Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Nağıllar-Şiringül Musayeva

Nağıllar

Tutbitin nağılı  1-ci nağıl

 

 Biri var idi, biri yox idi bir Tutbit quşu var idi. Bu Tutbit hələ balaca idi . Anası ilə kiçik bir bağda yaşayırdı . Mart ayıydı, hava soyuq və sazaqlı keçirdi . Ana Tutbit bala Tutbit ilə bütün günü bağda hərlənir, ağac qabıqları, yerə tökülmüş xəzəllər arasından keçən ildən qalma bitki toxumları , meyvə qalıqları taparaq dənlənir, bir qarnı ac, bir qarnı tox günü başa vururdular .


Davamı →

Bağırovun oğlunun yasında gülən Xalq şairi | Süleyman Rüstəm

İclasların birində Süleyman Rüstəm:
— Yazıçılar İttifaqındakı birlik heç Sovet ordusunda yoxdur. Çünki Əli Vəliyevlə Süleyman Rəhimov barışıb.
Məmmədəmin Rəsulzadənin məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Şahidlərdən birinin müşahidəsinə görə, Süleyman Rüstəm uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturubmuş.

Davamı →

Nəcəf bəy Vəzirovun Zərdabi ilə davası nə idi?

Nəcəf Fətəli oğlu Vəzirov 1854-cü il fevralın 17-də Şuşa şəhərində anadan olub. Onun uşaqlığı fərəhsiz keçib. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşür.
Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə uşaq olur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalır.

Davamı →

Rəsul Rza haqqında

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla məşğul olub. Göyçayda dəftərxanada tərcüməçi və dilmanc işləyib. Qızlarını ilk dəfə məktəbə göndərdiyi və onlara çadrasız gəzməyə icazə verdiyi üçün İbrahim bəyin ailəsinə dindən dönmüş, bəhayi ləqəbi veriblər.

Davamı →

Nizaminin "Xəmsə"sində Novruz bayramının izləri

Nizami Gəncəvi yaradıcılığının fikir və ideya qaynaqlarını araşdıran tədqiqatçılar şairin müxtəlif, tarixi, elmi mənbələrə müraciət etdiyini, Azərbaycan folklorundan yetərincə qaynaqlandığını qeyd etmişlər. Eləcə də “Xəmsə” və ”Avesta” arasında oxşar süjetlərin, ortaq ideya və qənaətlərin varlığına dair kifayət qədər qiymətli araşdırmalar aparılıb. Ümumbəşəri sənətkar təsvir etdiyi xalqları, tayfa və qövmləri, müxtəlif təbəqəyə və zamanlara aid obrazları ümumiləşdirərkən onların məişət, əxlaq, yaşam qaydalarını da ustalıqla təqdim edir.

Davamı →

Molla Pənah Vaqif haqqında

1717-ci ildə Qazax mahalının Salahlı kəndində doğulub. Əsl adı Pənah, atasının adı Mehdi, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında «Molla» titulu verilib və o, «Molla Pənah» ad ünvanı ilə tanınıb. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəyib. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olub.

Davamı →

Detektiv yazıçı Cəmşid Əmirov

Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevralın 10-da Naxçıvanda “Şirvanlar məhəlləsi”ndə anadan olub.
1937-ci ildə atası Cabbar Əmirov ermənilərin əli ilə həbs edilir və “Xalq düşməni” adı altında on il müddətinə Arxangelskə sürgün olunur. Cabbar kişinin həyat yoldaşı Tərlan xanım uşaqla birgə başsız qalır.

Davamı →

Dindarların məsciddə öldürdüyü azərbaycan şairi | Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər.
Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil uşaq olan nəvəsinə böyük qayğı göstərir.

Davamı →