Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı
Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», "İkinci il", «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», "Əskik alıb, artıq satan tacir", «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa və Tülkü» təmsilini qələmə almışdır.
Davamı →