Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

42 üzv, 222 topik

“Aldanmış kəvakib” povestinin təhlili

M.F.Axundzadə 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Əsərin mövzusu, süjeti İran tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Mənbələr üzrə aparılan araşdırma əsərin mövzusu barədə əhatəli fikir deməyə imkan yaradır.

Əsərdə maraqlı insan obrazları yaradılmışdır. Onların fərdi xüsusiyyətləri ilə yanaşı, oxşar xüsusiyyətləri də vardır. Yusif Sərracla Şah Abbasın müqayisəsi onların xarakter, davranış, həyata baxışları arasındakı fərqin aşkara çıxarılmasına imkan yaradır.


Davamı →

“Koroğlu” dastanı

XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.


Davamı →

Məni candan usandırdı | Məhəmməd Füzuli

“Məni candan usandırdı...” həm ideya məzmununa, həm də bədii keyfiyyətlərinə görə klassik şeirimizin ən dəyərli nümunələrindən biridir. XVI əsrin məhsulu olan bu əsər dilinin şirinliyi və cəlbedici olması baxımından da müasir oxucunu valeh edir. Ondakı alınma sözlər məzmunun başa düşülməsinə mane olmur.

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?


Davamı →

Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.

O, yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir.


Davamı →

Nəcəf bəy Vəzirov

Nəcəf bəy Vəzirov Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Atası xəstə olduğu üçün ailəni dolandırmaq kimi ağır vəzifə anası Mina xanımın öhdəsinə düşmüşdür. Ailədəki çətinliklərə baxmayaraq, fərasətli, zəkalı Nəcəf təhsil almaq fikrindən dönməmiş, yaşadığı cansıxıcı, kədərli mühiti tərk edib oxumaq üçün Bakıya gəlmiş, realnı gimnaziyada təhsil almışdır. Onun dünyagörüşünün inkişafında gimnaziyada dərs deyən Həsən bəy Zərdabinin mühüm rolu olmuşdur. Təhsilini davam etdirmək üçün Sankt-Peterburqa gedib universitetə daxil olsa da, oranın havası səhhətinə düşmədiyi üçün təhsilini Moskvada Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında davam etdirmişdir. Akademiyadakı inqilabi əhvali-ruhiyyə, məşhur alimlərin dərsləri onda mütərəqqi baxışların formalaşmasına ciddi təsir etmişdir


Davamı →

Qasım bəy Zakir

Qasım bəy Zakir Qarabağ mahalının Şuşa şəhərində bəy ailəsində dünyaya gəlmişdir. Mollaxanada təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Çox sevdiyi aşıq poeziyası ilə bərabər, Şərqin böyük klassiklərinin əsərlərini də sevə-sevə oxumuş, ilk şeirlərini Füzuli yaradıcılığının təsiri altında yazmışdır.

Firidun bəy Köçərli xatirələrə əsaslanaraq Zakiri “xoşsurət, xoşsima… uca qamətli… rəhmli və mürüvvətli bir adam” kimi səciyyələndirir, onun sadə, nəcib təbiətə malik insan olduğunu yazırdı. Şair ömrünün çoxunu Xındırıstan kəndində yaşamış, təsərrüfatla məşğul olmuşdur. O, bu kəndin cüzi gəliri ilə sadə həyat sürmüşdür.


Davamı →

Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.


Davamı →

"Guş qıl" | Seyid Əzim Şirvani

Seyid Əzim Şirvaninin ictimai məzmunlu şeirlərinin içərisində insanları musiqidən zövq almağa səsləyən “Guş qıl...” müxəmməsinin ayrıca yeri var. Şair oxucunu musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsarət təbliğatçılarının — zahidlərin boş, “əfsanə” sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə, tar çalmaq, rəqs etmək riyakar, cəhalətpərəst ruhanilərin iddia etdiyi kimi, günah deyil. İnsan musiqidən həzz almalı, musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır.


Davamı →

Seyid Əzim Şirvani. Həyat və yaracılıq yolu

Qədim Şamaxı şəhərində ruhani ailəsində dünyaya gələn Seyd Əzim atasını kiçik yaşlarında itirmiş, anasının himayəsində yaşamışdır. Dağıstanın Yaqsay kəndində hakimlik edən ana babası Molla Hüseyn onu yanına aparmış, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Burada on bir il yaşayan, ərəb, fars dillərini öyrənən Seyid Əzim 1853-cü ildə anası ilə birlikdə doğma şəhərlərinə qayıtmışdır. Ruhani olmağı arzulayan Seyid Əzim bir müddət burada oxumuş, daha mükəmməl təhsil almaq məqsədi ilə İraqa getmişdir. Əvvəlcə Nəcəf və Bağdadda, sonra isə Suriyanın Şam şəhərində ali ruhani mədrəsəsində oxumuşdur. O, vətəninə qayıtdıqdan sonra ruhaniliklə məşğul olmamış, müəllimlik etmişdir.


Davamı →

Pəri | Molla Pənah Vaqif

Vaqifin qoşmaları içərisində “Pəri”nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustalıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına az təsir etmir.

Mükəmməl təşbeh, epitet, təkrir, alliterasiya, assonans, frazeologizm, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik və obrazlılıq gətirmişdir.

“Pəri” qoşması həm ideya-məzmununa, həm də bədii xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Mətnin üzərində müşahidələri dərinləşdirməklə, mənbələrin əsasında araşdırma aparmaqla bu barədə əhatəli fikir yürütmək mümkündür.


Davamı →