­ha ita­ət­də pe­da­qo­ji təc­rü­bə ki­mi də­yər­lən­di­rir­di­lər; be­lə ki, dün­yə­vi sev­gi­li də (qa­dın) Al­lah ki­mi ab­sol­yut ita­ət tə­ləb edir.” Se­yid Əzi­min  qə­si­də­si­nin da­va­mın­da de­yi­lir.
 
                 Eşq ol­ma­say­dı, ol­maz idi hüsn müş­tə­hir,
                 Hüsn ol­ma­say­dı, eşq itir­miş­di şöh­rə­tin.
                 Ərz et­di hüsn alə­mə mə­şu­qe­yi-əzəl,
                 Eşq ey­lə­di qə­bul onun dər­dü-zəh­mə­tin.

 Ərəb di­lin­dən tər­cü­mə­də “gö­zəl­lik” mə­na­sı­nı ve­rən “hüsn” yal­nız Haq­da olan za­tın ka­ma­lı­dır. Tə­səv­vüf ədə­biy­ya­tın­da hüsn İla­hi gö­zəl­lik ol­du­ğu üçün kai­nat­da­kı bü­tün gö­zəl­lik­lə­rin ay­na­sı ki­mi qə­bul olu­nur, eşq isə hüs­nün aşiq qəl­bin­də ya­rat­dı­ğı mə­həb­bət duy­ğu­su­dur. Ya­ra­dan za­tın­da­kı hüs­nü­nü ta­nıt­dıq­ca, gö­zəl­lik­lə­ri Yer üzü­nə bəxş et­dik­cə bən­də aşiq olur – böyük eş­qin sə­bə­bi in­tə­ha­sız gö­zəl­lik­lər­dir. Qə­si­də­nin da­va­mın­da şa­ir ey­ni­lə “Xah Mu­sa da­mə­nin tut, xah İsa, ey fə­ta...” mis­ra­sı ilə baş­la­yan qə­zə­lin­də ol­du­ğu ki­mi, eş­qin sə­bəb­lə­ri­ni sa­da­la­yır: Xə­li­lin bir kəl­mə ilə od­dan qo­run­ma­sı, İsa­nın çar­mıx­dan azad edi­lib ru­hu­nun gö­yə qal­dı­rıl­ma­sı, Məc­nu­nun Ley­ni­nin hüs­nü ilə dər­bə­dər düş­mə­si sə­bəb­lə­ri­ni eşq­də gö­rür.
                 Hüsn idi Yu­si­fi elə­yən şöh­re­yi-ca­han
                 Eşq idi ar­tı­ran o Zü­ley­xa mə­həb­bə­tin.
 
Qu­ran­da adı çə­ki­lən və 12-ci su­rə­də haq­qın­da­kı ha­di­sə­lə­rin rə­va­yət olun­du­ğu Yu­sif tə­səv­vüf ədə­biy­ya­tın­da Ya­ra­da­nın hüs­nü­nün in­san­da tə­cəl­la et­mə­si­nin ən yax­şı nü­mu­nə­si­dir. Be­lə ki, rə­va­yə­tə gö­rə, Yu­sif elə gö­zəl imiş ki, onu gö­rən xa­nım­la­rın ağ­lı­nı ba­şın­dan apa­rır­mış. Mi­sir əzi­zi­nin xa­nı­mı Zü­ley­xa ona aşiq ol­sa da, Yu­sif onun sev­gi­si­ni ca­vab­sız qo­yur və Zü­ley­xa il­lər bo­yu həs­rət və əzab çə­kir. Uzun il­lər­dən son­ra qo­vuş­maq im­ka­nı ol­du­ğu za­man isə qa­dın Yu­si­fin ev­li­lik tək­li­fi­ni əv­vəl­cə qə­bul et­mək is­tə­mir. Çün­ki o, in­san sev­gi­si – mə­ca­zi eşq va­si­tə­si­lə əsl sev­gi­si­ni ta­pır – hə­qi­qi eş­qə na­il olur.  Be­lə­lik­lə, su­fi poe­zi­ya­sn­da Zü­ley­xa eşq yo­lun­da uzun əzab­lar­dan ke­çə­rək ru­hu tə­miz­lə­nən in­sa­nın ən gö­zəl ob­raz­la­rın­dan bi­ri­nə çev­ri­lir.
Şa­ir “ey şeyx” de­yə mü­ra­ci­ət edə­rək de­yir ki, bəhs et­di­yim eşq mə­ca­zi de­yil, onun hə­qi­qə­ti mə­caz­da­dır. Gö­rün­dü­yü ki­mi, su­fizm ədə­biy­ya­tı­nın əsas­la­rın­dan yax­şı xə­bər­dar olan Se­yid Əzim bu qə­si­də­də dün­yə­vi sev­gi­nin va­si­tə­si­lə eş­qi-ila­hi­yə çat­maq­dan bəhs edir.       

                    Ba­za­ri-hüs­nə aşi­qi-mis­kin­di müş­tə­ri,
                    Aşiq ki yox­du, hüsn mə­taı kə­sad olur.

 Al­lah-Təa­la kai­na­tı Özü­nü ta­nıt­maq, hik­mə­ti­ni in­san­la­ra çat­dır­maq üçün ya­ra­dıb. Qu­ran ayə­sin­də de­yi­lir: “Mən cin­lə­ri və in­san­la­rı an­caq Mə­nə iba­dət et­mək üçün ya­rat­dım.” Se­yid Əzim də de­yir ki, İla­hi­nin hüs­nü­nün ta­nın­ma­sı, se­vil­mə­si üçün aşi­qin möv­cud­lu­ğu va­cib­dir. Se­vən ol­maz­sa, se­vi­lən də ol­maz, aşiq ol­maz­sa, sev­gi­li­nin hüs­nü­nün şöh­rə­ti də ol­maz. Qə­zə­lin da­va­mın­da şa­ir de­yir ki, Yu­si­fin hüs­nü­nü aləm­də məş­hur edən də Zü­ley­xa­nın eş­qi ol­du.

                      Eşq­dir ol qüv­ve­yi-ca­zib ki, xa­ki-Mək­kə­dən
                      Et­di cis­mi-ün­sü­riy­yi-Əh­mə­di ər­şa­şi­na.

                      Eşqdir kim ki, edər va­diy­yi-ey­mən­dən xü­ruş,
                      Eşq­dir kim ki, di­rəx­ti-Tur­dən ey­lər ni­da.

İs­tər İsa yo­lu­nu, is­tər­sə də Mu­sa yo­lu­nu tut, fərq et­məz, iki­si də Al­la­hın yo­lu­dur –  əsas odur ki, Fi­ron ki­mi ka­fir ol­ma, İla­hi eş­qi təq­lid et. Qu­ra­nın “Əl-İs­ra” su­rə­si­nin I ayə­sin­də de­yi­lir: “Də­lil­lə­ri­miz­dən bə­zi­si­ni ona ( Pey­ğəm­bə­rə) gös­tər­mək üçün Öz qu­lu­nu ge­cə vax­tı Məs­ci­dül­ha­ram­dan ət­ra­fı­na xe­yir-bə­rə­kət ver­di­yi­miz Məs­ci­dü­ləq­sa­ya apa­ran Al­lah pak və mü­qəd­dəs­dir...” Bu ayə­yə is­ti­nad edən Se­yid Əzim qeyd edir ki, Mə­həm­məd pey­ğəm­bə­rin (s.) Al­la­ha ya­xın bir mə­qa­ma apa­rıl­ma­sı – me­ra­cı da eş­qin gü­cü­nə müm­kün ol­muş­dur. Qu­ra­nın “Əl-Qə­səs” su­rə­sin­də Mu­sa­nın pey­ğəm­bər­li­yi ilə bağ­lı əh­va­lat yer alır və 30-cu ayə­də de­yi­lir ki, öz ailə­si üçün od gə­tir­mək­dən öt­rü da­ğın ətə­yi­nə gə­lən Mu­sa “Ey Mu­sa! Aləm­lə­rin rəb­bi olan Al­lah mə­nəm!” de­yə ni­da eşi­dir. İs­lam di­ni­ni və onun mü­qəd­dəs ki­ta­bı­nı mü­kəm­məl bi­lən şa­ir Ya­ra­da­nın bu ni­da­nı öz se­vim­li bən­də­si­nə eşit­dir­mə­si sə­bə­bi­ni də eşq ola­raq gö­rür.

                    Hər yer­də­dir xu­da­yi-əhəd nu­ru cil­və­gər
                    Vəh­dət gö­zi­lə bax, bi­lə­sən sir­ri-vəh­də­tin.

 “Vəh­dət” – ərəb mən­şə­li söz olub, bir­lik de­mək­dir; Al­la­hın bir­li­yi mə­na­sın­da ba­şa dü­şü­lür. “Vəh­də­ti-vü­cud” fəl­sə­fi tə­li­mi­nə gö­rə, kai­nat­da nə var­sa, ha­mı­sı Müt­ləq Var­lı­ğın ta­nın­ma­sı üçün möv­cud­dur, yə­ni  hər şey Onun müx­tə­lif mad­di var­lıq­lar şək­lin­də tə­za­hü­rü­dür. Ta­nın­mış İs­lam ali­mi İbn Tey­miy­yə su­fizm tə­li­mi­ni bu söz­lər­lə ifa­də et­miş­dir: “Xəlq edil­miş şey­lə­rin var­lı­ğı Xa­li­qin var­lı­ğın­dan baş­qa bir şey de­yil­dir; hər şey İla­hi vü­cud­dan xəlq olur ki, ən nə­ha­yət, bu vü­cu­da qa­yıt­sın.” Son­ra­dan mü­əy­yən də­yi­şik­lik­lə­rə uğ­ra­sa da, tə­səv­vüf ide­ya­la­rı bi­la­va­si­tə İs­lam zə­mi­nin­də ya­ran­mış­dır. Odur ki, kai­nat­da möv­cud olan mad­di var­lıq­la­rın Ya­ra­da­na qa­yıt­ma­sı fik­rin­də də Qu­ra­na is­ti­nad edil­miş­dir: “Al­la­hı ne­cə in­kar edir­si­niz ki, siz ölü idi­niz, O, si­zi di­­rilt­­di­­? Son­ra O si­zi öl­dü­rə­cək və ye­nə di­ril­də­cək, da­ha son­ra isə siz ye­nə Ona qay­ta­rı­la­caq­sı­nız.” Ya­xud, “Məş­riq də, məğ­rib də Al­la­hın­dır! Han­sı səm­tə yö­nəl­sə­niz, Al­la­hın Üzü ora­da olar. Hə­qi­qə­tən, Al­lah hər şe­yi əha­təe­dən­dir, bi­lən­dir.”

Odur ki, yu­xa­rı­da nü­mu­nə gə­tir­di­yi­miz beyt­də­ki “vəh­dət” kəl­mə­si Ya­ra­da­nın bir­li­yi­nə işa­rə­dir: ha­ra­ya bax­san, Tan­rı­nı gö­rər, bir­li­yi­nin sir­ri­ni an­lar­san, çün­ki Ya­ra­dan hər yer­də­dir. “Vəh­də­ti-vü­cud” nə­zə­riy­yə­si Al­la­hın bir­li­yi fik­ri­nə əsas­la­na­raq, On­dan baş­qa bir var­lı­ğın ol­ma­dı­ğı­nı dərk et­mək­dir. “Vəh­də­ti-vü­cud zövq­lə əl­də edi­lir, ya­şa­na­raq bi­li­nir. Ki­tab oxu­na­raq öy­rə­ni­lən bir fəl­sə­fi sis­tem de­yil. Vəh­də­ti-vü­cu­du zövq­lə əl­də edən sa­lik hə­qi­qi var­lı­ğın bir ol­du­ğu­nu, bu­nun da Haq­qın var­lı­ğın­dan iba­rət ol­du­ğu­nu, Haqq və Onun tə­cəl­li­lə­rin­dən baş­qa bir şe­yin möv­cud ol­ma­dı­ğı­nı bi­lir.” (E.Ce­be­ci­oğ­lu) Bu nə­zə­riy­yə­yə gö­rə, İla­hi var­lıq müt­ləq var­lıq­dır, mad­di aləm isə xə­yal­dan baş­qa bir şey de­yil­dir; o yal­nız Al­la­hın köl­gə­si­dir. Be­lə ol­du­ğu təq­dir­də Müt­ləq Var­lı­ğı əks et­di­rən mad­di aləm həm də Haq­qın özü­dür. Çün­ki Al­lah ya­rat­dı­ğı bü­tün mad­di var­lıq­lar­da tə­cəl­li et­miş­dir. “Vəh­də­ti-vü­cud”u qə­bul edən su­fi­lər pis­lik və yax­şı­lı­ğın nis­bi ol­du­ğu­na ina­nır­lar. Çün­ki mad­di alə­min əks olun­du­ğu Müt­ləq Var­lı­ğın za­tı yal­nız xe­yir­dən iba­rət ol­du­ğu üçün alə­min də əs­li­ni yal­nız xe­yir təş­kil edir. Al­la­ha ağıl və id­rak­la ta­pı­nan, bö­yük bir eşq­lə se­vən sa­lik öz ürə­yi­ni, ru­hu­nu hər cür pis­lik­lər­dən arın­dı­ra­raq öz za­tı­nın əs­li­nə qa­yıt­mış olur. Bü­tün möv­cu­diy­yət­də tə­cəl­li edən Al­la­hı hər yer­də, yə­ni onun ya­rat­dıq­la­rın­da gör­mək müm­kün­dür. Bu­nun­la be­lə, han­sı səm­tə ba­xıl­sa, ora­da gö­rü­lə bi­lə­cək İla­hi Var­lıq həm də giz­li və dər­ko­lun­maz­dır, yə­ni in­san şüu­ru Ya­ra­da­nın hə­qi­qi za­tı­nı dərk et­mək­də aciz və qüv­və­siz­dir.
 
Se­yid Əzi­min elə şe­ir­lə­ri var ki, ora­da mət­nin su­fi sim­vol­la­rı ilə, ya­xud müs­tə­qim mə­na­da ya­zıl­dı­ğı mü­ba­hi­sə do­ğu­rur. Bu, ümu­miy­yət­lə, poe­tik ifa­də for­ma­sı­nın va­cib xü­su­siy­yət­lə­rin­dən bi­ri­dir. Xü­su­si­lə də, klas­sik poe­zi­ya nü­mu­nə­lə­ri han­sı for­ma­da, janr­da ya­zıl­ma­sın­dan ası­lı ol­ma­ya­raq, mətn eti­ba­ri­lə, əsa­sən,  çox­mə­na­lı olur. “Poe­zi­ya­nın es­te­tik də­yə­ri onun çox­mə­na­lı­lıq və hət­ta zid­diy­yət ya­rat­maq ba­ca­rı­ğın­da­dır ki, bu­nun da nə­ti­cə­sin­də oxu­cu və ya din­lə­yi­ci ey­ni fik­ri müx­tə­lif cür qav­ra­ya bi­lir.” (A.D.Knış) Unut­maq ol­maz ki, poe­zi­ya ədə­bi sə­nət nü­mu­nə­si­dir, sə­nət isə hə­mi­şə fan­ta­zi­ya­la­ra, müx­tə­lif va­ria­si­ya­la­ra açıq­dır. Onu nə də­qiq mən­tiq əsa­sın­da yaz­maq, nə də hə­min mən­ti­qə əsa­sən izah və ya şərh et­mək olar. İs­tər poe­tik, is­tər­sə də mis­tik təc­rü­bə fak­ti­ki de­yil, da­ha çox emo­sio­nal məz­mu­na ma­lik olur. Odur ki, onun oxu­cu­ya tə­si­ri, ey­ni za­man­da, oxu­cu­nun onu ne­cə qə­bul et­mə­sin­dən də çox ası­lı­dır. Bə­zən oxu­cu poe­tik nü­mu­nə­ni elə bir şə­kil­də qav­ra­yır ki, onu fik­rən ta­ma­mi­lə özü­nün­kü­ləş­di­rir və məhz an­la­dı­ğı şə­kil­də ya­zıl­dı­ğı­na əmin olur. Ey­ni fik­ri Se­yid Əzi­min oxu­cu­la­rı­na da aid et­mək olar. Biz onun poe­zi­ya­sı­nı yal­nız bi­zə ay­dın olan mət­ləb­lər əsa­sın­da izah edə bi­li­rik. Fəqət ola bi­lər ki, şai­rin nə­zər­də tut­du­ğu mət­ləb­lər xey­li fərq­li­dir.
 
 
 
Müəllif: Mətanət Vahid
Mənbə: edebiyyatqazeti.az

0 şərh