Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

42 üzv, 234 topik

Xalqın yazıçısı - İsmayıl Şıxlı

İsmayıl Şıxlı haqqında xatirə yazmaq ehtiyacı qarşıma çıxmışdır. Nədən başlamaqda, nələri əhatə etməkdə çətinlik çəkirəm. O İsmayıldan söhbət açmalıyam ki, əsrimizin əllinci illərində ədəbiyyatımıza çox sürətlə daxil olmuş, əsərlərinin sayından daha artıq keyfiyyətinə görə bu meydanda sürətlə aparıcı şəxsiyyətə çevrilmişdir. O İsmayıldan ki, uzun müddət ədəbiyyatımızın təşkilatçısı mövqeyində görünmüşdür. O İsmayıldan ki, nəhəng S.Vurğunun, M.Hüseynin, O.Sarıvəllinin, M.İbrahimovun, S.Rəhimovun, Ə.Əbülhəsənin, R.Rzanın, M.Rahimin müasiridir, həmin şəxsiyyətlərlə birgə sənətin yönünü, milli-mənəvi əsaslarını müəyyənləşdirməkdə iştirak etmişdir. O İsmayıldan ki, söz sənətimizin monumental abidəsi hesab edilən «Dəli Kür» romanının müəllifidir. O İsmayıldan ki, təmizlik, paklıq mücəssiməsi idi, şəxsiyyət kimi yazdıqlarından — ədəbi xidmətlərindən çox-çox yüksəkdə dayanırdı. O İsmayıldan ki, 37 il həyatı sərasər həyatımın tərkibində olmuşdur.

Davamı →

Nizami ili Azərbaycan nizamişünaslığını müasir səviyyəyə qaldıracaq

Prezident İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada il boyu təntənə ilə qeyd edilməsi ilə bağlı  yaxın günlərdə imzaladığı sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.

Davamı →

Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlu

Hardan başlayım?
Son kitabındakı şəklindən...
Yusif Səmədoğlunun əksi olan bir çox fotolar görmüşəm.
Amma son kitabındakı fotosu Yusifin körpəliyini də, uşaqlığını da, gəncliyini də ahıllığını da özündə əks etdirir. Yusifin bütün dünyası — həm daxili, həm də zahiri gözəlliyi, müdrikliyi və alicənablığı, bəy ləyərəli — Vəkilovlardan gələn ləyaqəti, böyük ziyalılığı, məhz Yusif Səmədoğluya məxsus təbəssümü həmin fotoda əks olunub.

Davamı →

Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair

XX əsr Azərbaycan poeziyasını ötəri bir baxışla gözdən keçirdikdə keçən yüzillikdə şeirimizin öz varlığını formal-metrik baxımdan üç istiqamətdə davam etdirdiyini görürük: klassik Şərq divan şeirimizin ənənələrinə sadiq qalaraq əruz vəznində yazılan milli şeirimiz (türk əruzunda); folklordan, şifahi xalq ədəbiyyatından qaynaqlanan heca şeiri; və bir də ulu soyumuzun «Dədə Qorqud» kimi ərarəngiz mətnlərində nümunələri olan, amma sonrakı yüzillərdə arxa plana keçən, unudulan, türkün azad ruhuna xas olan sərbəst şeir (verlibr). XX əsrdə «birinci yol»da Sabir, Cavid, Səhhət, Vahid kimi nəhənglər, «ikinci yol»da isə Səməd Vurğun və Süleyman Rüstəm kimi böyük şairlər yazıb-yaratdılar. "Üçüncü yol«da ardıcıl yazıb-yaradan, özündən sonra böyük məktəb qoyan bir əsas şairimiz isə Rəsul Rza oldu.

Davamı →

Azərbaycan milli hökumətinin yaşı

Mərziyə Əhmədi Üskui (Dalğa) Cənubi Azərbaycan xalqının bütünlüklə ayağa qalxıb azadlıq uğrunda mübarizə bayrağını ucaldaraq Azərbaycan Milli Hökumətini yaratdığı 1945-ci ildə Təbriz şəhərinin Üsku qəsəbəsində dünyaya göz açıb. Bu elə bir il idi ki, Cənubi Azərbaycanın siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatında çox mühüm dəyişikliklər edən Milli Hökumət kəndliyə torpaq, fəhləyə iş vermiş, kişilərlə qadınların hüquqlarını bərabərləşdirmiş, Azərbaycan dilini rəsmi  dövlət dili elan etmiş və xalqın mədəni sərvətlərini özünə qaytarmışdı. Təbrizdə Milli Məclis  təşkil etmiş, şəhər və kəndlərdə məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının yaradılması sahəsində çox təsirli tədbirlər görmüşdü. Qısa müddətdə ana dilində nəşrə başlamış bir çox qəzet və jurnallar ətrafına ədəbi qüvvələri toplayaraq bir mərkəz kimi fəaliyyət göstərməyə, Azərbaycan şair və yazıçılarının əsərləri işıq üzü görməyə başlamışdır.

Davamı →

Qadın- Şiringül Musayeva

 
 Çoxdandır  həyatının dadı-duzu, mənası itib, eləcə bozumtul, yeknəsəq günlər yaşayır. Hər tərəfdə bir bozumtulluq var və bu bozumtulluq ev əşyalarına belə yansıyıb .Bax, bu kitab şkafındakı kitablar da,  qarderobdakı paltarlar da, bu divan və oturacaqlar da bozarıb.

Hətta, sir-sifəti, saçları belə bozarıb, yanağında bir qırıq qızartı qalmayıb, gözlərinin içində böyük bir kədər və ümidsizlik gizlənib .

 Hər axşam özünə söz verir: olmaz belə, səhər mütləq yeni  enerji ilə yeni həyata başlayacaq, həyata təslim olmayacaq. Hələ ömür yarı deyil, lap tutaq ki, yarıdır, beş –on il ömrü qalıb ...olarmı belə dadsız-duzsuz, mənasız həyat keçirtmək? Ehtiyaclara, kasıblığa, çətinliklərə məğlub oldu .Harda qaldı göy üzündə pərvaz edən xəyalları, çətinliklərə sinə gərən, onlarla qartal kimi vuruşan iradəsi?


Davamı →

İlham Əliyev və Azərbaycan ədəbiyyatı

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın layiq olduğu halal haqqı idi. Müstəqilliyimizin qazanılmasında ziyalıların və qələm adamlarının payı olduğu kimi, onun qorunub saxlanılmasında da yazarlarımızın töhfəsi inkaredilməzdir.
Onlar milli mücadilədə öndə gedərkən, bəlkə də, heç düşünməmişdilər ki, vaxt gələr həmin əziyyətləri dövlət səviyyəsində dəyərləndirilər. Bu həqiqətlər və faktlar müstəqil dövlətimizin başçılarımız – Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən təsdiqini tapdı. Çünki ziyalıların və söz adamlarının dəyərini bilən Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etmişdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə həm bədii ədəbiyyata və yazarlara, həm də ədəbiyyatşünaslıq elminə, alimlərə dövlət qayğısı sözün qüdrətini daha da artırdı.

Davamı →

Bəxtiyar Vahabzadə poeziyasının sirri

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik «Mən”i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın — Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Davamı →

Klassik filoloq alim - Əziz Mirəhmədov

Əziz müəllim 1920-1930-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş elə alimlərin yaratdıqları məktəbin tələbəsi və davamçısı idi ki, onlar universal təfəkkür sahibi olmaqla ədəbiyyata tarixi, fəlsəfi, estetik, linqvistik və tekstoloji problemləri özündə cəmləşdirən əhatə dairəsində nəzər yetirirdilər. Əziz müəllimin dərs aldığı Həmid Araslı, Mir Cəlal, Feyzulla Qasımzadə, C.Xəndan, Əli Sultanlı, M.Cəfər 1920-1930-cu illər Bakı Universitetində dərs demiş məşhur alimlərin yetirmələri olmuşdular. Bakı Universitetini təşkil etmiş Razumovskinin dəvəti ilə burada çalışmış dövrünün görkəmli alimləri A.Ziffeld, V.Zummer, N.Mar, Vyl. İvanov, A.Makovelski, A.Bukşpan, N.Aşmarin və başqaları bu ali təhsil ocağını mötəbər elm mərkəzinə çevirdilər.

Davamı →

Söz mülkünün Şəhriyarı haqqında poema

Onu tanıyandan Xaqanini nə qədər çox sevdiyini yaxşı bilirdim. Xaqanidən birnəfəsə dediyi şeirlər, bəhs etdiyi mətləblər bu sevginin həm də bir dirçəyə dayandığını göstərirdi. Axı Xaqani, doğrudan da, təkcə Azərbaycanın deyil, ümumən, Şərqin ən qüdrətli və böyük dühalarından biri idi: o, qəsidə ustadı idi, ilk poema müəllifi idi, intibah dövrünün simalarından idi, üsyankar və mübariz şair idi və s. Onu ədəbiyyatın, şeir və sənətin Günəşi, Xaqanı deyə öyənlər də haqlı idilər.

Davamı →