Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Poçt qutusu | Cəlil Məmmədquluzadə

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:
 
“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
 
Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.
Davamı →

Azərbaycan poeziyasında sərbəst şeir vəzni

Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz tərəfindən tez-tez işlədilən vəznlərdən biri də sərbəst şeir vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, hecavəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca vəznində iki və daha artıq misralar arasında və ya çarpaz şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə sərbəst şeirdə dalbadal da işlənə bilər.


Davamı →

Ayaqlarım üşüyürdü | Aytən Cavanşir

Ondan yalnız xoşum gəlmirdi, onu ilahiləşdirmişdim… Hər axşam evə gəlir, köhnə kitablarla dolu havasız, dar otağıma girir, divarın o tayından onun qoyduğu mahnıları eşidərək ilhamlanıb musiqilərimi bəstələməyə başlayırdım. Mən Elisanın musiqisi, milyonlar isə mənim musiqilərimin sədaları altında rahatlıq tapırdı. Bəlkə, hətta kimlərsə mənim bəstələrimdən ilham alaraq şeirlər yazır, xəyallara dalır və yaxud qətl planını hazırlayırdı...

Bir anlıq təsəvvür edəndə ki, Elisa qonşuluğumuzdan köçə bilər, dəli olurdum. Bu fikri ağlımın ucundan belə keçirə bilməzdim. Saat neçədə evə gəldiyini də öyrənmişdim. Odur ki, harda oluramsa-olum, özümü həmin vaxta çatdırırdım. Təki onunla liftə eyni vaxtda daxil ola bilim və heç olmasa, yarım dəqiqə də olsa, onunla ünsiyyətdə olub, bahalı ətrini hiss edim, qoxulayım. Hər dəfə onu görəndə qəribə həyəcan hissi yaşayırdım. Həyəcan, qorxu və… ümidsizlik. Elisa nə vaxtsa mənə məxsus ola bilərdimi? Məncə, yox...

Liftin qarşısında onu görər-görməz mənsiz minməsin deyə təngnəfəs ona sarı qaçırdım. Görəsən, Elisa anlamışdı ki, ondan xoşum gəlir? Elə səfeh görünürdüm ki… Xüsusən də, onu görərkən otuz iki dişimi ağardıb: “O siz də buradasınız?” kəlmələrini işlədərkən. Bilmirəm, məni səfeh hesab edirdi ya yox, ancaq biz artıq tanış olmuşduq. Artıq mənim yaxınlaşdığımı görüb gülümsəyirdi. İlahi, onun təbəssümü necə də gözəl idi! Mən bu təbəssümə görə bütün dünyanın altını üstünə çevirməyə hazır idim. Di gəl, o bunu istəyərdimi? Məncə, yox…


Ardı →

Əyri evin qadını | Rasim Qaraca

Kişi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. 

Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. 

Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. 

Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç kimsənin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı artıq neçə illərdir sürdürür.

Çatı üzərində sağa-sola, yuxarıya-aşağıya doğru var-gəl edir, siqaret çıxarıb yandırır, qəzet götürüb kresloya çökür və oxumağa başlayır, bu zaman qara bir milçək uçub gəlir, vızzz, onu narahat edir, kişi tələsmədən ayağa qalxıb milçəyi öz evindən qovur – çatının bütün ərazisi onundur.

Yaşadığı bu evin neçə mərtəbə olduğunu özü də bilmir, lakin çox yüksək bina olduğundan əmindir, çünki küçədə gəzişən adamlar buradan qara nöqtə kimi görünür.

Bir qarğa evin bacasına qonur, yumurtlayır, bir neçə dəqiqə qarıldadıqdan sonra uçub gedir. 

Yumurta diyirlənib yerə düşə-düşdə kişi əyilib onu götürür, qayğanaq bişirir.
Ardı →

Sevdasız aylar (II hissə) | Salam Qədirzadə

Müəllif
   Elektrik qatarının tәkәrlәri relslәri yeknəsәqliklə döyəclәyirdi. Sevda açıq pәncәrә qabağında oturmuşdu. Sәfillәri oxuyurdu. İçәri dolan yel nadinc uşaq kimi şıltaqlıq edirdi; qızın tellәrini dağıdıb sifәtinә sәpəlәyir, onun mütaliәsinә mane olurdu. Havanın sәrin nәfәsindәn gaһ şor suyun, gaһ neftin kәsif qoxusu duyulur, gaһ da Abşeron barlarındakı meynәlәrin, әncir, nar ağaclarının payız әtri gətirirdi. Dәniz mövsümü sona yetdiyindәn vaqonda sәrnişin az idi.
Sevda kitaba elә qapılmışdı ki, qorxurdu düşәcәyi stansiyanı ötüb keçә, xәbәri olmaya. Әsәrin tәsirindәn ayrıla bilmirdi. Hәrdәn başını qaldırıb gözlәrini uzaqlara dikәrək fikirlәşirdi. Fikirlәşirdi ki, bu yazıçılar arı kimi bir mәxluqdur. Arı öz pәtәyindәn çox-çox uzaqlara uçur… Çöllәrdәki güllәrә-çiçәklәrә qonub zәrrә-zәrrә şirә çәkir. Sonra şanasına qayıdaraq әtirli bal yaradır… Yazıçılar da alәmi gәzib-dolanır, görüb-götürür, nәһayәt, iş otağına tәləsәrәk qalın-qalın maraqlı әsәrlәr yaradır. Onların isә şanası kitabdır, balları söz.
Ardı →

Atasıyla yaşıd qız

Atam orta yaşda olanda mən uşaq idim. O məni indi düşündürən mövzulardan danışardı, mən də boş-boş suallar verərdim. Atam bilirdi ki, gün gələcək, mən böyüyüb onu anlayacağam. Mən tələsirdim ki, tez böyüyüm. Özümə söz verirdim ki, böyüyəndə yazıçı olacağam və atamın mənə danışdıqları, ən çox da  müharibə illərinə düşmüş kədərli uşaqlığı haqda roman yazacağam.

Mənim böyüməyim uzun çəkdi. Uşaqlıqda atamı anlamadım, gənclikdə qəbul etmədim; gah radikallıqda, gah pessimizmdə qınadım. Orta yaşa çatıb onu anlamağa başlayanda isə artıq gec idi.


Ardı →

106 manatlıq maaş kartı

Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.

Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü;  elə bil önümdəki elektron lövhəcik indicə  bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.

Məbləğ məni  elə də  narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta  daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.

Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində  gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli  gödəkcə məni mağazaya girməyə vadar etdi.


Ardı →

Duz | İsi Məlikzadə

duzSeymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.
— Al, hələlik bunu xərclə…
Seymur səliqə ilə bükülmüş pulun arasını açdı. Üç dənə qırmızı onluğu görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı. Ayrılıq dəqiqələrində ürəyini sarmış kövrəklik əriyib getdi.
Deyəcəyi vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Gözucu anasının ciblərinə baxdı. «Bəlkə yenə verdi?.. Bəlkə…»
Firuzə sanki oğlunun titrəyən barmaqlarını görməmək üçün üzünü döndərdi.
Baxışları həsir zənbilin üstündə dolandı:
Ardı →

Dahilərlə döyüş | Aslan Quliyev

Qapı ağzında bir anlığa ayaq saxladı, ağır taxta qapıları aliminium qapılarla əvəz eləmişdilər, süni, sintetik qoxular, işıltılı, adamı sıxan rənglər də yeniydi. Pilləkənə ayaq basmaq istəyəndə arxadan amiranə səs eşidildi.
— Hara?

Geri döndü, arxada bir polis dayanmışdı, baxışlarında, görkəmində yeri, göyü yaratmaq iddiası vardı, sanki onu oğurluq üstə yaxalamışdı.
  — «Şəfəq» jurnalına, — doğrudan da oğurluq üstə yaxalanan adam kimi pərt halda dedi və əməlinə  haqq qazandırmağa cəhd elədi. – Hekayə gətirmişəm.
  — Bəs onda biz burda nə üçün durmuşuq? – polisin səsində kinayə duyulurdu. – Ordan sənin üçün zəng eləməlidilər.


Ardı →

"Postmodern azadlıq" (Hekayə)

Yağış şırhaşırla yağırdı. Tövlənin damına tökülən damlalar içəri süzülüb başımıza tökülmək üçün bir-birilə dalaşırdılar.
Sol tərəfimdəki şüşəsiz pəncərədən bayırı görə bilirdim. Gözəl idi.
Amma bizə yağış gözəllik demək deyildi. Üstümüzdəki və tövlədəki qığlarla peyinləri birləşdirib damdan daman sularla gözümüzə səpirdi.
Yağış yağanda tövlədə yaşadığımı bütün vücudumla hiss edirdim.
Soyuq olurdu və anam məcbur qalırdı məni və qardaş-bacılarımı bir yerə yığsın.
Həmişə istəmişdim yağış altında dayanıb doyunca məəə eliyəm.
Ardı →